19 İyun 2025 11:57
1000
Mədəniyyət
A- A+
Yeni parkda gənc rəssamların sərgisi açılıb  

Yeni parkda gənc rəssamların sərgisi açılıb  

Son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parkları ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin, ətraf mühitinin qorunması ilə yanaşı, müasirləşdirilməsi və problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu qəbildən görülən işlər nəticəsində bir neçə ay əvvəl metronun “Gənclik” stansiyasının yaxınlığında istifadəyə verilən yeni park artıq şəhər sakinlərinin, qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib. Burada təşkil olunan kütləvi tədbir və konsertlər parkı gənclər üçün daha cəlbedici edir.

BŞİH-in humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi “Yeni park - gənc rəssamların gözü ilə” adlı tədbir-sərgi məhz günü-gündən gözəlləşən və “parklar şəhəri” adlandırılan “Gənclik” stansiyasının yaxınlığındakı həmin parka həsr olunub.

Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Akademiya tələbələrinin yeni parka həsr olunan 40-dan çox əl işi nümayiş etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu, Akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, gənc rəssam Sevinc Gəncəliyeva sərginin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, rəsm əsərlərində parkın özəlliklərinin xüsusi olaraq vurğulanması barədə danışıb, bu kimi sərgilərin digər parkların ərazilərində təşkil edilməsinin maraqla qarşılanacağını bildiriblər.

Rəsm əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib — Fatimə Əliyeva birinci yerə, Leylahon Nurmetova ikinci yerə, Sevinc Gəncəliyeva, Nigar Qasımova, Aydan Qurbanova və Narın Zeynalabduyeva isə üçüncü yerə layiq görülüblər.

Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı artıb  

12:16
17 İyul

"Neftçi"nin UEFA Konfrans Liqasında rəqibi bəlli oldu  

12:15
17 İyul

UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsində bolqarlarla görüşəcək   

12:14
17 İyul

Vozinya: "Məni marketinq aləti kimi deyil, futbolçu kimi görən bir klub tapmaq istəyirəm"  

12:13
17 İyul

London meri Sadiq Xan lord olacaq

12:12
17 İyul

"Zirə" UEFA Konfrans Liqasında mərhələni keçdi 

12:10
17 İyul

Donald Tramp İspaniya-Argentina finalından sonra qalibləri mükafatlandıracaq  

12:09
17 İyul

Futbol üzrə dünya çempionatının final matçı təxirə salına bilər

10:54
17 İyul

Konkret nəticələri olan uğurlu əməkdaşlıq nümunəsi

10:45
17 İyul

Anar Quliyev BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib

10:18
17 İyul

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

10:11
17 İyul

Bolqarıstan "istəklilər koalisiyası"nda iştirakdan niyə imtina edib?

10:05
17 İyul

Nizami ruhunun ekran təcəssümü

10:00
17 İyul

64 illik ömrün notları 

09:55
17 İyul

Türk dövlətlərində dinamik iqtisadi artım 

09:50
17 İyul

Azərbaycan artıq dünyada beynəlxalq tranzit və logistika ölkəsi kimi qəbul olunur

09:45
17 İyul

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!