19 Mart 2026 08:15
150
SİYASƏT
A- A+
Yaxın Şərqdə müharibə davam edərsə...

Yaxın Şərqdə müharibə davam edərsə...


Hörmüzü də Orta dəhliz əvəzləyə bilər


ABŞ və İsrailin İranla müharibəsi dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdə davam edir. İlk növbədə neftin qiyməti sürətlə bahalaşır ki, bu da mütəxəssislərin qeyd etdiyi kimi, dünyada yeni bir inflyasiya dalğasının başlanmasına səbəb ola bilər. Bu müharibənin fəsadlarının digərləri ilə müqayisədə daha böyük olmasının səbəbi dünya tədarük zəncirində yaranan qırılmalarla bağlıdır. Məlumdur ki, dünya neft təchizatının 20 faizi müharibənin getdiyi Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Davam edən müharibə səbəbindən isə boğazdan tankerlərin keçməsi risk altındadır.     

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlanmasının İrana baha başa gələcəyi barədə xəbərdarlıq etsə də, buna cavab olaraq İran tərəfi bildirir ki, boğaz yalnız ABŞ və İsrail gəmiləri üçün bağlıdır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlayıb ki, ölkəsi Hörmüz boğazını bağlamayıb, sadəcə, İran silahlı qüvvələri boğazdan keçən gəmilərin hərəkətinə nəzarət edir. İran rəsmisi həmçinin xüsusi olaraq vurğulayıb ki, ABŞ ilə İsrail gəmilərinin hərəkətinin məhdudlaşdırılmasının səbəbi ölkələrinə qarşı olan təcavüzlə əlaqədardır. Əsas məqsədləri isə bu iki ölkə ilə yanaşı, onun müttəfiqlərinin Hörmüz boğazı vasitəsilə İrana hücumunun qarşısını almaqdır. Bu bəyanata baxmayaraq, müxtəlif ölkələrin bayraqları altında üzən mülki donanmaya məxsus tanker və quru yük gəmiləri də boğazdan keçməyə risk etmirlər. Belə hal isə dünya təchizat zəncirinə böyük zərbə vurur. O səbəbdən əgər müharibə uzanarsa, onun törətdiyi iqtisadi fəsadların daha böyük olacağı heç kəsdə şübhə doğurmur.

Hörmüz boğazının bağlanmasından ən çox təsirlənən Avropa ölkələridir. Əvvəllər onlar neft və qaza olan tələbatlarını Rusiyadan tədarük edirdilər. Rusiya-Ukrayna müharibəsi səbəbindən bu tədarük zənciri qırıldı. Bundan sonra Avropa neftə olan tələbatını Yaxın Şərq, əsasən də körfəz ölkələri hesabına ödəyirdi. İndi, qeyd etdiyimiz kimi, Hörmüz də demək olar bağlanıb. Odur ki, "qoca qitə"dən Hörmüz boğazının bağlanmasına müxtəlif səviyyələrdən münasibətlər əks etdirən fikirlər eşidilir. Avropa İttifaqının Xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa İttifaqı yaxın günlərdə Hörmüz boğazının açıq saxlanması yollarını müzakirə etməyə hazırlaşır. "Hörmüz boğazının açıq qalması bizim maraqlarımıza uyğundur və ona görə də bu məsələdə nə edə biləcəyimizi müzakirə edirik", - deyə Aİ rəsmisi jurnalistlərə bildirib. 

Bu ərəfədə xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp Britaniya və NATO-ya üzv ölkələrdən İrana qarşı hərbi əməliyyatlarda dəstək istəmişdir. Onun bu çağırışına məhəl qoyulmamasına münasibət bildirən ABŞ lideri bu faktı unutmayacağını deyərək NATO-ya xəbərdarlıq etmişdir. Bu yerdə qeyd edək ki, Avropa ölkələrinin Hörmüz boğazına hərbi gəmilərini göndərməməkdə əsaslı səbəbləri var - onlar bunu edərlərsə, bayraqları altında üzən tankerlər İran tərəfindən hərbi hədəf hesab olunacaq. 

Sözügedən müharibə Hörmüz boğazında böyük risklər yaratdığı üçün sığorta şirkətləri sığorta dəyərini də artırıblar. Hazırda 100 milyon dollarlıq neft tankerinin sığortalanması üçün təxminən 5 milyon dollar vəsait ödənilməlidir. Belə artım isə gəmiçilik şirkətlərinə sərf etmir. Necə deyərlər, heç kim risk etmək istəmir və bu da öz növbəsində dünya neft təchizatında ciddi qırılmalara və bahalaşamalara səbəb olur. Mütəxəssislər isə deyirlər ki, bunun qarşısını almaq üçün anbarlarda yığılmış neft ehtiyatlarından istifadə etmək lazımdır. Ancaq müharibə uzanarsa, bu, yalnız  müvəqqəti tədbir ola bilər. 

"Hörmüz boğazı qlobal konteyner ticarəti üçün əsas dəniz "dar boğazları"ndan biridir. Onun bağlanması halında Asiya, Yaxın Şərq və Avropa arasında konteyner tədarük zəncirləri gecikmələr və logistika xərclərinin artması ilə üzləşə bilər. Belə bir vəziyyətdə alternativ multimodal marşrutların əhəmiyyəti artır. Onlardan biri Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta dəhlizdir". Bunu isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Marketinq və tarif siyasəti departamentinin marketinq şöbəsinin müdir müavini Ziya Məmmədov bildirib. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

Prezident İlham Əliyevin sülh diplomatiyası: Aİ və ABŞ ilə strateji tərəfdaşlıq

08:20
19 Mart

Yaxın Şərqdə müharibə davam edərsə...

08:15
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!