19 Mart 2026 08:45
634
İQTİSADİYYAT
A- A+
Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir


Ölkəmiz də bu sahə üzrə müasir standartlardan geri qalmamağa çalışır


Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş xidmət sahələri  bu gün iqtisadi inkişafın əsas göstəricilərindən biridir. Bu sahə sürətlə genişlənərək  Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayır. Xidmət sektorunun inkişafı məşğulluğun artmasına, əhalinin rifah səviyyəsinin yüksəlməsinə və yeni biznes imkanlarının yaranmasına təkan verir. 

Azərbaycanda xidmət sektoruna ticarət, turizm, nəqliyyat, logistika, maliyyə, informasiya texnologiyaları, təhsil, səhiyyə  daxildir. Nəqliyyat sahəsi avtomobil, dəmir yolu, hava və dəniz daşımalarını, həmçinin yük və sərnişin daşımalarını əhatə edir. Ticarət və ictimai iaşə sahəsinə mağazalar, restoranlar, kafe və digər satış xidmətləri daxildir. Bank və maliyyə xidmətləri bank əməliyyatları, kreditlər, sığorta və onlayn maliyyə xidmətlərini özündə birləşdirir. Rabitə və informasiya texnologiyaları mobil rabitə, internet xidmətləri, proqram təminatı və digər informasiya texnologiyalarını əks etdirir. Sağlamlıq və sosial xidmətlər, xəstəxanalar, poliklinikalar, sosial yardım və məsləhət xidmətləri də xidmət sektorunun vacib hissəsini təşkil edir. Bu sahələr ölkənin iqtisadi inkişafına, insanların həyat səviyyəsinin yüksəlməsinə və sosial rifahın yaxşılaşmasına birbaşa təsir göstərir.

Belə mürəkkəb və müxtəlif sahələri əhatə edən xidmət sektorunun inkişafını və qarşılaşdığı problemləri  ekspert və mütəxəssislər yaxından izləyirlər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun  fikrincə, hazırda qlobal siyasətdə baş verən geosiyasi dəyişikliklər iqtisadi proseslərə, xüsusilə xidmət sektoruna ciddi təsir göstərir. Yaxın Şərqdə davam edən siyasi və hərbi gərginlik regionda yerləşən Azərbaycan üçün həm risklər, həm də yeni iqtisadi imkanlar yarada bilər: "Xüsusilə nəqliyyat-tranzit, logistika və turizm xidmətlərinin inkişafı baxımından mövcud şəraitin dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Konkret olaraq, 2024-cü ildə 3,2 milyard dollarlıq nəqliyyat xidmətləri ixrac edilib və 1,3 milyard dollarlıq müsbət saldoya nail olunub. Ölkəmizin nəqliyyat, tranzit-logistika və turizm xidmətləri sahəsindəki potensialı bu sahələrin uzunmüddətli inkişafını dəstəkləyir. Azərbaycan sabit və stabil dövlətdir". 

Ölkəmizdə xidmət sektoru son iki onillikdə sürətlə inkişaf edib. Dövlət iqtisadiyyatın şaxələndirilməsi  çərçivəsində  daha çox turizm, nəqliyyat, ticarət və maliyyə sahələrinə  diqqət göstərib. Turizm sahəsində yeni hotellər, istirahət zonaları və kurort kompleksləri yaradılaraq ölkənin müxtəlif bölgələrinə turistlərin cəlb olunması üçün infrastrukturu gücləndirilib. Regionda sabitliyin qorunduğu bir zamanda turizm sektorunda yaradılmış müsbət nəticələr indiki halda bir qədər də artırıla bilər. Ölkəmizdə təmin olunmuş sabitlik və işğaldan azad edilmiş ərazilərin yaratdığı yeni imkanlar Azərbaycanı alternativ turizm marşrutu kimi aktuallaşdırır. Turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur, lakin hər bir sahənin daxili rəngarəngliyini artırmaq məqsədi ilə sistemli addımların atılması vacibdir. Əyləncə turizminin inkişafı turistlərin cəlb olunmasına, regionların və ölkənin tanıdılmasına, eləcə də ənənəvi inkişaf istiqamətlərinin qorunub saxlanılmasına imkan verir. Bu məqsədlə müxtəlif regionlarda, xüsusən işğaldan azad edilmiş ərazilərdə, xalçaçılıq turları, şəbəkə sənəti və kulinariya üzrə təcrübələr, həmçinin kənd turizmi proqramları təşkil etmək mümkündür. 

Azərbaycanın nəqliyyat strategiyası təkcə müasir infrastrukturun inşası və daşımalardan  gəlir əldə etməklə kifayətlənmir. O həm də "yaşıl inkişaf", ekoloji davamlılıq və rəqəmsal idarəetmə kimi əsas prinsiplərə söykənir,  ümumi regional inkişafa töhfə verməyi hədəfləyir. Bu strategiya nəqliyyat əlaqələrinin əhatə etdiyi bütün ölkələr üçün yalnız logistika və ticarət baxımından deyil, həm də uzunmüddətli iqtisadi inkişaf, regional inteqrasiya, strateji tranzit mövqeyi və geosiyasi güc baxımından böyük əhəmiyyət kəsb edir. Üstəlik, nəqliyyat-tranzit xidmətləri digər sahələrin inkişafına da müsbət təsir göstərir. 

Qeyd edək ki, müasir dövrdə xidmət sektoru dünya iqtisadiyyatının, eləcə də milli təsərrüfatların ən vacib sahələrindən biridir. Bu sektor ölkələrin iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında və sosial rifahın yüksəldilməsində mühüm rol oynayır. Texnologiyanın inkişafı, qlobal ticarətin genişlənməsi və beynəlxalq əlaqələrin artması xidmət sahələrinin də inkişafını sürətləndirir. Regionda baş verən geosiyasi proseslər iqtisadi fəaliyyətə müxtəlif təsirlər göstərir. Bu cür vəziyyətlər bəzən risklər yaratsa da, yeni iqtisadi imkanlar açır. Təbii ki, vəziyyəti düzgün qiymətləndirən tərəflər bundan daha çox faydalanır. "Ölkəmizin əlverişli coğrafi mövqeyi, sabitlik və tərəqqi mühiti, inkişaf etmiş infrastrukturu və həyata keçirilən iqtisadi islahatlar, proqram təminatlı dövlət idarəetməsi nəinki nəqliyyat-tranzit, ümumilikdə xidmət sektorunun inkişafı üçün geniş imkanlar yaradır, Azərbaycanın regional iqtisadi mərkəz kimi əhəmiyyətini daha da artırır", - deyə Aqil Əsədov bildirib.

Ticarət və ictimai iaşə sahəsində isə müasir marketlər, restoranlar və kafe şəbəkələri yaranıb, xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə artıb. Bank və maliyyə xidmətləri sahəsində onlayn ödənişlər, kredit sistemləri və sığorta xidmətləri genişlənib, rabitə və informasiya texnologiyaları isə internet, mobil rabitə və proqram təminatı vasitəsilə insanların gündəlik həyatını asanlaşdırıb.

Bütün bunlr onu göstərir ki, xidmət sahələri Azərbaycanın iqtisadiyyatında və sosial həyatında əvəzolunmaz rol oynayaraq vətəndaşların rifahına, eləcə də ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir.


Züleyxa ƏLİYEVA,  

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!