15 May 2026 15:10
135
İQTİSADİYYAT
A- A+
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişin tətbiqinə başlanılıb 

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişin tətbiqinə başlanılıb 


“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, bu gündən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.

Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər “ADY Mobile” mobil tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin “Face Pay” təcrübəsinin Azərbaycanda “SİMA Pay” rəqəmsal ekosistemi və “ADY Mobile”ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.

Qeyd edək ki, son illərdə ADY sərnişin məmnuniyyətini təkcə yeni qatarlar və istiqamətlərlə deyil, həm də gündəlik həyatı asanlaşdıran rəqəmsal həllərlə təmin edir. Xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə son üç ildə həyata keçirilən yeniliklər sayəsində sərnişindaşıma xidməti tamamilə yeni mərhələyə keçib. Artıq kassalarda növbədə dayanmaq və fiziki bilet alışına ehtiyac yoxdur. Sərnişinlər vaxt itirmədən ödənişlərini bank kartları, NFC və “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirirlər.

Statistik nəticələr də göstərir ki, dəmir yollarının rəqəmsallaşması istiqamətində son illərdə həyata keçirilən yenilikləri sərnişinlər müsbət qarşılayır və rahat mənimsəyirlər. Belə ki, 2023-cü ildə istifadəyə verilən “ADY Mobile” istifadəçilərinin sayı artıq 400 mini ötüb. Qatarla bölgələrə səfər edən sərnişinlərin təxminən 80 faizi biletlərini onlayn şəkildə əldə edir. Eyni zamanda, 2024-cü ildən ölkədaxili marşrutlar üzrə səyahət üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin yalnız fiziki formada təqdim edilməsi tələbi aradan qaldırılıb, “my.gov.az” portalından şəxsiyyəti təsdiq edən məlumatları QR kod şəklində təqdim etmək kifayətdir.

Bundan başqa, sərnişinlər səyahət boyu həm işgüzar fəaliyyət, həm də asudə vaxtın səmərəli keçirilməsi üçün qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsinə qoşula bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şükürbəyli kəndində daha 107 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB

15:43
15 May

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Cəfərov Füzuli rayonunda dəfn edilib  

15:41
15 May

Almaniya hökuməti ikinci rübdə iqtisadi artımın əhəmiyyətli dərəcədə zəifləyəcəyini gözləyir  

15:24
15 May

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 13 faiz artıb 

15:21
15 May

Qurban Yetirmişli: Seysmik mikrorayonlaşdırma işləri bu il başa çata bilər  

15:20
15 May

Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatı olub

15:18
15 May

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır

15:15
15 May

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişin tətbiqinə başlanılıb 

15:10
15 May

Qızılın qiyməti 6000 dollara yüksələ bilər - PROQNOZ

14:51
15 May

Nazir müavini: Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir  

14:38
15 May

Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

14:35
15 May

TRACECA-nın yeni baş katibi: Azərbaycan Orta Dəhlizin inkişafında əsas aktor olaraq qalacaq  

14:34
15 May

Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar  

14:32
15 May

Yağış yağacaq, dolu düşəcək – PROQNOZ

14:30
15 May

SOCAR və TPAO birgə həyata keçirilən layihələrin icra vəziyyətini dəyərləndirib  

14:28
15 May

Avropada 1,3 milyon evsiz insanın 350 mini Fransada yaşayır

14:23
15 May

AQTA: Heyvan kəsimi zamanı sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır  

13:39
15 May

“Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı: Xan qızı Natəvanın sarayı önündə Azərbaycan bəstəkarlarının əsərləri səslənib

13:33
15 May

Akademik Rasim Əliquliyev: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellekt olmadan mümkün deyil

12:58
15 May

Qazaxıstan və Özbəkistan liderləri Türküstanda yeni məscidi ziyarət ediblər  

12:47
15 May

Azərbaycanın təşəbbüsləri fonunda Türk Dövlətləri Təşkilatı yeni inkişaf mərhələsində TƏHLİL  

12:39
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!