15 May 2026 14:38
139
CƏMİYYƏT
A- A+
Nazir müavini: Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir  

Nazir müavini: Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir  


Bu gün sürətlə inkişaf edən şəhərlərin qarşısında duran əsas çağırışlardan biri də təhlükəsizlik məsələsidir. Urbanizasiya prosesinin sürətlənməsi, çoxmərtəbəli tikililərin sayının artması, yeni yaşayış massivlərinin salınması və infrastruktur layihələrinin həyata keçirilməsi şəhərsalma siyasətində seysmik risklərin daha dərindən öyrənilməsi və nəzərə alınmasını zəruri edir.

AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfransda çıxışı zamanı deyib.

Ölkəmizin seysmik aktiv regionda yerləşdiyini qeyd edən nazir müavini fikirlərinə belə davam edib: "Həmin reallıq bizi bina və qurğuların təhlükəsizliyinə, inşası, istismarı proseslərinə, ümumiyyətlə, tikinti və şəhərsalma fəaliyyətinə xüsusi məsuliyyətlə yanaşmağa məcbur edir. Müasir şəhər yalnız estetik baxımdan deyil, həm də təhlükəsizlik, davamlılıq və fövqəladə hallara hazırlıq baxımından yüksək standartlara cavab verməlidir. Seysmik təhlükənin qiymətləndirilməsi artıq yalnız elmi-tədqiqat sahəsi deyil, eyni zamanda, dövlət təhlükəsizliyi, iqtisadi inkişaf və əhalinin rifahı ilə birbaşa bağlı strateji məsələdir. Şəhərsalma proseslərində risklərin, o cümlədən seysmik risklərin düzgün qiymətləndirilməsi və effektiv idarəolunması baş verə biləcək fəlakətin qarşısının alınmasında böyük rol oynayır. Bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, innovativ yanaşmaların və beynəlxalq standartların tətbiqi, tikinti obyektlərinin optimal konstruktiv həllər vasitəsilə seysmik dayanıqlılığının artırılması, elmi əsaslandırılmış qərarların qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Seysmik təhlükə və seysmik risk anlayışları ölkə hüdudlarını aşan və coğrafi bölgələri əhatə edin geniş anlam olduğundan seysmik risklərin idarəolunmasında region ölkələri arasında qarşılıqlı informasiya mübadilə mexanizminin təsis edilməsini vacib edir. Bu gün dünya təcrübəsi göstərir ki, seysmik risklərin azalması yalnız mühəndis həlləri ilə məhdudlaşmır. Buraya şəhərlərin funksional planlaşdırılması, fövqəladə hallara hazırlıq infrastrukturu, açıq təhlükəsiz zonaların yaradılması, “Ağıllı şəhər” texnologiyalarının tətbiqi və əhalinin maarifləndirilməsi də daxildir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya hökuməti ikinci rübdə iqtisadi artımın əhəmiyyətli dərəcədə zəifləyəcəyini gözləyir  

15:24
15 May

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 13 faiz artıb 

15:21
15 May

Qurban Yetirmişli: Seysmik mikrorayonlaşdırma işləri bu il başa çata bilər  

15:20
15 May

Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatı olub

15:18
15 May

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır

15:15
15 May

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişin tətbiqinə başlanılıb 

15:10
15 May

Qızılın qiyməti 6000 dollara yüksələ bilər - PROQNOZ

14:51
15 May

Nazir müavini: Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir  

14:38
15 May

Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

14:35
15 May

TRACECA-nın yeni baş katibi: Azərbaycan Orta Dəhlizin inkişafında əsas aktor olaraq qalacaq  

14:34
15 May

Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar  

14:32
15 May

Yağış yağacaq, dolu düşəcək – PROQNOZ

14:30
15 May

SOCAR və TPAO birgə həyata keçirilən layihələrin icra vəziyyətini dəyərləndirib  

14:28
15 May

Avropada 1,3 milyon evsiz insanın 350 mini Fransada yaşayır

14:23
15 May

AQTA: Heyvan kəsimi zamanı sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır  

13:39
15 May

“Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı: Xan qızı Natəvanın sarayı önündə Azərbaycan bəstəkarlarının əsərləri səslənib

13:33
15 May

Akademik Rasim Əliquliyev: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellekt olmadan mümkün deyil

12:58
15 May

Qazaxıstan və Özbəkistan liderləri Türküstanda yeni məscidi ziyarət ediblər  

12:47
15 May

Azərbaycanın təşəbbüsləri fonunda Türk Dövlətləri Təşkilatı yeni inkişaf mərhələsində TƏHLİL  

12:39
15 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:35
15 May

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

12:29
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!