23 İyul 2025 08:35
529
İQTİSADİYYAT
A- A+
"Yaşıl enerji": Azərbaycan istehsal, paylama və nəql nöqtəsi olacaq

"Yaşıl enerji": Azərbaycan istehsal, paylama və nəql nöqtəsi olacaq


Prezident İlham ƏLİYEV: "Lakin eyni zamanda anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq"


Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunsa da, tədbirdə iqtisadi məsələlərdən də bəhs edilmişdir. Prezident İlham Əliyev forum iştirakçılarının enerji məsələlərinə aid bir sıra suallarını da cavablandırmışdır. 

Məlum olduğu kimi, 2021-ci ilin iyulunda Azərbaycan və Avropa İttifaqı energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzalamışlar. Dövlətimizin başçısı sözügedən forumda bunu xatırladaraq demişdir: "O zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq. Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Yəni Avropa İttifaqı Azərbaycanı etibarlı və ümumavropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Mən bu yaxınlarda Xəzər neft sərgisində neft hasilatı ilə bağlı planlarımız haqqında danışdım və bəyan etdim ki, bizim planımız 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır".

Beləliklə, bu gün ölkəmiz 25 milyard kubmetr qaz ixrac edirsə, deyilən vaxt bu rəqəm  təqribən 33 milyard kubmetr təşkil edəcək. Bəs bu əlavə 8 milyard kubmetr qaz hansı istiqamətdə ixrac ediləcək? Prezidentimiz bir daha diqqətə çatdırmışdır ki, kəmərlər genişləndirilməsə, ixrac haqqında danışmaq çətin olar. 

"Avropa bankları artıq faydalı qazıntı enerji növlərinə maliyyələşmə ayırmır. Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşməni demək olar ki, dayandırmışdır. Buna görə isə əlbəttə ki, biz imkanlarımızı genişləndirmək üçün vəsait cəlb edə bilmərik. Bu gün "Cənub qaz dəhlizi" maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər".

Avropanın Azərbaycan qazına daha çox ehtiyacı var. İndi əlavə 8 milyard kubmetr üçün bazarlar müəyyən edilir. Belə ki, Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər alınıb və biz bu təklifləri dəyərləndiririk. Onlardan bəziləri hazırda Azərbaycandan qaz alan ölkələrdir, digərləri isə hələ bizdən qaz almayıblar.

Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin biznes məqsədli olduğunu, heç vaxt siyasiləşdirilmədiyini qeyd edərək demişdir: "Avropa İttifaqı məsələsinə gəldikdə isə onlar Rusiya qazından imtina etmək niyyətindədir, biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdə ki, Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz heç vaxt deməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq. Hətta o ölkələrə ki, onlar heç vaxt bizimlə razılaşmayıblar. Bu, sırf kommersiya prinsiplərinə əsaslanaraq öhdəliklərimizi rədd etdiyimiz mənasına gəlmir və heç bir ölkəyə qaz nəqlində indiyə qədər fasiləyə yol verməmişik". 

Dövlət başçısı bu forumda bir daha qeyd etmişdir ki, faydalı qazıntıları da diqqətdən kənarda qoymaq olmaz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar.  "Yaşıl Keçid Proqramı"nı həyata keçirərkən eyni zamanda anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyii planlaşdırmaq, vətəndaşlar üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Reallığın bu tərəfini də görmək lazımdır.

Forumda ölkəmizin "yaşıl gündəliy"inin geniş olduğu da vurğulanıb. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 giqavatlıq "yaşıl enerji" -  günəş, külək və su elektrik enerjisi istehsal ediləcək. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Burada  ümumi gücü 280 meqavat olan 30 kiçik su-elektrik stansiyası artıq istismara verilib.

Regional gündəlikdə də "yaşıl enerji" layihələri üzərində iş gedir. Təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən il noyabrın 13-də  Bakıda COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və  Özbəkistan  prezidentləri "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalamışlar. Həmin sənədə əsasən, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi nəzərdə tutulur. Bu xətt Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"ni Azərbaycanın infrastrukturuna birləşdirəcək.

2022-ci il dekabrın 17-də isə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdır. Bunun üçün Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Yəni  region təkcə Cənubi Qafqazı əhatə etmir, burada daha geniş coğrafiya əhatə olunur. Mərkəzi nöqtə isə məhz Azərbaycandır. 

"Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var", - deyə Prezidentimiz bu layihələrin də uğurla nəticələnəcəyinə inam ifadə etmişdir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!