21 Noyabr 2024 08:15
129
SİYASƏT
A- A+
YAP-ın siyasi hədəfləri və "yaşıl platforma"sı

YAP-ın siyasi hədəfləri və "yaşıl platforma"sı


Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. 

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ovaxtkı hakimiyyət partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı Naxçıvan Dövlət Dram Teatrında keçirildi. Ulu Öndər həmin günü belə xatırlayırdı: "Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi".

Zəmanəmizin ən mütəşəkkil siyasi təşkilatlarından biri olan Yeni Azərbaycan Partiyası ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi kimi meydana gəldi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında Naxçıvanda ana müxalifət partiyası kimi yaranan və demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 32 ildir dövlətimizə, xalqımıza, ən yeni dövrdə şanlı dövlətçilik tariximizin yazılmasına ləyaqətlə xidmət edir. Sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.

Yeni Azərbaycan Partiyası güclü liderin ətrafında yaranmış partiyadır. Partiyanın yarandığı dövrə nəzər salanda görürük ki, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam, etimad və dəstəyi artırırdı. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə xilaskarı Heydər Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrildi, Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini uğurla davam etdirərək ölkəmizin möhtəşəm nailiyyətlər əldə etməsinə fundamental töhfələr verdi.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Zaman göstərdi ki, xalq xilaskara - dahi lider Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.

Təbii ki, dövr, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etmək, Azərbaycanın qazandığı təcrübə ilə nümunə olmasıdır. Məhz bu çağırışların reallıqda öz əksini tapması son 21 ilin davamlı uğurlarını, Azərbaycanın beynəlxalq aləmdə təqdir olunan və öyrənilməsinin vacibliyi vurğulanan inkişaf modelini şərtləndirən əsas amillər sırasında oldu. Azərbaycan xalqının Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inam və məhəbbəti gücləndirdi. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində tərəqqi edərək yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırdı. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən etdi. Bu gün Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyi uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi nailiyyətlər qazanmışdır. Bu uğurlar həm iqtisadiyyatın, həm sosial sahənin inkişafı, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başlayan Vətən müharibəsi 44 gün davam etdi və qazanılan parlaq qələbə hərb tariximizin ən şərəfli səhifəsi oldu. 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun qalıqları tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu tam bərpa edildi.

Azərbaycan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti ilə həm siyasi meydanda, həm də döyüş meydanında qalibdir. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, 9 noyabr 2020-ci il  tarixdə Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, həm də ən ali məqsədi reallaşdırıldı.

Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının  5 mart 2021-ci il tarixdə keçirilən VII Qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Həmçinin Vətən savaşındakı şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın keçirilməsi, həm də ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı. Hakim partiyanın bu ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu. Siyasi partiyaların daha səmərəli və təsirli fəaliyyətə səbəb olacaq qoşulma nümunəsi müxalifətdə olan partiyalar üçün də bir nümunədir. Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar Yeni Azərbaycan Partiyasının gücündən xəbər verir. İqtidar nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyinə qarşılıq verir.  Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması Yeni Azərbaycan Partiyasının siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. Çünki Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir. 

Cənab Prezident qurultayda geniş, dərinməzmunlu və proqram xarakterli çıxış edərək VII Qurultayın keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirərək qeyd etdi:

"Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq".

Yeni Azərbaycan Partiyasının VII Qurultayı bir daha göstərdi ki, o, çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri həyat tərzinə çevirən, müxtəlif xalqların birgəyaşayışına nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin - Azərbaycanın hakim partiyasıdır. Onun başında xalqımızın arxalandığı, inandığı, güvəndiyi, etibar etdiyi, etimad göstərdiyi, dünyada yaşayan bütün azərbaycanlıların lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır.

Bütün bunlar sübut edir ki, Yeni Azərbaycan Partiyası perspektivli hədəflərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, realist vizyon və məsul missiyanı birləşdirir.

Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik, azərbaycançılıq, qanunlara hörmət, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin həyata keçirilməsinin ideya təminatı olaraq Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir, möhkəmləndirir. Nəticədə ölkəmiz beynəlxalq tədbirlərin, eləcə də nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirmirlər. Son illər Azərbaycanın dünyada sabit məkan kimi tanınması da bunun ən bariz nümunəsidir. Xüsusilə son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. 

Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu evsahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə yüksəldir. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və diplomatik məharət nəticəsində mümkün olmuşdur. Bununla bərabər, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a evsahibliyi etməsi reallığını yaratdı. Azərbaycanın bu sahədə uzun illərdir həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı. Yeni Azərbaycan Partiyasının hər bir üzvü ötən dövrdə "yaşıl iqtisadiyyat"a keçidlə bağlı həyata keçirilən bütün layihələrdə, yaşıllaşdırma aksiyalarında, eləcə də COP29-un uğurlu keçirilməsində yaxından iştirak edərək öz töhfəsini verir. 

Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Hazırda COP29-un Azərbaycanda yüksək təşkilatçılıqla keçirilməsinə dünya şahidlik edir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 21 ildə dövlət başçısının həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub. 

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a evsahibliyi deyilənlərin real təsdiqidir. Bu Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. 

Bu gün cənab İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən yüksək qiymətləndirilir. Sırasında 700 mindən çox insanı birləşdirən partiyamızın hər bir üzvü dünyanı Azərbaycanda birləşdirən COP29-un uğurlu reallaşmasında öz töhfələrini verməkdən böyük qürur və fəxr hissi keçirir. 

Partiyanın 32 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Bu illərdə Yeni Azərbaycan Partiyası monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynadığını bir daha nümayiş etdirdi. Əminliklə söyləmək olar ki, bundan sonra da Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dinamik inkişafına müstəsna töhfə verəcək.


Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azeri Light” nefti bahalaşıb  

11:21
21 Noyabr

Özbəkistanda 2025-ci il yaşıl iqtisadiyyat ili elan olunub  

11:18
21 Noyabr

Ümumdünya Meteorologiya Təşkilatı: Dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil  

11:14
21 Noyabr

Qobustan Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirəcək xarici investor bəlli olub  

11:04
21 Noyabr

Alimlər insan skeletinin inkişafı planını hazırlayıblar

10:57
21 Noyabr

Dəniz xüsusi təyinatlıları "SAT-SAS-2024" təlimində iştirak edirlər  

10:37
21 Noyabr

Dünya bazarlarında neftin qiyməti artıb  

10:28
21 Noyabr

Bu gün Ümumdünya Fəlsəfə Günüdür  

10:23
21 Noyabr

Bu gün COP29-un sonuncu tematik günü - "Təbiət və Biomüxtəliflik / Yerli İnsanlar / Gender Bərabərliyi / Okeanlar və Sahil Zonaları Günü"dür

10:18
21 Noyabr

Beynəlxalq Dəmir Yolları İttifaqının sədri: Dəmir yolu dünyamızı dəyişdirmək üçün möhtəşəm marşruta sahibdir  

10:13
21 Noyabr

Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək  

10:08
21 Noyabr

Qazaxıstan BTC neft kəməri istiqamətində 1,2 milyon ton neft göndərib  

10:02
21 Noyabr

“Milliyyet”: COP29-da Türkiyənin nəqliyyatda istixana qazları emissiyalarının sıfırlanması hədəfləri açıqlanıb  

09:56
21 Noyabr

COP29-un İqlim Səfirləri seminarında karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib  

09:51
21 Noyabr

Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı görülən işlər COP29-da təqdim olunub  

09:46
21 Noyabr

COP29-dakı Qazaxıstan pavilyonunda iqlim problemlərinin həllində təhsilin rolu müzakirə edilib  

09:41
21 Noyabr

Türkiyəyə məxsus gəmi husilərin hücumuna məruz qalıb  

09:31
21 Noyabr

Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb  

09:26
21 Noyabr

Xarici nümayəndə: COP29-da şüşədən günəş panelləri kimi istifadə etməyi öyrəndik  

09:21
21 Noyabr

COP29-da iştirak edən general FHN-in fəaliyyəti ilə tanış olub  

09:16
21 Noyabr

Aİİ-nin tələbələri beynəlxalq Olimpiadada iştirak ediblər

09:10
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!