21 Noyabr 2024 08:55
119
SİYASƏT
A- A+
Həqiqəti yalana satanlar...

Həqiqəti yalana satanlar...


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ötən ilin dekabrında 198 dövlətin yekdil qərarı ilə ev sahibi seçilməsi ölkəmizə qarşı inam və etimadın bariz nümunəsi idi.

Son illər Azərbaycan bütün sahələrdə daha da sürətlənən inkişafı, qətiyyətlə irəliləməsi ilə öz sözünü deyir. Eyni zamanda nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığa önəm verməsini, həmin təşkilatların bəzilərinə sədrlik etməsi ilə mövqeyini nümayiş etdirir. Otuz il Ermənistanın işğalı altında qalmış ərazilərini ordusunun gücü ilə azad edən Azərbaycan qalib dövlət kimi dünyada mövqeyini daha da gücləndirib. 

Diqqətəlayiq məsələlərdən biri də ölkəmizin bir-birinin ardınca nüfuzlu beynəlxalq tədbirlərə layiqincə evsahibliyi etməsidir. Odur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının da yüksək səviyyədə təşkil ediləcəyi gözlənilən idi.

COP29-un başa çatmasına az qalıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Azərbaycanın uğurla evsahibliyi etdiyi bütün dünyada vurğulanır. Tədbirin çox yaxşı təşkili, yüksək səviyyədə koordinasiya olunduğu, bir sözlə, ölkəmizin bu məsuliyyətli işin də öhdəsindən uğurla gəldiyi göz önündədir.

Qərəzli mövqe tutduqlarını açıq-aşkar büruzə verən, COP29-u gözdən salmağa cəhd göstərən bəzi ermənipərəst dairələr məqsədlərinə çata bilmədilər. Onların qarayaxma aksiyalarını, beynəlxalq media orqanlarında dərc edilmiş, hər sətrindən bədxahlıq, yalan, iftira yağan sifarişli məqalələrini Azərbaycan növbəti uğuru - dünyanın ən böyük və mötəbər beynəlxalq tədbirinə yüksək səviyyədə evsahibliyi etməsi ilə puça çıxardı. Onların bəd əməllərinə, qərəzkarlığına cavab olaraq bu gün ölkəmizdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından dünyanın gələcəyini təhdid edən iqlim dəyişmələrinin fəsadlarından, qlobal problemlərdən xilas etməyə çağırışlar səslənir. 

Dünya ictimaiyyətinin Azərbaycanın COP29-un yüksək səviyyədə təşkilatçılığını heyrətlə, hörmətlə seyr etdiyi vaxtlarda da xəbis niyyətli, riyakar, ağa qara deməkdən çəkinməyən diplomatlar yalanlarından utanmaq əvəzinə, bəd əməllərindən qalmırlar.

ABŞ-də islamofob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhur olan, Azərbaycana qarşı hər zaman fitnəkarlıq nümayiş etdirən Frank Peloninin də birdən-birə xislətini dəyişməyəcəyi, haqqın tərəfində dayanıb həqiqəti etiraf etməyəcəyi gözlənilməz deyildi. COP29-da iştirak etməyə, ölkəmizin paytaxtına çoxsaylı görüşlər keçirməyə gələn amerikalı konqresmenin hava limanında Azərbaycan mediasının suallarını cavablandırmaması bunun ilk təsdiqi oldu. 

ABŞ-də erməni lobbisinin maraqlarına xidmət göstərmiş, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirmiş Frank Peloninin Azərbaycana səfəri haqlı olaraq ictimaiyyət tərəfindən sərt qınaqla, hiddətlə qarşılandı. 

Üzdəniraq konqresmenin gəlişindən xəbər tutan yerli QHT rəhbərlərinin və ictimai fəalların Peloninin qalacağı hotelin qarşısına toplaşması onu marşrutunu dəyişməyə vadar etdi. COP29-da keçirildiyi məkanda görünən Frank Peloni burada yerli medianın Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə bağlı suallarını cavablandırmadı. Amerkalı konqresmen ABŞ-nin qanunvericilik orqanından təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklifindən də haqlı suallardan yayınmaq üçün imtina etdi. 

Frank Peloninin qalacağı hoteldə Azərbaycanın bir qrup QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası, "Azərbaycan xalqından üzr istə!" şüarı ilə qarşıladılar. Nəhayət, Azərbaycanla bağlı bütün addımları düşmənçilik mövqeyində olan amerikalı konqresmen ölkəmizi tərk etdi.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə birgünlük lokal xarakterli antiterror əməliyyatında Ermənistanın otuz ilə yaxın işğalda saxladığı Qarabağ və Şərqi Zəngəzur ərazilərini azad etdi, suverenliyinin tam bərpasına nail oldu. Əgər Frank Peloni kimi diplomatların məqsədi haqqı, ədaləti müdafiə etmək olsaydı, onda gün kimi ortada olan bu həqiqətin üzərinə qara pərdə çəkməyə çalışmazdılar. Etiraf edərdilər ki, ədalətli olan, öz haqqını müdafiə edən, torpaqlarının işğalına son qoyan Azərbaycandır.

Ancaq onlar erməni lobbisinə yarınmaq üçün nə qədər canfəşanlıq etsələr də, yalana, iftiraya əl atsalar da, tarixi faktlar qarşısında hər zaman gülünc görünəcək, ifşa olunacaqlar. 

Fakt olan həm də budur ki, Frank Pelonu kimilər əsl işğalçının Ermənistan, Fransa kimi dövlətlər olduğunu bilə-bilə, görə-görə susurlar.

Hələ də dənizaşırı ərazilərinin - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı və Haiti kimi ölkələrin yerli əhalisi Fransanın müstəmləkəçilik siyasətindən fəryad edirlər. Öz yurdunda, öz ölkəsində təhlükəsiz şəraitdə, azad və dinc yaşamaq, öz milli-mənəvi sərvətlərinə sahib çıxmaq istəyindən təbii nə ola bilər? Ancaq o xalqlar haqlarını tələb etdiklərinə görə, Emmanuel Makron hökumətinin sərt tədbirləri ilə qarşılaşırlar, fəalları həbs edilir, işgəncələrə məruz qalırlar. 

Yüz illərdir ki, Fransanın müstəmləkə altında saxladığı Yeni Kaledoniya, Qvadelupa və Mayotdan sonra bu ilin sentyabrın əvvəlindən Martinikdə bahalığa qarşı etiraz nümayişləri keçirilməyə başladı. Həyatı, gün-rüzgarı onsuz da dözülməz həddə çatan, üstəlik ərzaq və gündəlik tələbat mallarının qiymətinin davamlı artımı ilə daha da yoxsullaşan martiniklilərin də etirazlarına Emmanuel Makron hökumətinin cavabı eyni oldu. Onların da problemlərinin həllinə diqqət göstərilmədi, həyat şəraitlərinin yaxşılaşdırılması üçün heç bir addım atılmadı. Rəsmi Parisin gördüyü tədbirlər yalnız həbslər, komendant saatının tətbiqi oldu. 

Bu gün bütün dünyanın gözləri önündə Emmanuel Makron hökuməti Fransanın müstəmləkəçilik siyasətini böyük səylə davam etdirməkdədir. İşğalından qurtula bilməyən həmin ölkələrdə əhalinin vəziyyəti getdikcə daha da ağırlaşır. Dövlətləri müstəqillikdən məhrum edilmiş, azadlıqlarını itirmiş xalqların hayqırtısını Frank Peloni kimiləri eşitmək istəmirlər.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabrın 25-dən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  

11:33
21 Noyabr

“Azeri Light” nefti bahalaşıb  

11:21
21 Noyabr

Özbəkistanda 2025-ci il yaşıl iqtisadiyyat ili elan olunub  

11:18
21 Noyabr

Ümumdünya Meteorologiya Təşkilatı: Dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil  

11:14
21 Noyabr

Qobustan Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirəcək xarici investor bəlli olub  

11:04
21 Noyabr

Alimlər insan skeletinin inkişafı planını hazırlayıblar

10:57
21 Noyabr

Dəniz xüsusi təyinatlıları "SAT-SAS-2024" təlimində iştirak edirlər  

10:37
21 Noyabr

Dünya bazarlarında neftin qiyməti artıb  

10:28
21 Noyabr

Bu gün Ümumdünya Fəlsəfə Günüdür  

10:23
21 Noyabr

Bu gün COP29-un sonuncu tematik günü - "Təbiət və Biomüxtəliflik / Yerli İnsanlar / Gender Bərabərliyi / Okeanlar və Sahil Zonaları Günü"dür

10:18
21 Noyabr

Beynəlxalq Dəmir Yolları İttifaqının sədri: Dəmir yolu dünyamızı dəyişdirmək üçün möhtəşəm marşruta sahibdir  

10:13
21 Noyabr

Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək  

10:08
21 Noyabr

Qazaxıstan BTC neft kəməri istiqamətində 1,2 milyon ton neft göndərib  

10:02
21 Noyabr

“Milliyyet”: COP29-da Türkiyənin nəqliyyatda istixana qazları emissiyalarının sıfırlanması hədəfləri açıqlanıb  

09:56
21 Noyabr

COP29-un İqlim Səfirləri seminarında karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib  

09:51
21 Noyabr

Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı görülən işlər COP29-da təqdim olunub  

09:46
21 Noyabr

COP29-dakı Qazaxıstan pavilyonunda iqlim problemlərinin həllində təhsilin rolu müzakirə edilib  

09:41
21 Noyabr

Türkiyəyə məxsus gəmi husilərin hücumuna məruz qalıb  

09:31
21 Noyabr

Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb  

09:26
21 Noyabr

Xarici nümayəndə: COP29-da şüşədən günəş panelləri kimi istifadə etməyi öyrəndik  

09:21
21 Noyabr

COP29-da iştirak edən general FHN-in fəaliyyəti ilə tanış olub  

09:16
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!