21 Noyabr 2024 08:40
101
SİYASƏT
A- A+
Azərbaycan bu günlərdə dünyanın mərkəzinə çevrilib

Azərbaycan bu günlərdə dünyanın mərkəzinə çevrilib


Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə yüksək töhfələrini verir. Respublikamızın  2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi buna bariz nümunədir.

Azərbaycanın ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verdiyi paytaxtımızda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində bir daha diqqətə çatdırılır. Bu mötəbər tədbirdə iştirak etmək üçün dünyanın dörd bir yanından gələnlər ölkəmizin qlobal problemin həllində səylərini yüksək dəyərləndirirlər. 

COP29 sədrliyi tərəfindən təşkil və idarə olunan "yaşıl zona"da ilk həmsöhbətimiz olan sudanlı Tasneem Elfatih Hajeltom Siedahmed iştirakçısı olduğu beynəlxalq tədbirin əhəmiyyətindən danışdı. O bildirdi ki, iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizəni dəstəkləmək, dünyanı təhdid edən qlobal problemin həllinə çalışmaq bütün dövlətlərin prioritet məsələsi olmalıdır: "Azərbaycan bu istiqamətdə atdığı mühüm addımlarla, həyata keçirdiyi real işlərlə nümunədir. Maliyyə və iqlim dəyişikliyinin təsirlərinə qarşı müqavimətlə bağlı ölkənizin təşəbbüsləri bizim üçün olduqca ümidverici və təqdirəlayiqdir. Əminik ki, prosesə töhfə vermək imkanı olan ölkələrdən daha böyük maliyyə resursları əldə edə bilərik".

COP29-un sudanlı iştirakçısı qeyd edib ki, bu gün hamımız iqlim dəyişikliyindən təsirlənirik: "Səbəblər müxtəlifdir. İqlim dəyişikliyinə təsir göstərən amillərdən biri dünyada baş verən münaqişələrdir. Unutmaq olmaz ki, harada yaşamağımızdan asılı olmayaraq, bizim bir dünyamız var. Yer kürəsini münaqişələrin, iqlim dəyişmələrinin gətirdiyi fəlakətlərdən qorumalıyıq. Azərbaycanın yüksək səviyyədə evsahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında müzakirə edilən məsələlər, səsləndirilən fikirlər bütün dünyaya bir çağırışdır".  

Həmsöhbətimizlə birlikdə tədbirin keçirildiyi məkanda - "yaşıl zona"da təşkil olunmuş Azərbaycan pavilyonunu dolaşırıq. Sudanlı iştirakçı burada nümayiş etdirilən əl işlərini çox bəyəndiyini deyir. Bildirir ki, əl işləri Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğundan xəbər verir. Qonaq Azərbaycan mətbəxini də tərifləyir: "Yeməklərinizi, xüsusilə də şirniyyatlarınızı çox sevdim", - deyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün müxtəlif ölkələrdən gələnlər arasında gənclər az deyil. Çindən gəlmiş Ting Ting Gui də gənclərin təmsilçisidir. Qonaq COP29-un təşkilatçılığını yüksək qiymətləndirir, tədbirdəki ümumi koordinasiyanı və könüllülərin fəaliyyətini xüsusilə vurğulayır. Bildirir ki, Azərbaycanın belə böyük və əhəmiyyətli tədbirin təşkilində göstərdiyi səylər möhtəşəmdir: "Tədbirin çox yaxşı planlaşdırıldığı, yüksək səviyyədə koordinasiya olunduğu dərhal nəzərə çarpır. Təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. Könüllülərin hazırlığını, yardım göstərməyə həmişə çalışdıqlarını xüsusilə qeyd etmək istəyirəm", - Ting Ting Gui deyir.

COP29-un çinli iştirakçısı bildirdi ki, iqlim dəyişikliyi ilə gənclərin güclü mübarizəsi təqdirəlayiqdir: "Burada digər ölkələrin nümayəndə heyətlərindəki gəncləri görmək mənə olduqca xoş təsir bağışlayır, eyni zamanda da ümidləndirir. Onlar bizi öz ölkələrinin çağırışları barədə məlumatlandırırlar. İqlim dəyişmələrinə qarşı mübarizədə biz gənclər necə kömək edə, dəstək verə bilərik, mən bu barədə COP29 çərçivəsində keçirilən konfransda çıxışımda da fikirlərimi bölüşəcəyəm. Düşünürəm ki, iqlim dəyişikliyi ilə mübarizə üçün gənclərin təşəbbüs və fəaliyyətlərinə böyük ehtiyac var. Gənclər bu məsələlərdə fəallıqlarını daha da artırmalıdırlar. Belə qlobal, bəşəriyyəti təhdid edən problemin həlli məsələsində gənclərin səsi eşidilməlidir. Çünki gələcəyin sahibi onlardır. İllər sonra bu günün gəncləri indiki liderlərin yerində olacaqlar. O zaman onlar özləri də problemlərlə üzləşəcəklər. Məlumdur ki, problemlər aradan qaldırılmadıqca, sabaha saxlandıqca, daha da böyüyür, həll olunması çətinləşir. Odur ki, gənclərin səsi çox önəmlidir. COP29-da bunun üçün hər cür şərait yaradılıb, geniş meydan verilib".

Amanda Villyam COP29-a Birləşmiş Krallıqdan gəlib. Azərbaycanın evsahibliyi etdiyi yüksəksəviyyəli COP29 tədbirində iştirakından məmnunluğunu ifadə edən qonaq deyir: "Burada iştirak etmək bizim üçün olduqca əhəmiyyətlidir. Çünki COP29 konfransı iqlim dəyişikliyi mövzusunda geniş müzakirələrin aparılması üçün vacib platformadır. COP29 bütün bəşəriyyət üçün mühüm olan ekoloji problemləri, təhlükələrə yol açan iqlim dəyişmələrinə qarşı birgə mübarizənin əhəmiyyətini diqqətə çatdırır. Düşünürəm ki, iqlim maliyyəsinin təmin edilməsinin vacibliyini tam şəkildə COP29 əks etdirir".

Ölkəmizdə gördüyü insanpərvərlik, qonağa ehtiram Amanda Villyama xoş təsir bağışlayıb. O, ölkəmizin paytaxtına gəldiyi gündən danışır: "Bakıda olduğum ilk gün yolu itirdim. Bir azərbaycanlı xanım mənə kömək etdi, yolu göstərdi. Mənə maraqlı gələn onun birinci dəfə gördüyü və heç tanımadığı bir adama göstərdiyi yüksək diqqət, qayğıkeşlik, mehribanlıq oldu. Sonrakı günlərdə müşahidə etdim ki, bunlar, ümumiyyətlə, azərbaycanlılara xas xüsusiyyətlərdir. Onu da deyim ki, Azərbaycan xalqı mehriban olduğu qədər də qonaqpərvərdir. Belə bir xalqı tanımaq, Bakı kimi gözəl şəhərdə olmaq, həqiqətən də, sevindiricidir. Burada gördüklərim xoş xatirələrə çevriləcək, heç zaman yaddaşımdan silinməyəcək".

COP29-un özbəkistanlı iştirakçısı Serqey Dorjyev qeyd edir ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizədə təşəbbüskar və fəal ölkədir: "Qardaş ölkənin bütün uğurları, yüksək nailiyyətləri kimi bu əhəmiyyətli məsələlərdə də göstərdiyi həssaslıq və geniş fəaliyyəti bizi çox sevindirir". Serqey Dorjyev Özbəkistanda da iqlim problemlərini həll etmək üçün geniş islahatlar həyata keçirildiyini vurğulayır: "Qlobal problemin daha da dərinləşməməsi, gələcəkdə geri dönüşü mümkün olmayan bir həddə çatmaması, vəziyyətin pisləşməsinin qarşısını almaq üçün ayrı-ayrı ölkələrdə deyil, bütün dünyada tədbirlər genişləndirilməlidir. Qardaş Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu mənada, bütün dünya üçün əhəmiyyətli platformadır. Bu tədbir bir daha diqqətə çatdırır ki, hər kəs öz bacarığı, gücü yetdiyi qədər dünyanın bu günü üçün təhlükə, sabahı üçün təhdid olan ekoloji problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına çalışmalıdır. Heç kim yaxasını kənara çəkməməlidir. Biz də burada Afrikanın səhralarında sudan əziyyət çəkən xalqlara özümüzün yeni texnologiyamızı təklif edirik. Deyim ki, bu texnologiya Afrika qitəsində sudan qıtlıq çəkən insanların problemlərinin aradan qaldırılmasına yardım etmək, təmiz su hasil etmək imkanı verir".

Serqey Dorjyev qeyd edir ki, COP29 təkcə təbiətdə baş verən iqlim dəyişikliklərini müzakirə etmək üçün bir platforma deyil, həm də insanlara xeyirxah xidmətlər göstərmək üçün yaranmış bir fürsətdir.

Ölkəmizdə ilk dəfə olduğunu söyləyən özbəkistanlı qonaq 2020-ci ildə böyük Qarabağ Zəfəri zamanı Bakıya gəlmək, qardaş xalqın sevincinə şərik olmaq istədiyini bildirdi. Azərbaycana gəlmək arzusunun, nəhayət, reallaşdığına şad olduğunu deyir.

Söhbətə qoşulan digər özbəkistanlı qonaq - Yelena Bazarovanın da Azərbaycana ilk gəlişidir. O, ölkəmizdə baş verən hadisələri izlədiklərini, Zəfərimizə sevindiklərini qeyd edir. Bildirir ki, Azərbaycanın böyük qələbəsindən sonra bütün sahələrdə inkişafı daha da güclənib. Bakıya gəlib bunu öz gözləri ilə görmək qonağı məmnun edib: "Azərbaycanda olduğum üçün şadam. Bakıda gözəllikləri yalnız gözlərimizlə görmürük, həm də bütün qəlbimizlə duyuruq".

Yelena Bazarova vurğulayır ki, qlobal miqyasda ən böyük problemlərdən  biri iqlim dəyişmələri və bununla bağlı yaranan ətraf mühit böhranıdır. Dünya  ölkələrinin buna laqeyd yanaşmamasının vacibliyini diqqətə çatdıran COP kimi genişmiqyaslı tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Dost və qardaş ölkə kimi Azərbaycanın bu regionda ilk dəfə COP29 konfransına evsahibliyi etməsi bizim üçün də qürurvericidir. Tədbir çox yüksək səviyyədə təşkil olunub, burada işgüzar ab-hava var. Bizi xoş qarşılayırlar, özümüzü evdəki kimi hiss edirik". 

Yelena Bazarova ümidvar olduğunu bildirir ki, bu beynəlxalq tədbirin keçirilməsi qardaş xalqlar arasında münasibətlərin daha da genişlənməsinə,  əməkdaşlıqda yeni uğurlu addımların atılmasına da vasitə olacaq.

Angela Kedaitiene söhbətimizin əvvəlində bildirdi ki, indiyədək bir çox beynəlxalq tədbirlərdə iştirak edib. COP29 kimi böyük və mötəbər bir tədbirə Azərbaycanın evsahibliyi xüsusilə diqqətəlayiqdir. Qonaq qeyd edir ki, ölkəmiz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlib.

"Yaşıl zonada" əməkdaşımızın həmsöhbəti olan Angela Kedaitiene vurğulayır ki, Azərbaycanın dünyada neft ölkəsi olaraq tanınmasına baxmayaraq, belə bir mövzudakı həssaslığı təqdirəlayiqdir. "Mən əslən litvalıyam. Bu beynəlxalq tədbirdə Cenevrəni təmsil edirəm. Professoram. Əvvəllər də Avropa Komissiyası ilə əməkdaşlıq etmişəm və dünyanın bir sıra böyük, tanınmış universitetləri ilə əlaqələrim var. O cümlədən Azərbaycanda da dostlarım çoxdur. Hesab edirəm ki, COP29 mənim üçün yeni tanışlıqlar imkanı yaradacaq. Əlaqələrimiz daha da genişlənəcək. Biz təbiətdə baş verən kataklizmlərə qarşı insanların münasibətlərini də öyrənməyə çalışırıq". 

Angela Kedaitiene qeyd edir ki, ölkəmizdə olmaq, dünyanın bir çox yerindən gəlmiş on minlərlə iştirakçının qatıldığı COP29-da iştirak etmək olduqca maraqlı və əhəmiyyətlidir: "Ümid edirəm ki, Braziliyada keçiriləcək növbəti COP sammitində biz hamımız öz fəaliyyətimizi və səylərimizi müzakirə etmək üçün yenidən bir araya gələcəyik".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabrın 25-dən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  

11:33
21 Noyabr

“Azeri Light” nefti bahalaşıb  

11:21
21 Noyabr

Özbəkistanda 2025-ci il yaşıl iqtisadiyyat ili elan olunub  

11:18
21 Noyabr

Ümumdünya Meteorologiya Təşkilatı: Dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil  

11:14
21 Noyabr

Qobustan Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirəcək xarici investor bəlli olub  

11:04
21 Noyabr

Alimlər insan skeletinin inkişafı planını hazırlayıblar

10:57
21 Noyabr

Dəniz xüsusi təyinatlıları "SAT-SAS-2024" təlimində iştirak edirlər  

10:37
21 Noyabr

Dünya bazarlarında neftin qiyməti artıb  

10:28
21 Noyabr

Bu gün Ümumdünya Fəlsəfə Günüdür  

10:23
21 Noyabr

Bu gün COP29-un sonuncu tematik günü - "Təbiət və Biomüxtəliflik / Yerli İnsanlar / Gender Bərabərliyi / Okeanlar və Sahil Zonaları Günü"dür

10:18
21 Noyabr

Beynəlxalq Dəmir Yolları İttifaqının sədri: Dəmir yolu dünyamızı dəyişdirmək üçün möhtəşəm marşruta sahibdir  

10:13
21 Noyabr

Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək  

10:08
21 Noyabr

Qazaxıstan BTC neft kəməri istiqamətində 1,2 milyon ton neft göndərib  

10:02
21 Noyabr

“Milliyyet”: COP29-da Türkiyənin nəqliyyatda istixana qazları emissiyalarının sıfırlanması hədəfləri açıqlanıb  

09:56
21 Noyabr

COP29-un İqlim Səfirləri seminarında karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib  

09:51
21 Noyabr

Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı görülən işlər COP29-da təqdim olunub  

09:46
21 Noyabr

COP29-dakı Qazaxıstan pavilyonunda iqlim problemlərinin həllində təhsilin rolu müzakirə edilib  

09:41
21 Noyabr

Türkiyəyə məxsus gəmi husilərin hücumuna məruz qalıb  

09:31
21 Noyabr

Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb  

09:26
21 Noyabr

Xarici nümayəndə: COP29-da şüşədən günəş panelləri kimi istifadə etməyi öyrəndik  

09:21
21 Noyabr

COP29-da iştirak edən general FHN-in fəaliyyəti ilə tanış olub  

09:16
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!