10 Avqust 2022 12:49
1032
CƏMİYYƏT
A- A+
Yalan və qərəzli informasiyalar cəmiyyətdə çaşqınlıq yaradır

Yalan və qərəzli informasiyalar cəmiyyətdə çaşqınlıq yaradır

 

Baş Prokurorluğun bunu yayanlara qarşı həyata keçirdiyi tədbirlər davam etdirilməlidir

 

Son dövrlərdə, doğru məlumata ehtiyacın yarandığı zamanda müxtəlif şəxslər tərəfindən həm sosial şəbəkələrdə, həm də bəzi elektron KİV-də qərəzli, həqiqətdən uzaq, şişirdilmiş informasiyalara rast gəlirik.

Belə məlumatlar xəbər gözləyənləri rahatsız etməklə yanaşı, cəmiyyətdə yanlış fikir formalaşdıra bilir. Xüsusən, çaşqınlıq yaratmaq üçün qoyulan xəbər başlıqları bəzi şəxsləri təşvişə salır.

 

Yoxlanılmamış məlumatlar qanunvericiliklə
nəzərdə tutulmuş məsuliyyətə səbəb olur

Yaranmış vəziyyətdən sui-istifadə edib ajiotaj yaradan xəbərləri yayımlayanlar, bununla "İP" toplayan, daha çox "like" yığanlar və diqqəti cəlb etmək istəyənlər az deyil. Bəzən rəsmi olmayan məlumatlar belə sürətlə yayılaraq insanlar arasında təşviş yaradır. Elə şəxslər var ki, "ilk xəbəri mən verdim" imicini formalaşdırmaq üçün kimdənsə eşitdiyi əsassız məlumatı ölçüb-biçmədən, nəticələrini düşünmədən status xətrinə yazır.

Belə xəbərlərin yayılmasının qarşısını almaq üçün Baş Prokurorluq tərəfindən tədbirlər həyata keçirilir. Bununla bağlı Baş Prokurorluq media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə müraciət də edib. Qeyd olunub ki, aparılan monitorinqlərlə mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmaması müəyyən edilib. İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb. Həmin şəxslərə "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı  xəbərdarlıq edilib.

Müraciətdə bir daha bildirilib ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

Hüquqi məsuliyyətlə bağlı maarifləndirmənin artırılmasına ehtiyac var

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli qəzetimizə açıqlamasında bildirib ki,  son dövrlər  sosial şəbəkələr bəzi müsbət tərəfləri ilə yanaşı, həm də bir bəlaya çevrilib.

Deputatın sözlərinə görə, sosial şəbəkələrdə nəzarəti mümkün olmayan tendensiyalar gedir. Bu, dövlətlərin təhlükəsizliyi, mənəviyyatla və digər məsələlərlə bağlı olur. Dəfələrlə məlumat verilib ki, hərbi sirlər, hərbi hissələrin yerdəyişməsi ilə bağlı internet saytlarında xəbərlər verilməsin. Ümumiyyətlə, sosial şəbəkələrdə bəzən şişirdilmiş məlumatlara çox rast gəlinir. Baş Prokurorluq ardıcıl olaraq belə halları pisləyir, xəbərdarlıq edir, vətəndaşlara məsuliyyətli davranmalarını bildirir. Ancaq görünür ki, bu, istənilən nəticəni vermir.

Tahir Kərimli hesab edir ki, bu halların qarşısının alınması üçün təkcə həmin şəxslərin cəzalandırılması, onlara xəbərdarlıq edilməsi ilə kifayətlənməməli, eyni zamanda kütləvi informasiya vasitələrində maarifləndirici materialları da artırmaq lazımdır: "Xüsusən nüfuzlu nəşrlərdə, onların rəsmi saytlarında bir bölmədə hansı məsələlərin işıqlandırılmasının qanunla qadağan olunduğu bildirilməlidir. Vətəndaşlara xəbərdarlıq edilməlidir ki, onlar bunu bilmədiyini, xəbəri olmadığını deməsinlər".

Deputat qeyd edir ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti dəfələrlə bu barədə xəbərdarlıq edib. Bu istiqamətdə işləri davam etdirmək lazımdır. Hüquqi məsuliyyətlə bağlı maarifləndirmənin artırılmasına ehtiyac var.

 

Sosial şəbəkədə mütləq şəkildə ayıqlıq və sayıqlıq göstərmək lazımdır

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyir ki, keçirilən hər bir hərbi əməliyyat, qoşunların dislokasiyası məxfi xarakter daşıyır. Həm düşmən xüsusi xidmət orqanları, həm də düşmənlərin havadarları olan bir sıra dövlətlərin xüsusi xidmət orqanları açıq mənbələrdən istifadə edirlər. Bu proseslərdə düşmənə informasiya ötürüldüyünü də unutmaq olmaz.

Deputatın fikrincə, buna görə də sosial şəbəkədə mütləq şəkildə ayıqlıq və sayıqlıq göstərmək lazımdır: "Təəssüf ki, bəzən kiminsə öz bilgilərini vətəndaşlara çatdırmaq üçün atdığı addımlar acınacaqlı nəticələr verir. Bundan başqa, hərbçilərin özlərinə də konkret göstəriş verilib ki, hər hansı əməliyyatın çəkilişini yaymasınlar".

Arzu Nağıyev deyir ki, Müdafiə Nazirliyi bir neçə hərbçi haqqında, onların hərbidən uzaqlaşdırılması, müvafiq maddə ilə müqavilələrinin pozulması barədə məlumat yaymaqdadır. Baş Prokurorluq da bu istiqamətdə ciddi addımlar atır, profilaktik tədbirlər görür, əməliyyat-istintaq hərəkətləri həyata keçirir.

Deputatın sözlərinə görə, sosial şəbəkələrdə Azərbaycanı sevməyənlər, həmçinin ermənilərin tərəfdarı olanlar da var. Onlar Azərbaycanın atdığı hər hansı müsbət addımı həmişə özlərinin maraqlarına uyğun dəyişdirməyə çalışırlar. Hətta bir sıra ictimai xadimlərin çıxışlarını, vətənpərvərliklə bağlı müsbət addımlarını kənara qoyaraq, hansısa  məsələni şişirdərək onları nüfuzdan salmağa çalışırlar.

Deputat düşünür ki, bu halların hamısına nəzarət var: "Unutmaq lazım deyil ki, müharibənin hərbi fazası sona çatsa da, erməni tör-töküntüləri, quldurları hələ də ərazimizdədir. Həm informasiya müharibəsi, həm keçirilən əməliyyatlar birmənalı olaraq bizim qələbəmiz üçündür. Buna görə də ayıq-sayıq olmaq lazımdır".

Onun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri də hər zaman nəyi, niyə, nəyin naminə etdiklərini dərk etməlidirlər: "Çünki biz birlikdə güclüyük! Həm Ali Baş Komandana, həm də Müzəffər Azərbaycan Ordusuna, əməliyyatı keçirən hər bir hərbçiyə dəstək olmalıyıq. Atacağımız bir səhv addımın ağır nəticəyə gətirib çıxara biləcəyini unutmamalıyıq. Buna görə də Azərbaycan xalqı, ziyalılar, sosial şəbəkə istifadəçiləri, KİV nümayəndələri bir olub qələbə naminə öz addımlarını atmalıdırlar".

 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!