17 May 2025 08:50
746
İQTİSADİYYAT
A- A+
Yağışlı baharın nübar barları

Yağışlı baharın nübar barları


Havalar isindikcə istehsal artır, istehsal artdıqca qiymətlər düşür


Mini texnika cərgələr arasında hərəkət edərək torpağın altını üstünə çevirir. Ağappaq kartoflar üzə çıxır. Qızlar, gəlinlər cərgələr arasına düşərək kartofları bir-bir əllərindəki vedrələrə yığırlar. Vedrələr dolduqca hər kəs üstündə "Azərbaycan məhsulu" yazılmış və sahənin bir tərəfində - cərgələr arasında sıralanan kartof kisələrinə yaxınlaşıb kartofları ora boşaldır. Beləcə, kisələr kartofla dolur, dolmuş kisələrin sayı bir-bir artır.

Cəlilabad Dövlət Aqrar İnkişaf  Mərkəzinin (DAİM) mütəxəssisi, ixtisasca aqronom olan Hafiz Kərimov və Muğan inzibati ərazi nümayəndəsi Rövşən Həsənovla Muğan-Söyüdlü-Maşlıq avtomobil yolunun kənarında dayanıb bu mənzərəni seyr edirik. Hər tərəfdə qızğın iş gedir. Ərazi nümayəndəsinin təklifi ilə asfalt yoldan düşüb yaxınlıqdakı sahəyə gedirik. Kartof yığanların arasından bir nəfər cavan aralanıb bizə yaxınlaşır. R.Həsənov bizi tanış edir. Salamlaşır, hal-əhval tuturuq. Sonra da ondan -  sahibkar Elmar Şahbazlıdan işlərin necə getdiyini soruşuruq. "Sağ olun, lap yaxşıyıq, Allaha şükür, işlərimiz də qaydasındadır". Sonra da sözünün davamını gətirir: "4 hektar pay torpağımda ilin əvvəlində, daha dəqiq desək, yanvar ayının üçüncü ongünlüyündə kartof əkdim. Sahənin üstünə sellofan örtük çəkdim. Əkin zamanı toxumun keyfiyyətinə xüsusi diqqət verdim. Atalar nahaq deməyiblər ki, nə əkərsən, onu da biçərsən. Əkindənsonrakı aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə görməyə çalışdım. Gördüyünüz kimi, artıq məhsul yığırıq. Hesablamama görə, hər hektardan 300 sentner, yəni 30 ton məhsul götürəcəyəm. Qiymət də hələlik biz fermerləri qane edir. Bir kiloqramı 70-80 qəpiyə sahədən veririk". 

Ərazi nümayəndəsi söhbətə qoşulur: "Satışda heç bir problem yoxdur. Gördüyünüz o TIR-lar kartof gözləyir. Onlar sahənin içərisinə girə bilmədiklərinə görə orada dayanıblar. Bir azdan məhsul yük maşınları ilə daşınıb TIR-lara yüklənəcək, sonra Rusiya və Ukrayna bazarlarına yola salınacaq". 

Kartof sahələrinin necə suvarılması ilə maraqlanırıq. Məlum olur ki, bu iş damcı yolu ilə aparılır. Artezian quyusu ilə yerin təkindən çıxarılan su filtrdən keçirilərək qumdan təmizlənib cərgələrə ötürülür. 

Fermer Elmar Şahbazlının dediklərindən aydın olur ki, sellofanaltı əkdiyi 4 hektardan başqa, Üçtəpə kəndi ərazisində icarəyə götürdüyü 13 hektar sahədə də  kartof əkib-yetişdirib, amma açıq şəraitdə. Bir neçə gündən sonra həmin sahələrdə də məhsul yığımına başlanılacaq. 

Rövşən Həsənovdan ərazi nümayəndəsi olduğu 3 kənddə nə qədər əhali yaşadığını soruşuruq: "Cəmi 8 min nəfər" - deyir. Sonra da əlavə edir: "1450 hektar əkin sahəmiz, 1840 təsərrüfatımız var. Camaatımız əsasən taxıl, kartof əkib-becərir, mal-qara saxlayır". 

Ərazi nümayəndəsi, fermer və sahədə çalışan işçilərlə sağollaşıb yolumuza davam edirik. Yolun hər iki tərəfi adamın sinəsinə çatan taxıl zəmiləridir. Duman rənginə oxşar bir çalarda gözəçarpan noxud sahələri arabir diqqətimizi çəkir. Cəmi 3-4 gün əvvəl kartofu yığılan torpaqlara isə qarğıdalı əkilib. Toxumlar cücərib, torpaqdan baş qaldırıb, 2-3 qulaq halına gəlib. Bunları gördükcə əvvəllər təsərrüfat rəhbəri, sonra Salyan Rayon İcraiyyə Komitəsinin sədri, daha sonra isə Neftçala, ardınca da Cəlilabad Rayon Partiya Komitələrinin birinci katibi işləmiş mərhum İbrahim Qurbanovun dediyi bir söz yadımıza düşür: "Cəlilabad torpağı bərəkətli, bol məhsul verən torpaqdır. Bu torpaqdan Muğanın bir çox yerləri üçün gübrə kimi də istifadə etmək olar".

Üzümüzü DAİM-in mütəxəssisi Hafiz Kərimova tuturuq: "Maşallah, deyəsən, işləriniz yaxşı gedir", - deyirik. O isə sözümüzə qüvvət verir: "Bu ili kənd təsərrüfatı üçün uğurlu hesab etmək olar. Qışda bir neçə dəfə qar düşdü, yaz da lap əla keçir. Yağışlar taxıla, kartofa, eləcə də başqa bitkilərə can verir. Taxılın məhsuldarlığı keçən illə müqayisədə xeyli çox olacaq. Yağışların hesabına çöllərdə-düzlərdə heyvan-qara üçün bol yem kütləsi də əmələ gəlib. Yem bol olanda ət-süd, yağ da çox olur. Hər sahədə nəticələrin yaxşı olacağına inanırıq". 

Cəlilabaddan Masallı rayonu istiqamətinə gedən "köhə yol" adlanan yol ilə 6-7 kilometr gedib sağa dönürük. Burada da ucsuz-bucaqsız taxıl zəmiləri göz işlədikcə uzanıb gedir. Üstü sellofan örtüklü, habelə açıq şəraitdə becərilən çiyələk sahələri bir-birini əvəz edir. Hafiz Kərimovdan buranın kimə məxsus olduğunu soruşuruq. "Mirağa Həsənovun çiyələk sahəsidir", - deyir. Yaddaşımı silkələyirəm: "Zənnim məni aldatmırsa, onun əkin sahələri Göytəpə şəhərinin ətrafında idi, - deyirəm, - 4-5 il əvvəl orada olub onunla söhbət aparmış, haqqında yazı hazırlamışam". DAİM-in mütəxəssisi: "Düz deyirsiniz, siz onun oradakı istixanasında olmusunuz. Bura isə şəhərdən bir az aralıdır, onun açıq şəraitdə becərdiyi təsərrüfatıdır". 

Nəhayət, sahəyə çatırıq. H.Kərimov təsərrüfatın rəhbəri ilə əvvəldən telefonla əlaqə saxladığı üçün burada bizi Mirağa Həsənovun sahibkarı olduğu "AZBERR" müəssisəsinin aparıcı mütəxəssisi Cavanşir Həsənov qarşılayır. Sahədə məhsul yığılır, qızğın iş gedir. Sahə düşərgəsində qoyulmuş masa arxasında oturub söhbət edirik. C.Həsənov deyir ki, yalnız çiyələk yetişdirməklə məşğul olurlar: "15 hektar sahəmiz var. Bu iş kənardan baxana, bəlkə də, asan gələr. Lakin çiyələk yetişdirməyin öz çətinlikləri var. Çox xərc tələb olunur. DAİM-in mütəxəssisləri yaxşı bilir. Son günlər yağan yağışlar bir çox sahələrə xeyirli olsa da, açıq havada yetişdirilən çiyələklərə xeyli ziyan vurdu. Amma bu bizi ruhdan salmır. Sellofan örtük altında yetişdirdiyimiz çiyələyin yığımına əvvəl, açıq havada becərdiyimizin yığımına isə on gündür başlamışıq. Yığdığımız məhsulu Göytəpə şəhərindəki anbara göndəririk. Orada məhsul xüsusi temperaturda şoklama prosesindən keçirilir. Bu ondan ötrüdür ki, xarici ölkələrin bazarlarına göndərilərkən yolda xarab olmasın. Anbarlarımızdan Bakının "Meyvəli" bazarına da çiyələk göndərilir. Hazırda müəssisəmizdə 60 nəfər çalışır. Onlar hər gün səhər bizim maşınlarla evlərindən götürülür, axşam evlərinə çatdırılır". 

Təsərrüfatın həyətindəki döşəməsinə sellofan örtük sərilmiş hovuzla maraqlanırıq. Məlum olur ki, 2 artezian quyusunun suyu öncə bura vurulur. Hovuzda su durulub təmizlənməklə yanaşı, həm də günəş şüası ilə zənginləşir. Sahəyə damcı yolu ilə verilən bu su bitkilərin daha tez və sağlam inkişafına şərait yaradır. 

Cavanşir Həsənov aqrar sahəyə dövlət dəstəyindən də danışdı. Uzaq məsafədən çiyələk yetişdirdikləri əraziyə elektrik xəttinin çəkilişindən, artezian quyularının qazılması və s. işlərdən razılıq etdi. 

Bu gün Cəlilabada yolunuz düşsə, siz də hər yerdə qızğın iş getdiyinin şahidi olacaqsınız. İndiyədək onlar yığdıqları 11 min 360 ton kartofun10 min 987 tonunu, 3 min 460 ton çiyələyin 2 min 836 tondan çoxunu xarici bazarlara ixrac etmişlər. Bu isə aqrar sektorun ölkəmizə gətirdiyi valyuta deməkdir. Daxili bazarlarda da Cəlilabadın nübar kartof və çiyələk məhsulları çoxdur. Yığım artdıqca məhsulun qiyməti düşür və bu nemətlər hamı üçün əlçatan olur. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:27
30 Aprel

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında

02:25
30 Aprel

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

02:24
30 Aprel

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:23
30 Aprel

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

02:22
30 Aprel

Ukrayna dronları Rusiyanın bir neçə “Mi-28” və “Mi-17” helikopterlərinə zərbə endirib  

23:55
29 Aprel

Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb

23:18
29 Aprel

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

Hörmüz boğazı hamı üçün bağlı deyil

20:28
29 Aprel

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir

20:15
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!