14 Sentyabr 2026 14:22
146
İQTİSADİYYAT
A- A+
Xırdalan-Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir

Xırdalan-Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir

“Azərbaycan Dəmir Yolları” (ADY) yeni mövsümdən artan sərnişin tələbatının qarşılanması məqsədilə xidmət sahəsində bir sıra yeniliklər həyata keçirir.

AZƏRTAC ADY-yə istinadla xəbər verir ki, sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək. Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32 faiz artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.

Səfərlərin daha rahat və operativ təşkili məqsədilə sentyabrın 15-dən etibarən Xırdalan-Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq. Yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək. Hazırda Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir. Bu dəyişiklik sərnişinlərə vaxtlarına qənaət etməyə və səfərlərini daha rahat planlaşdırmağa imkan verəcək. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı-Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.

Yeni qrafikə əsasən, Bakı-Xırdalan-Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb, o cümlədən Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 reys artırılıb. Həmçinin Bakı-Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb.

Bundan başqa, sərnişinlərin rahatlığı üçün turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Hazırda “Visa” ilə yanaşı, “Mastercard” kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür.

Bank kartları üzrə gediş haqqı ödənişləri artıq səyahətin həyata keçirildiyi gün hesabdan çıxılır. Bu yanaşma ödəniş prosesinin daha rahat və şəffaf təşkilinə xidmət edəcək.

Elektron ödəniş imkanlarının artırılması istiqamətində Bakı və Sabunçu vağzalları, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb. Bu yenilik sərnişinlərin alternativ ödəniş vasitələrindən daha geniş istifadəsinə şərait yaradacaq.

Səyahət imkanlarının daha da yaxşılaşdırılması məqsədilə növbəti mərhələdə SİMA Pay – üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsinə, sərnişinlərin rahatlığının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə yönəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq

15:31
14 Sentyabr

Gürcüstan və Ermənistan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

15:30
14 Sentyabr

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub

15:28
14 Sentyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

15:25
14 Sentyabr

Himalay buzlaqları sürətlə əriyir

15:10
14 Sentyabr

Alimlər qocalmanın sirrini tapıblar

15:00
14 Sentyabr

İndoneziyada gəmi aşıb: 6 nəfər ölüb, 130 nəfər itkin düşüb

14:58
14 Sentyabr

Azərbaycan-Qırğızıstan münasibətlərinə dair qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

14:23
14 Sentyabr

Xırdalan-Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir

14:22
14 Sentyabr

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkarlanıb

14:11
14 Sentyabr

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir

14:09
14 Sentyabr

Hakan Moral: Bakı görüşündə gənclər və ailə ilə bağlı mühüm məsələlər müzakirə olundu

14:08
14 Sentyabr

Müdriklik işığı

14:05
14 Sentyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

13:32
14 Sentyabr

Asiya İnkişaf Bankı indiyədək Azərbaycanda 160 layihə üzrə 5,6 milyard dollar maliyyə ayırıb

13:30
14 Sentyabr

Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi olub

13:27
14 Sentyabr

Hərbi ekspert: Əməliyyat xəritələri mina probleminin həlli üçün mühüm məlumat bazası ola bilər

13:25
14 Sentyabr

Kubanıçbek Ömüralıyev: Gənclərin rəqəmsal biliklərlə yanaşı, milli və mənəvi dəyərlərə yiyələnməsi vacibdir

13:24
14 Sentyabr

Bakı Metropolitenində qatarlararası intervallar azaldılır

13:23
14 Sentyabr

SEPAH Hörmüz boğazında MQ-1 PUA-sını vurduğunu açıqlayıb

13:22
14 Sentyabr

ACF: Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq

13:21
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!