14 Sentyabr 2026 12:25
163
İQTİSADİYYAT
A- A+
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində “Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov ilə görüşü keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Bişkek şəhərində keçirilən görüşdə “AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası çərçivəsində, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış memorandumdan irəli gələn məsələlər, dağ-mədən sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Zakir İbrahimov dövlət başçılarının liderliyi və siyasi iradəsi nəticəsində Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrin, o cümlədən dağ-mədən sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib.

Görüş zamanı “AzerGold”un geoloji kəşfiyyat, yataqların qiymətləndirilməsi, hasilat və emal sahəsində qazandığı təcrübə barədə məlumat verilib. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji-kəşfiyyat işləri, müasir aeroelektromaqnit və digər qeyri-invaziv kəşfiyyat metodlarının uğurla tətbiqi barədə məlumat diqqətə çatdırılıb.

Qeyd edilib ki, “AzerGold” ölkə hüdudlarından kənarda fəaliyyətinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə Mərkəzi Asiya regionunda birgə dağ-mədən və geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi imkanlarını araşdırır.

Z.İbrahimov bildirib ki, şirkət qızıl və digər faydalı qazıntı yataqlarının kəşfiyyatı və istismarı, müasir geoloji tədqiqat metodlarının tətbiqi istiqamətlərində əməkdaşlığa hazırdır.

“Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov Qırğızıstanın dağ-mədən sənayesində son illərdə həyata keçirilən islahatlar, “Kyrgyzaltyn” ASC-nin mövcud layihə portfeli və sektorun inkişaf perspektivləri barədə məlumat verib. O, dövlət şirkətinin strukturunun təkmilləşdirilməsi, törəmə müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində görülən işlərdən danışıb.

K.Abdraimov Qırğızıstanda son beş il ərzində dağ-mədən sənayesinin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, 2020-ci ildən etibarən sektorda genişmiqyaslı islahatlar həyata keçirilib, investisiyaların cəlb edilməsi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.

“Kyrgyzaltyn” ASC-nin rəhbəri “AzerGold” ilə əməkdaşlıq məsələsinə də toxunaraq, Azərbaycan tərəfinin əməkdaşlıq və qarşılıqlı dəstək təklifinin “Kyrgyzaltyn” tərəfindən müsbət qarşılandığını bildirib. O, aparılan müzakirələrin nəticəsində yeni əməkdaşlıq imkanlarının ortaya çıxa biləcəyini və mövcud perspektivli layihələrin tərəflər arasında birgə nəzərdən keçiriləcəyini qeyd edib.

Tərəflər perspektivli yataqlar üzrə birgə müəssisələrin yaradılması, investisiya modelləri, geoloji kəşfiyyat nəticələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, eləcə də yeni layihələrin maliyyələşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və əməkdaşlığın praktiki layihələrlə genişləndirilməsi barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi yerlərdə duman olacaq

13:19
14 Sentyabr

Baş katib: Dini liderlərin əməkdaşlığı və rəqəmsal dəyişikliklərə uyğunlaşma xüsusi əhəmiyyət daşıyır

12:49
14 Sentyabr

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

12:47
14 Sentyabr

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü keçirilib YENİLƏNİB

12:33
14 Sentyabr

Hakan Moral: Marjinal və ifrat cərəyanlarla mübarizədə ortaq fəaliyyət planının qəbul edilməsi vacibdir

12:27
14 Sentyabr

Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkə qadağasına Konstitusiya Şurasından veto

12:26
14 Sentyabr

“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

12:25
14 Sentyabr

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması yeni qaydada tənzimlənəcək

12:17
14 Sentyabr

TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

12:09
14 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb

12:03
14 Sentyabr

Parisdə Azərbaycan mətbəxinə böyük maraq: milli təamlarımız rəğbətlə qarşılanıb

12:01
14 Sentyabr

Baş prokuror İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib

11:59
14 Sentyabr

Yeni tədris ilində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq

11:49
14 Sentyabr

Rahman Qurbanmuradov: Bakı görüşü xalqlarımız üçün faydalı olacaq

11:43
14 Sentyabr

TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edilib

11:37
14 Sentyabr

DTX-nin rəisi Çinə səfər edib

11:13
14 Sentyabr

Əbdüləziz Zakirov: İslam bizi elmə, araşdırmağa, düşünməyə və faydalı işlər görməyə çağırır

11:12
14 Sentyabr

Nuriddin Xoliknazarov: TDT qlobal arenada nüfuzunu və mövqeyini getdikcə daha da gücləndirir

11:11
14 Sentyabr

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

11:06
14 Sentyabr

Avropada anbarlardakı qaz ehtiyatlarının azalması yeni enerji böhranı riskini artırır

10:47
14 Sentyabr

Safi Arpaquş: Əmin-amanlığımızı təhdid edə biləcək zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıyıq

10:45
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!