Tanıdığım yaxşı insanlarla hər ünsiyyəti ömrümə qazanc bilmişəm. Tofiq Mehdiyevi belə tanımışdım, ona ehtiramım belə formalaşmışdı, onu min¬lər¬dən biri kimi mən də bu ehtiramlarla da xatırlayıram. …
Tofiq Şəfaət oğlu 1946-cı il sentyabrın 14-də Şərqi Zəngəzurda – Zəngilan rayonunun Pirçivan qəsəbəsində (indiki Zəngilan şəhərində) anadan olub, buranın gözəlliklərini gözlərinə köçürə-köçürə bur¬da böyüyüb, mehinə mehirlənib, güllərinin-çiçəklərinin rayihəsindən sehirlənib, şimşək çaxı¬şın¬dan, sellərin coşqusundan burda qəhərlənib, gündüzlər Gü¬nə¬şi¬n, gecələr Ayın, ulduzların işığını keçəcəyi yollara xəyalən burda ələyib…
Tofiqin atası Şəfaət Mehdiyev 1937-ci ildən 1960-ci ilədək Zəngilan rayon torpaq şöbəsinin aq¬¬ro¬nomu, Maşın Traktor Stansiyasının (MTS) baş aqronomu, Maşın Traktor Stansiyasının direk¬toru və Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdi. Sosialist Əməyi Qəhrəmanı idi. Anası Nazlı xanım ali partiya məktəbini bitirmişdi, Qubadlı rayon partiya komitəsinin partiya kabi¬ne¬tinin müdiri işləmişdi; Tofiq belə bir ailədə böyümüşdü...
Tofiq Şəfaət oğlunun rəngkarlığa da, musiqiyə də böyük marağı olub. Musiqi məktəbində tar çalmağı öyrənirmiş, Zəngilan şəhər 1 saylı məktəbin dil-ədəbiyyat müəllimi, istedadlı şair və rəssam Nəriman Əliyevdən rənglərin harmo¬ni¬yasının sirlərini, bu sirlərin fəlsəfəsini mənimsəyirmiş. Öyrəndikcə fırçayla ya¬ra¬dılan rənglər dün¬ya¬sına vurulurmuş. Bu, böyük sevgi idi; Tofiq bu sevginin işığında rəssam olmaq istəyirdi. 1961-ci ildə Mincivan qəsəbə orta məktəbinin 7-ci sinfini bitirmişdi. Sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə vermişdi. Minbir istəklə gəldiyi təhsil ocağı onun kö¬nül düyasında tərs yellər əsdirmişdi; sol gözündə “qara su” aşkarlanmışdı. Həkimlər ona rəs¬sam¬lıqla məşğul olmağı məsləhət gör¬mə¬mişdi¬lər, müəyyən həddə qadağan etmişdilər. Valideynləri bu qada¬ğanın yeniyetmənin gələcəyi üçün səs¬lən¬dirildiyini nəzərə almışdı. Tofiqin göz yaşları ürəyini islatmışdı. Bakı Kənd Təsərrüfatı Tex¬niku-muna daxil olmuşdu. Texnikumu bitirəndə düşüncə¬ləri¬nin tərpənişi onun niyyətinin səm-ti¬ni dəyiş¬mişdi. Tofiq Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) elekt¬ro¬texnika fakultəsinə daxil oldu. Oxudu, öyrəndi. Öyrənə-öyrənə həm də dünyaduyumu forma¬la¬şırdı…
İnstitutu bitirdi. Azərbaycan komsomolunun 50 illiyi adına Bakı Elektrik Maşınqayırma za¬vo¬dunda usta köməkçisi kimi əmək fəaliyyətinə başladı. Bu vəzifədə az işlədi. 1971-ci ilin iyu¬lunda Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda mühəndis vəzifəsinə təyin olundu. 1973-cü ilin aprelindən 1976-cı ilin aprelinədək Azərbaycan SSR Kənd Təsərrüfatı Na¬zir¬liyinin Kolxozlararası Kökəltmə Birliyində böyük mühəndis, 1976-1977-ci illərdə Ümum¬ittifaq Tədqiqat Heyvandarlıq Fermalarının Quraşdırılması İnstitutunun Zaqafqaziya şöbəsinin di¬rektoru, 1977-ci ilin martından 1982-ci ilin yanvarınadək Kənd Təsərrüfatı işçiləri Həmkarlar İttifaqı Respublika Komi¬tə¬sində inspektor, sonra katib vəzifəsində işlədi.
T. Mehdiyev bacarıqlı kadr idi, məsuliyyətli kadr idi, dövlətə, dövlətçiliyə sədaqətli kadr idi. Bu fəzilətlər və ma¬lik olduğu milli-mənəvi dəyərlər onun kadr kimi zəmanəti olmuşdu: 1982–1983-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsininın kənd təsərrüfatı şöbə¬si¬ndə təlimatçı, 1983-1986-cı illərdə katib köməkçisi, 1986-cı ildən 1987-ci ilin dekabrınadək kənd təsərrüfatı şöbə müdirinin müavini işlədi…
Sovet rejimi nomenklatur rejimə əsaslanırdı, bu və ya digər vəzifələrdə işləmədən müvafiq yük¬sək vəzifəyə təyin olunma bəlkə də möcüzə olardı. Belə vəzifələr həm kadrın iş qabiliyyətinin, həm də səbatlığının daha yüksək vəzifəyə təyinatında əsaslandırma vasitəsi hesab edilirdi.
80-90-cı illərdə partiya orqanlarında, həm də Mərkəzi Komitə səviyyəsində təyinatlar neçə yerdə müzakirə edilirdi, nələr öyrənilirdi, Mərkəzlə necə razılaşdırılırdı, kadr haqqında əlahiddə nə kimi xarakterik göstəricilərə diqqət yetirilirdi, hamıya məlum həqiqətlər idi. Filankəs Mərkəzi Komitədə işə qəbul edilirdisə, onun “dosyesinin” tər-təmiz olduğuna kimsə şübhə etməzdi. Tofiq Mehdiyev 1987-ci ildə Zəngilan rayon partiya komitəsinin birinci katibi seçildi. Bu, Böyük Yolun başlanğıcı imiş...
Zəngilan rayon partiya komitəsinin birinci katibi T.Mehdiyev Zəngilanın timsalında Azərbaycanı düşünürdü, Zəngilanın timsalında Azər¬bay¬canın nüfuzunu qoruyurdu, Zəngilanın tim¬sa¬lında Azərbaycanı müdafiə edirdi. Düşməni tanı¬maq müdafiənin başlanğıcıdı. Ermənistanın xis¬lə¬tini bildiyinə görə daha etibarlı tədbirlər görürdü.
Mərkəzi Komitə Zəngilanın iqtisadi və sosial inkişafını təqdir edirdi: yollar çəkilirdi, abadlıq işləri genişlənirdi, kəndlərə telefon xətləri çəkilirdi, kəndlər qazlaşdırılırdı, Qafanın və Kaçaranın mis-molibden mədənlərinin çirkləndirdiyi Oxçu çayının təmizlik dərəcəsini müəyyənləşdirən labora¬to¬riya, Bakı Quru Transformatorlar zavodunun filialı açılmışdı, “Qotur su” kimi tanınan müalicəvi su¬yun mənbəyində “Süsən” sağlamlıq pansionatı, kərpic zavodu, tikiş və toxuculuq sexi, hamam, mədəniyyət sarayı, yeni məktəblər, kinoteatr istifadəyə verilmişdi, Zəngilan yeni iqtisadi me¬tod¬lar əsasında inkişaf edirdi…
Ermənistanda ermənilik genişlənəndə, Azərbaycanda ərazi iddiası Ermənistanın xarici siyasəti¬nin istiqamətini müəyyənləşdirəndə, ermənilər o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdir¬mək üçün açıq mübarizəyə başlayanda Zəngilanda gərəkli müdafiə tədbirləri görülməyə başlanıldı. Tofiq Mehdiyevin təşəbbüs ilə fəallar yığıncağı çağırıldı. Yığıncaqda qərara alındı ki, müdafiə şurası yaradılsın, rayonun müdafiəsi və mühafizəsi təmin edilsin.Təxirəsalınmaz tədbir¬lər çərçivə¬sində tanınmış hərbi xadim general-leytenant Valeh Bərşadlının məsləhətlərilə rayonda müdafiə siste¬mi yaradıldı. Sərhədyanı kəndlərdə klublar, ictimai binalar hərbi tələblərə uyğunlaş¬dı¬rıldı. Kö¬nül¬lü döyüşçülər bu tikililərdə yerləşdirildi. Qazançı, Seyid¬lər, Rəzdərə kəndlərində sərhəd müha¬fizə məntəqələri yaradıldı.Yuxarı Genlik kəndində hərbi baza inşa edildi.
T.Mehdiyev Moskvanın diktəsi ilə Azərbaycandan alınıb Ermənistana verilmiş Nüvədi kəndinin Zəngilana qaytarılmasını tələb edirdi, bunun üçün xüsusi dövlət komissiyasının yaradılmasına, beş il bu kənddə Azərbaycan idarəçiliyinin təmin edil¬mə¬sinə nail olan depu¬tat idi:
“İndiki Ermənistan ərazisindəki Mehri rayonunda dirəniş göstərərək qalmış Nüvədi kəndinin qorunması, müdafiəsi, rabitə, elektrik, nəqliyyat əlaqələrinin, ərzaqla və ehtiyatlarla tə¬min edilməsi bizim üzərimizə düşmüşdü. Tam üç il yarım ərzində bu saydığım və demədiyim mə¬sələlər mənim və elliliklə hamımızın gündəlik işləri olmuşdu. SSRİ-nin Rus hakimiyyəti fövqə¬la¬də vəziyyət elan etdiyinə görə rayonlarımızda komendant saatı tətbiq etdi və biz hərbi vəziyyət şəraitində işləməli olduq. Böyük itkilər, şəhidlər verdik, mərhu¬miy¬yətlərlə üzləşdik. Əzizlərimizi, dostlarımızı, atamızı, anamızı, doğmalarımızı itirdik, xalqımız vardan-yoxdan çıxdı. Lakin bütün bu baş verənlər nə xalqımızı, nə də ki məni sarsıda bilmədi. Mən hər bir dövrdə çalışdım ki, mənsub olduğum soya, şəcərəyə, Oğuzların Dəlilər tayfasına sadiq qalım...”, – T.Mehdiyevin bu fikirləri həm tarixdir, həm böyük vətəndaşlıq heysiyyətidir, həm də sabahlara inamdır...
T.Mehdiyev xı, xıı çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək Zəngilanlıların mənafeyini layiqincə təmsil edib, dövlət atributlarının – Bayrağının Himninin, Gerbinin qəbul olunmasında iştirak edib. Bununla yanaşı, Müstəqillik Aktına imza atan deputatlardan biri olub. Ali Sovetin sessiyasında iştirak etmək üçün Bakıya gələndə MK-da rayonun kuratoru, təşkilat partiya işi şöbəsinin inspektoru Şa¬mil Hü¬sey-nova deyib ki, mən sessiyada çıxış edib şəhərlərimizin, rayonlarımızın adlarının qay¬ta-rılmasını tələb edəcəm. Cəzalandırılsam da təklif edəcəm. Beş-on ildən sonra Gəncə adı unut¬du¬rulan kimi Nizami adı da unutdurulacaq, Qəbələ adı unutdurulan kimi İsmayıl bəy Qutqaşınlı adı da unut¬du¬rulacaq. Be¬lə¬cə, tariximiz unutdurulacaq. Vətənə görə o günün qəzəbindən qorxmalıyıq…
Tofiq müəllim sessiyada çıxış etmişdi, təklifini səsləndirmişdi: Kirovabada öz əvvəlki adı olan Gən¬cə qaytarılsın, Qutqaşenə Qəbələ, Vartaşenə Oğuz adları qaytarılsın!
Öz adından demişdi, xalqın adından deyilmiş kimi səslənmişdi!..
1988-ci ildə Ermənistanda azərbaycanlıların qəddarlıqla, vəhşiliklə deportasiyası başladı. Er¬mə¬nis¬tan¬dan qaçmağa məcbur olanlarımızın bir hissəsi Zəngilana pənah gətirirdi. Onlar Mincivanda və Şərikanda böyük səmimiyyətlə, səmimiyyət qarışıq qəhərlə qarşılandı. Qaçqınlar ilk vaxtlar yerli əhalinin evlərində, məktəblərdə, uşaq bağçalarında, ... yerləş¬di¬ri¬lirdi. Sonra 30-cu illərdə varlığını itirmiş Tağılı kəndinin yerində layihə əsasında yeni Tağılı kəndi, Cəfər¬qu¬lu¬uşağı kəndinin yerində “Yeni Cəfərquluuşağı” kəndi inşa olundu, qaçqınlar bu kəndlərdə məs¬kun¬laşdılar...
Tofiq Mehdiyev sonralar müstəqil Azərbaycanda “Azərittifaq”ın ilk sədri oldu. Azərbaycanla Tür¬kiyə arasında iqtisadi əlaqələr həm də bu rəsmi dövlət qurumu vasitəsilə tənzimlənirdi, bu tən¬zimlən¬məni həm də T. Mehdiyevin rəhbərlik qabiliyyəti, bu əlaqələrə ruhən sevgisi tənzim¬lə¬yirdi. Azər¬bay¬canın Türkiyədə ilk ticarət nümayəndəliyini T.Mehdiyev təsis etmişdi, ora nüma¬yən¬¬də gön¬dər¬mişdi.
Zəngəzur təkcə toponim kimi deyil, Vətənin bir hissəsi kimi heç zaman T.Mehdiyevin düşüncələrindən uzaq düşməmişdi. Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad edilə¬cə¬yinə də inanırdı, nə vaxtsa hansı səbəblərədənsə ilhaq edilmiş ərazilərinin də öz sərhədləri daxilində olacağına da. Bu baxımdan Zən¬gə¬zur da istisna deyildi. Bu inam Tofiq Mehdiyevin təşəbbüsü ilə ya¬¬ra¬dılmış “Zəngəzur İctimai Birliyi”nin ideya istiqamətlərini müəyyənləşdirdi. Tofiq Mehdiyev bu birliyin sədri seçildi. Hazırda Tofiq müəllim Ağsaqqallar Şurasının sədridir. Ağsaqqal xeyir-duası ilə yaradılan birlik ağsaqqal töv¬si¬yə¬ləri ilə işıqlı səhərlərə uğurdadı...
Vətən müharibəsində qazanılan Zəfər təkcə ərazilərimizin işğaldan qurtuluşu ilə məhdudlaş¬ma¬dı, həm də tarixi ədalətin daha geniş miqyasda bərpa olunacağı inamını kükrətdi. Yaddaşlardan tarixə qaytarılan Zəngəzur kimi. Bu gerçəklik Tofiq Şəfaət oğlunun da ruhunun zikri oldu. Bu zikr şük¬ran¬lıqdır. Bu şükranlıqda qədərsiz sevgi də var. Vətəni tarixi bütövlüyü ilə sevənlər Zəngəzur dəhli¬zi¬nin açılmasını Zəngəzura qayıdışın başlanğıcı bilir. Bu dərk hər bir azərbaycanlı üçün gözaydınlığıdı. Bu gözaydınlığında tanıdığım və sevdiyim Tofiq Şəfaət oğlu Mehdiyevin Vətən sevgisinin də işığı var, vətəndaşlığının da, dünyaduyumunun da, azərbaycançılığının da...
Hər kitabın öz mahiyyəti olur. Yüksək siyasi təfəkkürə malik olan Tofiq Mehdiyev həm də sözə yaxşı bələd olan ziyalıdır. Onun tarixi müstəvidə yazdığı “Zamanın axarında”(Zəngəzursuz illərim) kitabı sev¬gilər kitabıdı: Azərbaycana sevgi, Zəngilana sevgi, Azər¬bay¬canı, Zəngilanı sevənlərə sevgi… Bu baxım¬dan tarix haqqında yazılmış tarixi kitabdı, ma¬hiyyəti baxımından tarixin kitabıdı. T.Meh¬diyev bu kitabda neçə-neçə tarixi hadisəni ta¬rix¬ləşdirib, bu hadisələrin hər biri ayrılıqda da, vəhdətdə də Azər-baycanımızın tarixidi. Qəlbin hökmü ilə yazılmış bu kitaba Azərbaycanın bir regionu haqqında tarixi hadisələr antologiyası da deyə bilərik…
Zəngilan Ermənistanın hücumlarına məruz qalanda, Ermənistanın başladığı elan edilməyən müharibədə T.Mehdiyevin də azərbaycançılıq heysiyyəti əsgərləşmişdi, müharibə gedən müd¬dətdə ruhən Zəngilanın müda¬fiə döyüşlərinin iştirakçılarının yanında olan bu vətənpərvər insan da əmin idi ki, Azərbaycan Ordusu işğalı sonlandıracaq. “2020-ci ilin 10 noyabrı azərbay¬can¬çılığın erməniliyə qalib gəldiyi gündür. Zəngilan da işğaldan azad olundu. Ruhumuz sıxıntı¬lar¬dan qur¬tardı. Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə 2023-cü il sentyabrın 20-də Azər¬baycanın ərazi bütövlüyünü tam bərpa etdi...”, –bu fikir müdriklik işığıdı, Tofiq müəllimin ürəyinin döyün¬tü¬lə¬riylə səsləşir, şüb¬həsiz...
Tofiq Şəfaət oğlu Mehdiyevin 80 yaşı tamam olur. Bu yaş müdriklik yaşıdır. Gəncliyini də, ilkin ağsaqqallığını da müdrik düşüncələrlə yaşamış Tofiq müəllimə can sağlığı, bundan sonra da dəyər¬lər¬lə yaşanılacaq illər arzulayırıq...
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim