14 Sentyabr 2026 13:25
141
SİYASƏT
A- A+
Hərbi ekspert: Əməliyyat xəritələri mina probleminin həlli üçün mühüm məlumat bazası ola bilər

Hərbi ekspert: Əməliyyat xəritələri mina probleminin həlli üçün mühüm məlumat bazası ola bilər

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi insanların təhlükəsiz qayıdışına və normal yaşayışın bərpasına ciddi maneə olaraq qalır. Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi nəticəsində müharibədən illər keçməsinə baxmayaraq, bu gün də dinc sakinlər minaların qurbanına çevrilirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

O deyib: “Bu gün Azərbaycanda il ərzində orta hesabla 300 min mina və digər partlayıcı qurğunun zərərsizləşdirilməsi imkanları mövcuddur. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyona qədər mina basdırıldığı barədə məlumatlar var. Bu göstəricilər mina təmizləmə prosesinin qarşıdakı 13–15 il ərzində davam edə biləcəyini göstərir. Mina probleminin miqyası yalnız təhlükəsizlik və vaxt baxımından deyil, maliyyə baxımından da olduqca böyükdür. Bir minanın istehsalına sərf olunan vəsaitlə müqayisədə onun aşkarlanması və zərərsizləşdirilməsi üçün tələb olunan xərclər təxminən 10–15 dəfə çoxdur. Bu vəsaitlər azad edilmiş ərazilərdə infrastrukturun bərpasına yönəldilə bilsəydi, quruculuq prosesinin nəticələri daha geniş ola bilərdi”.

Hərbi ekspert bildirib ki, beynəlxalq konvensiyalarda münaqişə başa çatdıqdan sonra tərəflərin öz nəzarətində olan minalanmış əraziləri təmizləməsi və müvafiq məlumatları bir-birinə təqdim etməsi ilə bağlı müddəalar mövcuddur. Donor ölkələrin maliyyə, texniki və digər yardımlarının təmin edilməsinə dair qərarlar da qəbul olunub. Təəssüf ki, bu müddəalar və qərarlar Azərbaycana münasibətdə lazımi səviyyədə tətbiq edilmir. Nəticədə Azərbaycan mina terrorunun ağır nəticələri ilə əsasən təkbaşına mübarizə aparır.

Ş.Ramaldanov Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiq və etibarlı məlumat bazası kimi istifadə olunması ilə bağlı ciddi problemlərin olduğunu bildirib.

“Bunun əsas səbəblərindən biri mina sahələrinin işğal dövründə müxtəlif yerli idarəetmə orqanlarına və hərbi birləşmələrə həvalə edilməsi, xəritələrin isə peşəkar mühəndis-istehkamçılar tərəfindən hazırlanmamasıdır. Mina xəritələri faydasızdırsa, Ermənistan tərəfindən əməliyyat xəritələrini tələb etmək olar. Belə xəritələrdə mina sahələrinin dəqiq topoqrafik yerləşməsi, minaların növü – tank əleyhinə, piyada əleyhinə və ya qarışıq olması, eləcə də onların sıxlığı barədə məlumatların əks olunduğu bildirilir. Bu baxmdan, əməliyyat xəritələri Azərbaycan üçün mühüm məlumat bazası ola bilər. Bu sənədlərin təqdim edilməsi mina təmizləmə prosesini sürətləndirər, həm də əməliyyatların təhlükəsizliyini artırardı. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin xəritələrin əvvəlki məxfilik statusunun saxlanılması üçün əsaslar zəifləyib. Ermənistan sülh prosesində səmimidirsə, bu xəritələri təqdim etməsi Azərbaycan üçün real və faydalı bir jest olardı”, - deyə hərbi ekspert vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdriklik işığı

14:05
14 Sentyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

13:32
14 Sentyabr

Asiya İnkişaf Bankı indiyədək Azərbaycanda 160 layihə üzrə 5,6 milyard dollar maliyyə ayırıb

13:30
14 Sentyabr

Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi olub

13:27
14 Sentyabr

Hərbi ekspert: Əməliyyat xəritələri mina probleminin həlli üçün mühüm məlumat bazası ola bilər

13:25
14 Sentyabr

Kubanıçbek Ömüralıyev: Gənclərin rəqəmsal biliklərlə yanaşı, milli və mənəvi dəyərlərə yiyələnməsi vacibdir

13:24
14 Sentyabr

Bakı Metropolitenində qatarlararası intervallar azaldılır

13:23
14 Sentyabr

SEPAH Hörmüz boğazında MQ-1 PUA-sını vurduğunu açıqlayıb

13:22
14 Sentyabr

ACF: Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq

13:21
14 Sentyabr

Bəzi yerlərdə duman olacaq

13:19
14 Sentyabr

Baş katib: Dini liderlərin əməkdaşlığı və rəqəmsal dəyişikliklərə uyğunlaşma xüsusi əhəmiyyət daşıyır

12:49
14 Sentyabr

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

12:47
14 Sentyabr

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü keçirilib YENİLƏNİB

12:33
14 Sentyabr

Hakan Moral: Marjinal və ifrat cərəyanlarla mübarizədə ortaq fəaliyyət planının qəbul edilməsi vacibdir

12:27
14 Sentyabr

Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkə qadağasına Konstitusiya Şurasından veto

12:26
14 Sentyabr

“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

12:25
14 Sentyabr

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması yeni qaydada tənzimlənəcək

12:17
14 Sentyabr

TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

12:09
14 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb

12:03
14 Sentyabr

Parisdə Azərbaycan mətbəxinə böyük maraq: milli təamlarımız rəğbətlə qarşılanıb

12:01
14 Sentyabr

Baş prokuror İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib

11:59
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!