13 İyun 2025 08:10
2971
SİYASƏT
A- A+
Xilaskarlıq alın yazısı idi

Xilaskarlıq alın yazısı idi


15 İyun - Mili Qurtuluş Günü yaxınlaşdıqca olub-keçənlər bir daha vərəqlənir, yada düşür. Hər dəfə bu günü qeyd edəndə bizə o dövrün gerçəkliklərinin yeni-yeni cəhətləri üzə çıxır. Dağa uzaqdan baxanda daha bütöv göründüyü kimi... Fəlsəfədə belə bir təlim var: "Şəxsiyyətləri zaman yetişdirir". Həmin şəxsiyyətlər dövlətlərin, millətlərin həyatında qlobal dəyişikliklər, yeniliklər yaradırlar. Onlar inkişafa, sabitliyə yol açırlar. Azərbaycanın tarixi belə şəxsiyyətlərlə zəngindir. Minilliklərin o tayından üzü bəri gəldikcə nə qədər böyük şəxsiyyətlər, dahilər yetirib bu torpaq. Babək, Şəmsəddin Eldəniz, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli, Nadir şah və digər onlarca dövlət adamı, sərkərdə, ictimai fikir dühası, sənətkarımız olub. 

XX əsrdə Böyük Yaradanın xalqımıza bəxş etdiyi belə şəxsiyyətlər sırasında ən böyüyü Heydər Əliyevdir. Keçən əsrin 90-cı illərində Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi vəziyyət olduqca ağır idi. Yenicə müstəqilliyini bərpa etmiş ölkəmiz "olum ya ölüm" dilemması qarşısında qalmışdı. Hakimiyyət davası gedirdi. Heç bir dövlətçilik, idarəçilik təcrübəsi olmayan siyasi partiyalar, qruplar qoltuq uğrunda, hakimiyyətə gəlmək üstündə mübarizə aparırdılar. Hər yerdə, bütün sahələrdə özbaşınalıq, hərc-mərclik, xaos hökm sürürdü. Əhali arasında çaşqınlıq, dövlətə inamsızlıq vardı. Bu vəziyyətdən istifadə edən ermənilər havadarlarının köməyi ilə Qarabağın şəhər və kəndlərini işğal edir, yerli əhaliyə qarşı hərbi cinayətlər törədirdilər. 

Belə bir dövrdə - 1992-ci ildə AXCP-Müsavat cütlüyü hakimiyyətə gəldi - iyun ayının 7-də Əbülfəz Əliyev (Elçibəy) prezident seçildi. Amma şirin vədlərlə xalqı aldatmaq onlara cəmi bir il qismət oldu. Bu bir ildə də başları özləri-özləri ilə didişməyə, davaya qarışdı. Torpaqlarımızın işğalı sürətləndi, iqtisadi-siyasi tənəzzül daha da dərinləşdi, Qarabağ  cəbhəsindən gələn şəhidlərin sayı artdı. Bu azmış kimi ölkə vətəndaş müharibəsinin astanasına gəldi - Gəncədə qardaş qanı axıdıldı. "Surətçilər" dövlətə tabe olmur, vəzifəli şəxsləri girov götürür, iqtidarı devirməklə hədələyirdilər. Şimalda və cənubdakı separatizm, xarici qüvvələrlə olan savaş vəziyyəti gənc dövləti yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 

Xalq çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görürdü. Ulu Öndər xalqını və vətənini bu dəfə də köməksiz qoymadı. 1993-cü il iyunun 9-da  Naxçıvandan Bakıya gəldi. Həyatını təhlükəyə ataraq Gəncəyə getdi, qardaş qırğınının qarşısını aldı. 1993-cü il iyunun 15-də isə Milli Məclisin Sədri seçildi. Bununla müasir Azərbaycan tarixinə yeni səhifə yazıldı. 

Bəs nəyə görə xalq nicat yolunu, bəlalardan qurtuluşun çarəsini bu böyük şəxsiyyətdə axtarırdı? Səbəb aydın idi. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə respublika bütün sahələr üzrə keçmiş ittifaqda geridə idi. Azərbaycan sanki müttəfiq  respublika yox, əyalət hesab olunurdu. Ulu Öndər hakimiyyətə gələn kimi mühüm sahələrdə kadr dəyişiklikləri etdi, sənayedə, kənd təsərrüfatında böyük layihələrə start verdi, Bakıda, Sumqayıtda, Gəncədə, respublikamızın bütün rayonlarında, kəndlərdə dirçəliş dövrü başladı. Yeni sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatına göstərilən diqqət və qayğı nəticəsində taxıl, pambıq, üzüm, çay, tərəvəz, sitrus meyvələri, heyvandarlıq məhsulları istehsalı artdı. Zəhmət adamlarının real pul gəlirləri çoxaldıqca gün-güzəranları da yaxşılaşdı. Qabaqcıllar o dövrün ən yüksək adlarına, mükafatlarına layiq görüldülər. Azərbaycan canlandı, ittifaq respublikaları arasında nüfuzunu artırdı, tanındı, ön sıralara çıxdı. Milli şüur da oyandı. Xalqın tarixi yaddaşı özünə qayıtdı. Mədəni dirçəliş, tarixi bədii və sənədli  filmlərin çəkilməsi, əsərlərin yazılması, hər rayonda tarix-diyarşünaslıq muzeylərinin yaradılması və s. xalqımızda özünüdərk və özünəqayıdış hisslərini gücləndirdi. 

Həmin illər Heydər Əliyev tez-tez rayonlara gedər, əməkçilərlə görüşüb söhbətlər aparardı. Cəlilabad rayonuna səfərlərindən birində sovxoz fəhlələri ilə görüşü zamanı dediyi, çəkdiyi bir misal indi də yaşlı nəslin yadında qalmaqdadır. Ulu Öndər söhbət zamanı demişdi: "Bura gələndə Ermənistanın birinci katibi Karen Dəmirçiyan mənə zəng edib dedi ki, üzümçülükdə biz sizi sosializm yarışına çağırırıq. Mən gülə-gülə ona dedim ki, indi bizim Cəlilabad rayonu il ərzində Ermənistan qədər üzüm istehsal edir. Siz Azərbaycanla yarışa bilməzsiniz. Yaxşı olar ki, siz cəlilabadlılarla yarışasınız". Ulu Öndərin pambıqçılıqla bağlı keçirdiyi hər zona müşavirəsi də hadisə olurdu. Həmin tədbirlərin hər biri sözün həqiqi mənasında bir məktəb idi. 

O dövrdə Azərbaycan təkcə kənd təsərrüfatı və sənayedə deyil, mədəniyyət və incəsənət sahəsində də böyük uğurlar qazanırdı. Ulu Öndər respublika rəhbəri kimi rayonlara səfərləri zamanı yazıçı və şairləri, rəssamları, digər incəsənət adamlarını özü ilə gətirərdi. O, şair və yazıçıların, bəstəkarların, müsiqi korifeylərinin Sosialist Əməyi Qəhrəmanı kimi o dövrün ən böyük fəxri adına və digər yüksək titullara, mükafatlara layiq görülməsi üçün əlindən gələni edirdi. Bu, onun öz xalqına verdiyi dəyərdən irəli gəlirdi. Bu keyfiyyətinə görə keçmiş ittifaqda Heydər Əliyevin paxıllığını çəkənlər də vardı və onlar bilirdilər ki, Azərbaycanın rəhbəri xalqı üçün çalışır, mübarizə aparır. Bax, beləcə, 1969-1982-ci illər Azərbaycan intibah dövrünü yaşadı, inkişaf və yüksəliş dövrü keçdi. 

Məhz bunlara görə 1990-cı illərdə, xüsusən 1993-cü ilin məlum iyun hadisələri zamanı xalqımız düşdüyü bəlalardan xilas və qurtuluş yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü və bu dəfə də yanılmadı. 

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən Ümummilli Lider ölkədə siyasi sabitlik yaradaraq iqtisadiyyatın inkişafı üçün təxirəsalınmaz tədbirlər həyata keçirdi. 1994-cü il sentyabrın 20-də dünyanın ən iri şirkətləri ilə birlikdə "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu, ardınca islahatlar həyata keçirdi. Bunlarla bərabər, işğal altında qalan torpaqlarımızın hansı yolla olusa-olsun geri qaytarılmasını, öz dədə-baba yurdlarından didərgin düşmüş qaçqın və köçkünlərin taleyini bir an da olsun unutmadı, bu istiqamətdə tədbirlər gördü və həmin tədbirlər hesabına Azərbaycan inkişaf yoluna çıxdı. Taleyüklü məsələlərin həllini isə özü qədər inandığı İlham Əliyevə vəsiyyət edib haqq dünyasına qovuşdu. 

2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev respublika büdcəsinə daxil olan neft gəlirlərinin mühüm hissəsini ordu quruculuğuna, qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, regionların sosial-iqtisadi inkişafına yönəltdi. Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən dövlət başçısının strategiya və taktikası mərhələ-mərhələ öz bəhrəsini verdi. Ötən dövr ərzində şəhər və kəndlərimizdə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparıldı. Məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikildi, köhnələri əsaslı şəkildə təmir olundu, yollar, körpülər salındı, yeni müəssisələr, şirkətlər yaradıldı, iş yerləri açıldı. Əməkhaqlarının, pensiya və müavinətlərin, təqaüdlərin artırılması nəticəsində əhalinin sosial rifahı yaxşılaşdı. 

Ən başlıcası isə ordumuz ən müasir silah-sursatla təmin edildi, əsgərlərimizin döyüş qabiliyyəti artdı. Və Silahlı Qüvvələrimiz 27 sentyabr 2020-ci ildə əks-hücuma keçərək 30 il erməni daşnaklarının tapdağı altında inildəyən Qarabağ və Şərqi Zəngəzuru azad etdi. 2023-cü il sentyabrın 19-20-də isə 23 saatlıq antiterror əməliyyatı ilə separatizmin son qalıqları məhv edilərək Azərbaycanın bütün ərazisində suverenliyimiz bərpa olundu. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman döyüşçülərimiz, Vətən uğrunda canlarından keçən şəhidlərimiz öz ölümləri, qanları  ilə beləcə Azərbaycanın ən yeni tarixini yazdılar.  

Dünyada bizim dövrümüzdə heç bir xalq belə bir Zəfərə imza atmamışdır. Azərbaycan dövləti və  xalqı heç vaxt belə cahanşümul qələbə görməmişdi. Xalqımız öz müdrikliyini bir daha göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında "dəmir yumruq" kimi birləşərək belə bir Zəfərə imza atdı. 

İndi işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş quruculuq işləri gedir. Xarici ölkələrin başçıları, parlament nümayəndələri, QHT-lər, mətbuat işçiləri ermənilər tərəfindən dağıdılmış, viran edilmiş xarabalıqlar üzərində tikilib-qurulan  müasir şəhər və kəndləri, hava limanlarını, çəkilən yolları, tunelləri, körpüləri, tikilən binaları, infrastrukturu görüb heyranlıqlarını gizlədə bilmirlər. Bütün bunlar  Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin təntənəsi, canlı təzahürüdür. Bütün bunlar Milli Qurtuluşun davamıdır. 

Seyran CAVADOV,  

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

12:49
08 İyul

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib  

12:16
08 İyul

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir  

12:01
08 İyul

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iclası keçirilir

11:23
08 İyul

Türkiyə XİN: Fransaya ölkədaxili hüququmuza hörmətlə yanaşmasını tövsiyə edirik  

11:20
08 İyul

Cenevrədə rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri müzakirə olunub  

11:17
08 İyul

UEFA Çempionlar Liqasında yeni mövsümə start verilir

11:11
08 İyul

Yağıntı və külək davam edir – FAKTİKİ HAVA

11:08
08 İyul

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

11:00
08 İyul

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:58
08 İyul

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

10:58
08 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:57
08 İyul

Beynəlxalq yarışlarda uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub  

10:51
08 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

10:08
08 İyul

Paşinyan-kilsə qarşıdurması gərginləşir

09:45
08 İyul

Nyu Yorkun növbəti meri kim olacaq 

09:40
08 İyul

Hərbi prokuror sərhədçilərlə birlikdə  

09:39
08 İyul

"Nə zaman o zənglər sussa, onda mən də olmayacağam"

09:35
08 İyul

Bəstəkar ömrünün səhifələri

09:30
08 İyul

Ən ağıllı insanlara malik olan 10 Afrika ölkəsi

09:27
08 İyul

Liftimiz tez-tez sıradan çıxır

09:25
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!