10 Sentyabr 2026 17:50
70
İQTİSADİYYAT
A- A+
Xəzərin səviyyəsinin azalması ekoloji və sosial-iqtisadi riskləri artırır

Xəzərin səviyyəsinin azalması ekoloji və sosial-iqtisadi riskləri artırır

 “Bakı İqlim Fəaliyyəti Həftəsi-2026” çərçivəsində Xəzər dənizinin gələcəyi və iqlim dəyişmələrinin daxili su hövzələrinə təsiri ilə bağlı müzakirələr xüsusi aktuallıq daşıyır. Xəzər dənizinin səviyyəsində müşahidə olunan azalma artıq yalnız ekoloji məsələ deyil, sahilyanı ərazilərin dayanıqlılığı, nəqliyyat və logistika imkanları, su ehtiyatları və Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişafı baxımından ciddi çağırış yaradır. Dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Xəzərdə baş verən proseslərin elmi əsaslarla araşdırılması, risklərin əvvəlcədən qiymətləndirilməsi və Xəzəryanı ölkələrin birgə fəaliyyət proqramlarının hazırlanması getdikcə daha böyük əhəmiyyət qazanır. Bu baxımdan “Bakı İqlim Fəaliyyəti Həftəsi-2026” çərçivəsində keçirilən “Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi” mövzusunda müzakirələr problemin yalnız təsvirinə deyil, onun həlli üçün konkret əməkdaşlıq və praktiki mexanizmlərin müəyyənləşdirilməsinə imkan yaradır.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə təsir göstərən əsas amillərdən biri Volqa çayının su təminatının azalmasıdır. Volqa çayı Xəzər dənizinin su balansının təxminən 80 faizini təmin edir, yerdə qalan 20 faiz isə digər çaylar vasitəsilə Xəzərə daxil olur. Buna görə də Volqanın əvvəlki illərlə müqayisədə daha az su gətirməsi ümumilikdə Xəzər hövzəsində su səviyyəsinin aşağı düşməsinə səbəb olan əsas amillərdən biridir.

“Xəzərin səviyyəsinin azalmasına təsir göstərən digər mühüm amil iqlim dəyişiklikləri nəticəsində müəyyən illərdə yüksək temperaturun müşahidə olunmasıdır. Temperaturun yüksəlməsi Xəzərdən buxarlanmanın intensivləşməsinə gətirib çıxarır və nəticədə dənizin su balansına əlavə təzyiq yaranır. Bu amillərin birgə təsiri Xəzər dənizinin səviyyəsinin aşağı düşməsini sürətləndirə bilər. Xəzərin səviyyəsinin aşağı düşməsi davam edərsə, bunun müxtəlif ekoloji və sosial-iqtisadi nəticələri yarana bilər. İlk növbədə, sahil xəttinin geri çəkilməsi və dənizin geri çəkildiyi ərazilərdə yeni boş sahələrin yaranması mümkündür. Bu ərazilərin gələcəkdə necə istifadə olunması da ayrıca diqqət tələb edən məsələyə çevrilə bilər. Xəzərin səviyyəsindəki dəyişikliklər biomüxtəlifliyə də mənfi təsir göstərə bilər. Xəzər dənizində dünyanın unikal canlılarından olan nərəkimilərin, o cümlədən nərə balıqlarının populyasiyası yaşayır. Dənizdə hidroloji şəraitin dəyişməsi həmin növlərin yaşayış mühitinə və nəticə etibarilə onların populyasiyasına mənfi təsir göstərə bilər”, - deyə A.Məmmədov vurğulayıb.

O qeyd edib ki, Xəzərdə yaranan problemlərin həlli üçün həm regional əməkdaşlıq, həm də investisiya mexanizmlərinin tətbiqi vacibdir. Bu istiqamətdə hər bir Xəzəryanı ölkənin hökuməti tərəfindən ayrılan büdcə vəsaitləri ilə yanaşı, beynəlxalq təşkilatların dəstəyi də mühüm əhəmiyyət daşıyır. Xəzər dənizinin dünyanın ən böyük gölü olduğunu nəzərə alsaq, onun qorunması baxımından BMT-nin və digər böyük beynəlxalq təşkilatların bu istiqamətdə gördüyü və görməli olduğu işlər çoxdur. Bu məsələdə layihələrin maliyyələşdirilməsi istiqamətində beynəlxalq təşkilatlar tərəfindən dəstək göstərilməlidir. Xəzərin ekoloji vəziyyəti və iqlim dəyişikliklərinin dənizə təsiri beynəlxalq iqlim gündəliyində də müzakirə olunan məsələlər sırasındadır. Bu mövzular hər il keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfranslarında – COP-larda da gündəmə gətirilir.

İctimai Şuranın sədri bildirib ki, 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi zamanı Xəzər dənizi ilə bağlı məsələlər diqqətdə saxlanılıb. “Sonrakı COP proseslərində, o cümlədən Braziliyada keçirilən COP30-da və Türkiyədə keçiriləcək COP31 çərçivəsində də Xəzərin vəziyyəti digər qlobal iqlim məsələləri ilə yanaşı müzakirə olunur. Xəzər dənizinin səviyyəsinin azalması yalnız ayrı-ayrı Xəzəryanı ölkələrin deyil, bütövlükdə regionun qarşısında duran ekoloji və sosial-iqtisadi çağırışdır. Buna görə də problemin elmi əsaslarla araşdırılması, regional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq maliyyə mexanizmlərindən daha geniş istifadə olunması Xəzərin gələcək ekoloji dayanıqlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə A.Məmmədov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Si Cinpin Hindistana səfər edəcək

17:57
10 Sentyabr

Xəzərin səviyyəsinin azalması ekoloji və sosial-iqtisadi riskləri artırır

17:50
10 Sentyabr

AQTA ilə Litvanın müvafiq qurumu arasında təcrübə mübadiləsi aparılıb

17:43
10 Sentyabr

Çində yanan gəmidə azı 20 nəfər ölüb 

17:36
10 Sentyabr

Mühəndislik fakültəsinin yeni tələbələri BMU ilə tanış olublar

17:29
10 Sentyabr

Qlobal neft tədarükünün bu il sutkada 100,6 milyon barel olacağı gözlənilir

17:22
10 Sentyabr

Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdırılıb

17:15
10 Sentyabr

Rahid Əmirquliyev: “Sabah” əks-hücumlara üstünlük versə, “Mançester Yunayted”i cəzalandıra bilər

17:08
10 Sentyabr

“Pensiya sisteminin liberallaşdırılması” kitabı nəşr edilib

17:01
10 Sentyabr

IEA: Təbii qazın bahalaşması 2026-cı ildə qlobal kömür tələbatını artıracaq

16:54
10 Sentyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu artırıb

16:47
10 Sentyabr

ARDNF aparıcı suveren investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını təsis edib

16:40
10 Sentyabr

“Naxçıvan” basketbol klubuna belaruslu baş məşqçi təyin olunub

16:33
10 Sentyabr

Kosta-Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

16:26
10 Sentyabr

Səkkiz ayda 446 yeni dövlət standartı qəbul edilib

16:19
10 Sentyabr

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz olunub

16:12
10 Sentyabr

Gələn ildən Rusiyada miqrant ailələri üçün yeni dövr başlayır

16:10
10 Sentyabr

Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşayıb

16:05
10 Sentyabr

Avropanın ən hündür oteli: Marqarita sığınacağında bir gecə

16:00
10 Sentyabr

“Apple” ilk qatlana bilən telefonu “iPhone Duo”nu təqdim edib

15:55
10 Sentyabr

Alimlər yaddaşı gücləndirməyin sadə yolunu açıqlayıblar

15:50
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!