10 Sentyabr 2026 16:54
778
İQTİSADİYYAT
A- A+
IEA: Təbii qazın bahalaşması 2026-cı ildə qlobal kömür tələbatını artıracaq

IEA: Təbii qazın bahalaşması 2026-cı ildə qlobal kömür tələbatını artıracaq

Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji bazarı pozuntuları bu il qlobal kömür tələbatının artmasına səbəb olur. Təbii qazın qiymətinin kəskin yüksəlməsi bəzi ölkələri alternativ enerji mənbələrinə, o cümlədən kömürə yönəlməyə vadar edir.

AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatına istinadla xəbər verir ki, kömür daşınması Hörmüz boğazından həyata keçirilməsə də, regionda baş verən münaqişə kömür bazarlarına təsir göstərib.

Belə ki, Hörmüz boğazından keçən mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının kəskin azalması təbii qazın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticədə qazla işləyən elektrik stansiyalarına və kifayət qədər kömür gücünə malik ölkələrdə elektrik enerjisi istehsalında kömürdən istifadənin artdığı müşahidə olunur. Bu amillər Avropa, Yaponiya, Cənubi Koreya, Çin və digər bazarlarda kömür istehlakının əvvəlki proqnozlarla müqayisədə daha yüksək olmasına gətirib çıxarıb. Çində neftin baha olması kimyəvi məhsulların istehsalında kömür istehlakının artmasına da səbəb olub.

Bundan əlavə, bu il xüsusilə güclü El-Ninyo hava hadisəsinin baş verəcəyi ilə bağlı gözləntilər Asiyanın əsas kömür istehlakçısı olan bəzi ölkələrində, o cümlədən Hindistan və Vyetnamda tələbatı artıracaq.

IEA-nın proqnozuna əsasən, qlobal kömür tələbatı 2026-cı ildə 1,2 faiz artaraq 8,94 milyard tona çatacaq və bununla da rekord səviyyəyə yüksələcək. Halbuki daha əvvəl qlobal kömür tələbatının illik ifadədə cüzi azalacağı gözlənilirdi.

Hesabatda qeyd olunur ki, 2027-ci ildə vəziyyət yenidən dəyişə bilər. Bununla belə, proqnozla bağlı ciddi qeyri-müəyyənlik qalır. Gələn il üçün əsas amillərdən biri Hörmüz boğazından gəmiçilik hərəkətinin bərpa olunub-olunmayacağıdır. Boğaz vasitəsilə LNG axınının bərpa olunması və təbii qaz qiymətlərinin müharibədən əvvəlki səviyyələrə yaxınlaşması qlobal kömür tələbatının 2027-ci ildə azalmasına səbəb ola bilər. Əksinə, boğazın LNG daşımaları üçün əsasən bağlı qalması kömürə tələbatı daha da artıra bilər.

2025-ci ildə rekord həddə çatan qlobal kömür hasilatının 2026-cı ildə azalacağı gözlənilir. Bununla belə, hasilatın ardıcıl üçüncü il 9 milyard tondan yuxarı qalacağı proqnozlaşdırılır.

Hasilatın azalması əsasən dünyanın ən böyük kömür istehsalçısı olan Çində istehsalın aşağı düşməsi ilə əlaqələndirilir. May ayında baş vermiş böyük mədən qəzasından sonra aparılan təhlükəsizlik yoxlamaları nəticəsində ölkədə kömür hasilatı əhəmiyyətli dərəcədə azalıb.

2027-ci ildə isə Çində hasilatın bərpası hesabına qlobal kömür istehsalının cüzi artacağı gözlənilir.

Eyni zamanda, hesabatda beynəlxalq bazarlarda kömürə tələbatın əvvəlki proqnozlardan daha yüksək olacağı bildirilir. Buna Çində daxili hasilatın azalması, eləcə də Yaponiya və Cənubi Koreya kimi idxaldan asılı ölkələrdə tələbatın artması təsir göstərir. Təbii qaz qiymətlərinin yüksəlməsindən sonra bu ölkələrdə kömür istehlakı da artıb.

Bütün bu amillər, eləcə də təklifin məhdud olması dünya üzrə kömür qiymətlərinin yüksəlməsinə səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:03
19 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:02
19 Noyabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında

01:01
19 Noyabr

Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir  

23:39
18 Noyabr

Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb

22:37
18 Noyabr

Putin və Trampın görüşü noyabrın 19-na planlaşdırılıb

22:29
18 Noyabr

Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir  

21:56
18 Noyabr

Səfir: İçərişəhər hər zaman insana ilham verir

21:34
18 Noyabr

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub  

21:18
18 Noyabr

Milli Məclisin sədri Türkmənistanda işgüzar səfərdədir

20:54
18 Noyabr

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq layihələri nəzərdən keçirilib  

20:07
18 Noyabr

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub 

19:56
18 Noyabr

Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub  

19:29
18 Noyabr

YAP nümayəndə heyəti Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib  

19:12
18 Noyabr

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir 

18:52
18 Noyabr

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib 

18:39
18 Noyabr

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır  

18:36
18 Noyabr

ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir  

18:29
18 Noyabr

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb 

18:23
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!