10 Sentyabr 2026 16:05
56
DÜNYA
A- A+
Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşayıb

Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşayıb


Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin yeni hesabatına əsasən, 2026-cı ilin avqust ayı bütün dünyada indiyə qədər ölçülmüş ən isti ay olaraq tarixə düşüb.

Anadolu Agentliyi xəbər verir ki, avqust ayında qlobal səth hava temperaturu orta hesabla 16,96 dərəcə təşkil edib. Bu göstərici 2023-cü ilin iyul ayındakı əvvəlki rekordu geridə qoyub. Keçən ay qlobal temperatur sənayeləşmədən əvvəlki dövrün (1850-1900) ortalamasından 1,65 dərəcə yüksək olub. Bununla da aylıq temperatur artımı yenidən 1,5 dərəcəlik həddi aşıb.

İyun-avqust aylarını əhatə edən yay mövsümü qlobal miqyasda 2024-cü illə birlikdə qeydə alınan ən isti yay olub. Qərbi Avropa isə 2003-cü ilin rekordunu yeniləyərək öz tarixinin ən isti yayını keçirib. Qütb bölgələri istisna olmaqla, okeanların səthinin orta temperaturu 21,07 dərəcəyə çataraq bu ay üçün yeni maksimum səviyyəyə yüksəlib. Sakit okeanda güclənən “El Nino” effekti bu artımda mühüm rol oynayıb.

Avropa Orta Müddətli Hava Təxminləri Mərkəzinin rəsmisi Samanta Burges bildirib ki, həm atmosferdə, həm də okeanlarda qeydə alınan bu rekord göstəricilər iqlim dəyişikliyinin ekstremal hava hadisələrinə necə təsir etdiyini açıq şəkildə nümayiş etdirir. O əlavə edib ki, bu vəziyyətin fəsadları dünya boyu cəmiyyətlər və iqtisadiyyatlar tərəfindən getdikcə daha çox hiss olunur.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz olunub

16:12
10 Sentyabr

Gələn ildən Rusiyada miqrant ailələri üçün yeni dövr başlayır

16:10
10 Sentyabr

Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşayıb

16:05
10 Sentyabr

Avropanın ən hündür oteli: Marqarita sığınacağında bir gecə

16:00
10 Sentyabr

“Apple” ilk qatlana bilən telefonu “iPhone Duo”nu təqdim edib

15:55
10 Sentyabr

Alimlər yaddaşı gücləndirməyin sadə yolunu açıqlayıblar

15:50
10 Sentyabr

Niyə yavaş nəfəs alanda sakitləşirik?

15:45
10 Sentyabr

Məşhur kinorejissor Tarantinonun evini soymağa cəhd ediblər

15:40
10 Sentyabr

ABŞ Yaxın Şərqdəki hərbi iştirakını genişləndirir

15:35
10 Sentyabr

Yaralı bəbir xilasedicisinə hücum edib

15:30
10 Sentyabr

Teymur Musayev: Azərbaycan səhiyyə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verir

15:26
10 Sentyabr

NİİM-dən sürücülərə müraciət: Qəzaların baş verməməsi həm də sizdən asılıdır

15:19
10 Sentyabr

Dövlət platformalarının “mygov”a inteqrasiyası vahid rəqəmsal ekosistemə keçidi sürətləndirəcək

15:12
10 Sentyabr

Rəşad Nəbiyev: Əsas hədəf yeniyetmə və gənc cüdoçuların uğurlarını böyüklər arasında da davam etdirməkdir

15:05
10 Sentyabr

Azərbaycan-Türkiyə enerji körpüsü - növbəti ünvan Bakı

15:00
10 Sentyabr

BCAW2026: COP31-in logistika məsələləri ilə bağlı məlumat verilib

14:58
10 Sentyabr

Strasburqdakı beynəlxalq tədbirdə Dövlət CERT Mərkəzi üzrə yanaşmalar təqdim edilib

14:53
10 Sentyabr

Azərbaycanın yəhudi icmasına

14:48
10 Sentyabr

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı  

14:43
10 Sentyabr

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14:40
10 Sentyabr

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

14:35
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!