10 Sentyabr 2026 16:10
73
İQTİSADİYYAT
A- A+
Gələn ildən Rusiyada miqrant ailələri üçün yeni dövr başlayır

Gələn ildən Rusiyada miqrant ailələri üçün yeni dövr başlayır


Rusiyada çalışan əcnəbilərin ailə üzvlərinin ölkədə qalması ilə bağlı yeni tələblər qüvvəyə minməyə hazırlaşır. 2027-ci il yanvarın 1-dən etibarən əmək miqrantları Rusiyada yaşayan və onların himayəsində olan ailə üzvlərini maddi cəhətdən təmin etməli olacaqlar. Bu barədə Rusiya Prezidenti Vladimir Putinə Rusiya Daxili İşlər Nazirliyi rəhbərinin birinci müavini, Xarici Vətəndaşların Vətəndaşlığı və Qeydiyyatı Məsələləri Xidmətinin rəisi Andrey Kikot məlumat verib.

Yeni qaydanın əsas məqsədi işləməyən ailə üzvlərinin Rusiyada qalmasına müəyyən məhdudiyyətlər tətbiq etməkdir. Tədbir Dövlət Miqrasiya Siyasəti Konsepsiyası çərçivəsində həyata keçirilir. Kikotun sözlərinə görə, miqrant uşaqların Rusiya məktəblərinə qəbuluna dair yeni meyarların tətbiqindən sonra işləməyən ailə üzvlərinin sayı artıq 20 faiz azalıb. Qəbul edilən qanuna əsasən, 2027-ci ildən əmək miqrantları həm özlərini, həm də himayələrində olan ailə üzvlərini regional əmsal nəzərə alınmaqla yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməlidirlər. Bu tələblərə əməl edilmədiyi halda patent və ya iş icazəsinin verilməsindən imtina edilə, yaxud artıq verilmiş sənəd ləğv oluna bilər.

Beləliklə, Rusiyada əmək miqrasiyası üçün qaydalar tədricən yalnız işləmək hüququ ilə deyil, ölkədə yaşamaq və ailəni təmin etmək imkanları ilə də əlaqələndirilir. Yeni yanaşmanın miqrant ailələrinin gələcək qərarlarına və Rusiyada məskunlaşma imkanlarına necə təsir edəcəyi isə qarşıdakı dövrdə daha aydın görünəcək.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səkkiz ayda 446 yeni dövlət standartı qəbul edilib

16:19
10 Sentyabr

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz olunub

16:12
10 Sentyabr

Gələn ildən Rusiyada miqrant ailələri üçün yeni dövr başlayır

16:10
10 Sentyabr

Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşayıb

16:05
10 Sentyabr

Avropanın ən hündür oteli: Marqarita sığınacağında bir gecə

16:00
10 Sentyabr

“Apple” ilk qatlana bilən telefonu “iPhone Duo”nu təqdim edib

15:55
10 Sentyabr

Alimlər yaddaşı gücləndirməyin sadə yolunu açıqlayıblar

15:50
10 Sentyabr

Niyə yavaş nəfəs alanda sakitləşirik?

15:45
10 Sentyabr

Məşhur kinorejissor Tarantinonun evini soymağa cəhd ediblər

15:40
10 Sentyabr

ABŞ Yaxın Şərqdəki hərbi iştirakını genişləndirir

15:35
10 Sentyabr

Yaralı bəbir xilasedicisinə hücum edib

15:30
10 Sentyabr

Teymur Musayev: Azərbaycan səhiyyə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verir

15:26
10 Sentyabr

NİİM-dən sürücülərə müraciət: Qəzaların baş verməməsi həm də sizdən asılıdır

15:19
10 Sentyabr

Dövlət platformalarının “mygov”a inteqrasiyası vahid rəqəmsal ekosistemə keçidi sürətləndirəcək

15:12
10 Sentyabr

Rəşad Nəbiyev: Əsas hədəf yeniyetmə və gənc cüdoçuların uğurlarını böyüklər arasında da davam etdirməkdir

15:05
10 Sentyabr

Azərbaycan-Türkiyə enerji körpüsü - növbəti ünvan Bakı

15:00
10 Sentyabr

BCAW2026: COP31-in logistika məsələləri ilə bağlı məlumat verilib

14:58
10 Sentyabr

Strasburqdakı beynəlxalq tədbirdə Dövlət CERT Mərkəzi üzrə yanaşmalar təqdim edilib

14:53
10 Sentyabr

Azərbaycanın yəhudi icmasına

14:48
10 Sentyabr

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı  

14:43
10 Sentyabr

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14:40
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!