05 Noyabr 2026 16:52
142
DÜNYA
A- A+
Xəzərdə yeni qorunan ərazi: Abşeronun sərhədləri dənizə doğru genişlənir  

Xəzərdə yeni qorunan ərazi: Abşeronun sərhədləri dənizə doğru genişlənir  


Xəzərin sahilində təbiətin qorunması üçün yeni bir səhifə açılır. Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, ərazinin xəritələşdirilməsi artıq başa çatıb. İndi Abşeronun mühafizə olunan təbiət sərhədlərinə dəniz akvatoriyasının da əlavə edilməsi nəzərdə tutulur.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, hazırda ölkənin ən kiçik milli parkı hesab olunan Abşeron Milli Parkının 700 hektarlıq ərazisi dəniz istiqamətində genişləndiriləcək. Beləliklə, milli park yalnız sahilin deyil, Xəzərin müəyyən akvatoriyasının da mühafizəsini əhatə edəcək.

Bu addımın əsas məqsədlərindən biri dəniz ekosisteminin qorunması, balıq ehtiyatlarının mühafizəsi və qanunsuz ovun qarşısının alınmasıdır. Yeni ərazidə mütəmadi reydlərin keçirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi planlaşdırılır.

Xəzərin mühafizəsi isə yalnız yeni sərhədlərin müəyyənləşdirilməsi ilə bitmir. Rəşad Allahverdiyev bildirib ki, xüsusi mühafizə olunan təbiət ərazilərində qoruma tədbirləri ilboyu davam etdirilir. Xüsusilə balıqların kürüləmə dövründə nəzarət daha da sərtləşdirilir, zəruri hallarda sutkalıq növbəli iş rejiminə keçilir.

Beləliklə, Xəzərin bir hissəsinin milli park statusu alması Azərbaycanın dəniz biomüxtəlifliyinin qorunmasında yeni mərhələnin başlanğıcı ola bilər. Xəzər artıq yalnız sahildən seyr edilən mavi mənzərə deyil, həm də xüsusi mühafizə sərhədləri ilə qorunacaq canlı təbiət məkanı olacaq.

 “Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərdə yeni qorunan ərazi: Abşeronun sərhədləri dənizə doğru genişlənir  

16:52
05 Noyabr

“Hizbullah” Yəməndə husilərin tərəfində döyüşməsi ilə bağlı iddiaları təkzib edib  

16:36
05 Noyabr

Keniyanın Baş naziri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb  

16:30
05 Noyabr

Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir  

16:18
05 Noyabr

“BMW” mənfəət xəbərdarlığına baxmayaraq xərcləri azaltmaqla səhmlərini yüksəldib

16:13
05 Noyabr

NASA-nın “Swift” rəsədxanası Yer atmosferinə daxil olub

16:12
05 Noyabr

ABŞ-də keçirilən seçkilərdə Demokratlar üstünlük qazanıblar  

16:09
05 Noyabr

Məkkə Sazişinin ilk maddəsi qəbul olundu

16:00
05 Noyabr

Vergi daxilolmalarında 1,7 milyard manatlıq artım

15:58
05 Noyabr

Sosial yardımda yeni məbləğ: Ehtiyac meyarı 314 manata qaldırılır

15:57
05 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb  

15:52
05 Noyabr

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası olub  

15:28
05 Noyabr

Baş prokuror Abşeronda vətəndaşları dinləyib  

15:21
05 Noyabr

AQTA: Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb  

15:14
05 Noyabr

Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib  

15:09
05 Noyabr

“Wi-Fi” texnologiyasının şəbəkədən ayrılma səbəbləri açıqlanıb  

14:53
05 Noyabr

Şimali Koreya yeni HHM kompleksini sınaqdan keçirib  

14:39
05 Noyabr

Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib

14:16
05 Noyabr

Bavariya əyalətinin iqtisadiyyat naziri Berlində oteldə ölü tapılıb  

14:08
05 Noyabr

Nazir: Gələn il DSMF-nin özünü maliyyələşdirmək qabiliyyəti 17 faiz ətrafında olacaq  

14:06
05 Noyabr

Gəncədə Nizami Gəncəvinin 885 illiyi beynəlxalq tədbirlərlə qeyd edilib  

14:03
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!