05 Noyabr 2026 14:39
189
DÜNYA
A- A+
Şimali Koreya yeni HHM kompleksini sınaqdan keçirib  

Şimali Koreya yeni HHM kompleksini sınaqdan keçirib  


Şimali Koreya Yapon dənizi istiqamətində yeni hava hücumundan müdafiə sisteminin sınaqdan keçirildiyini açıqlayıb. Noyabrın 4-də ölkə ərazisindən raket buraxılışı müdafiə sənayesi və hərbi qüvvələrin planlı təlimləri çərçivəsində həyata keçirilib. Cümə axşamı Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, təlimlər döyüş sistemlərinin texniki cəhətdən yenilənməsinə və strateji silahların döyüş hazırlığının artırılmasına yönəlib. Ölkənin şərq bölgəsində yerləşən uzaqmənzilli strateji qanadlı raketlər üzrə hərbi hissənin atıcı bölməsi şərti aerodroma zərbə endirmək tapşırığını qüsursuz şəkildə yerinə yetirib. Bir gün əvvəl Cənubi Koreyanın “Yonhap" agentliyi Seulun hərbi kəşfiyyatının buraxılan mərmini müəyyən edə bilmədiyini bildirmişdi. Həmçinin cümə axşamı Şimali Koreyanın Raketqayıtma Baş İdarəsi ən yeni hava hücumundan müdafiə kompleksinin layihə-texniki göstəricilərini yoxlayıb. Bildirilir ki, sistemin xüsusiyyətləri, eləcə də hazırlanmasında istifadə olunan yeni materialların etibarlılığı təsdiqini tapıb. Xüsusilə kombinə edilmiş idarəetmə üsulları, hədəflərin tanınması və eyniləşdirilməsi, həmçinin kəşfiyyat məlumatlarının emalı qurğusunun işi uğurla sınaqdan keçirilib.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb  

15:52
05 Noyabr

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası olub  

15:28
05 Noyabr

Baş prokuror Abşeronda vətəndaşları dinləyib  

15:21
05 Noyabr

AQTA: Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb  

15:14
05 Noyabr

Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib  

15:09
05 Noyabr

“Wi-Fi” texnologiyasının şəbəkədən ayrılma səbəbləri açıqlanıb  

14:53
05 Noyabr

Şimali Koreya yeni HHM kompleksini sınaqdan keçirib  

14:39
05 Noyabr

Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib

14:16
05 Noyabr

Bavariya əyalətinin iqtisadiyyat naziri Berlində oteldə ölü tapılıb  

14:08
05 Noyabr

Nazir: Gələn il DSMF-nin özünü maliyyələşdirmək qabiliyyəti 17 faiz ətrafında olacaq  

14:06
05 Noyabr

Gəncədə Nizami Gəncəvinin 885 illiyi beynəlxalq tədbirlərlə qeyd edilib  

14:03
05 Noyabr

Samuxda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib  

14:02
05 Noyabr

Salyanda Zəfər Gününə həsr olunmuş tamaşa nümayiş olunub  

13:53
05 Noyabr

Şirvanda şəhid Yusif Cəfərovun xatirəsi anılıb  

13:48
05 Noyabr

Nazir: Vətəndaşların pensiya sisteminə daxil olmaq imkanları asanlaşdırılır  

13:41
05 Noyabr

2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı  

13:41
05 Noyabr

Polşa portalı: Çindən Azərbaycana gələn qatarların sayı artır, Orta Dəhlizin əhəmiyyəti yüksəlir  

13:36
05 Noyabr

Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbulda yeni ağaclar əkiləcək

13:29
05 Noyabr

BDYPİ küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib  

13:24
05 Noyabr

Sahib Ələkbərov: Neftin qiyməti 65 dollar götürülməklə makroiqtisadi sabitliyin qorunması hədəflənir  

13:17
05 Noyabr

Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək

13:13
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!