05 Noyabr 2026 14:03
630
CƏMİYYƏT
A- A+
Gəncədə Nizami Gəncəvinin 885 illiyi beynəlxalq tədbirlərlə qeyd edilib  

Gəncədə Nizami Gəncəvinin 885 illiyi beynəlxalq tədbirlərlə qeyd edilib  


İlk tədbir AMEA-nın Gəncə Bölməsində “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans olmuşdu. 

Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyə və Özbəkistandakı səfirlikləri nəzdindəki mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən  konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya və Rusiyanın Kalmıkiya Respublikasından alim və tədqiqatçılar iştirak etmişlər.

Tədbirin açılışında AMEA Rəyasət Heyətinin üzvü, akademiyanın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Yadigar Bədəlovun çıxışları dinlənilmişdir. Sonra AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə konfransın plenar iclası keçirilmişdir. Plenar iclasda Nizami Gəncəvinin yaradıcılığı, fəlsəfi irsi, dünya ədəbiyyatına təsiri, multikultural dəyərlər və müasir nizamişünaslığın tədqiqat istiqamətləri müzakirə olunmuşdur. Bununla yanaşı, Nizami Gəncəvi Muzeyində “Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs” mövzusunda beynəlxalq simpozium təşkil edilmişdir.

Şairin yubileyi ilə bağlı simpozium isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Nizami Gəncəvi Muzeyi ilə AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin birgə təşkilatçılığı, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, GDU-nun nəzdində Regional Kollecin və “Etno Miras” Araşdırma və Tədqiqat Mərkəzinin tərəfdaşlığı ilə  keçirilmişdir. Müxtəlif ölkələri təmsil edən nizamişünas alimlər, professorlar, tədqiqatçılar və mədəniyyət xadimlərinin iştirak etdikləri simpoziumda Nizami Gəncəvinin ədəbi-fəlsəfi irsi, yaradıcılığında əksini tapan ümumbəşəri dəyərlər, dünya ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələr, eləcə də mədəniyyətlərarası dialoqun inkişafında Nizami Gəncəvi irsinin rolu ətrafında fikir mübadiləsi aparılmışdır.


     Sabir ƏLİYEV,

   “Azərbaycan” 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

12:38
13 Noyabr

Neft ucuzlaşır

12:37
13 Noyabr

Bakıda “Eternity-2026” təliminin açılışı olub

12:28
13 Noyabr

Heydər Əliyevin Atatürkə münasibəti Azərbaycan-Türkiyə münasibətləri kontekstində

12:09
13 Noyabr

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb 

11:40
13 Noyabr

“Microsoft”un bir sıra proqramlarında problem yaranıb

11:39
13 Noyabr

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır 

11:36
13 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:44
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

10:33
13 Noyabr

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub  

10:29
13 Noyabr

Ad günün mübarək, nur şəhəri

10:10
13 Noyabr

Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir

10:05
13 Noyabr

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb  

10:01
13 Noyabr

Bu sevginin adı nədir?

10:00
13 Noyabr

Rustov məscidi

09:55
13 Noyabr

Küçəmizi yaman günə qoyub gediblər

09:50
13 Noyabr

Samux rayon Əhmədbəyli kəndinin qazlaşdırılmasına növbəti mərhələlərdə baxılacaq 

09:45
13 Noyabr

Qonşu qonşu olsa...

09:40
13 Noyabr

Su nasosu yenisi ilə əvəz edildi 

09:35
13 Noyabr

Müraciətim həll olundu

09:30
13 Noyabr

"Şəhidlər Vətənin əbədi yaşayan qəhrəmanlarıdır!"

09:25
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!