22 İyun 2026 12:01
128
CƏMİYYƏT
A- A+
Xəyyam Məmmədov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır, fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilir  

Xəyyam Məmmədov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır, fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilir  


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xidmət göstərdiyi ərazilərdə Biləsuvar rayonunda 51 min 851 hektar, Hacıqabul rayonunda 22 min 789 hektar, Neftçala rayonunda 38 min 191 hektar, Salyan rayonunda 46 min hektar suvarılan sahə mövcuddur. Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu, ümumilikdə 4700 kilometrə yaxın suvarma şəbəkəsini, 4892 hidrotexniki qurğunu, 5 subartezian quyusunu və 202 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 46 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub və hazırda da su təminatı davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.

O qeyd edib ki, 2025-ci il ərzində istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2813 metr daş-beton bənd əsaslı təmir edilib, 204 subartezian quyusu əsaslı təmir olunub. Cari təmir planı çərçivəsində isə 6378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib. Bu tədbirlər nəticəsində suvarma sistemlərinin dayanıqlılığını artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər Qurbanov: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla həyata keçirilir

14:40
22 İyun

Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar

14:39
22 İyun

İcma sədri: Qərbi Azərbaycan həqiqətlərinin təbliği bölgələrdə daha da genişlənir

14:31
22 İyun

Mozambik Respublika Assambleyasının sədri Azərbaycana səfərə gəlib

14:30
22 İyun

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib  

14:29
22 İyun

İordaniya Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

14:25
22 İyun

Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

14:02
22 İyun

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

14:02
22 İyun

Daşkənddə “Bakı Prosesi” çərçivəsində Azərbaycan–Özbəkistan mədəni əlaqələri təqdim olunub

13:45
22 İyun

Dövlət Agentliyinin rəsmisi: Damcı, yağmurlama və pivot sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır  

13:42
22 İyun

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

13:33
22 İyun

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

13:16
22 İyun

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub YENİLƏNİB

13:06
22 İyun

Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub - YENİLƏNİB

13:01
22 İyun

Məcnun Məmmədov: Ölkədə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 107 faiz, meyvə və giləmeyvə üzrə 140 faiz təşkil edir  

12:49
22 İyun

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

12:36
22 İyun

Ötən həftə 113 mina və 514 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

12:29
22 İyun

Luka Skiepatti: TAP daha inteqrasiya olunmuş Avropa təbii qaz bazarının formalaşmasına dəstək verir

12:26
22 İyun

Son 5 ildə Biləsuvarda aqrar sektora 49,6 milyon manat investisiya yatırılıb

12:21
22 İyun

Fərid Hacıyev: Qarşıya çıxan çağırışlara qarşı parlamentlər birgə səy göstərəcək

12:07
22 İyun

Xəyyam Məmmədov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır, fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilir  

12:01
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!