25 Avqust 2023 09:20
452
SİYASƏT
A- A+
Xankəndidə siyasi böhran dərinləşir

Xankəndidə siyasi böhran dərinləşir

 

İlham Əliyev çox dil bilir. Tanrı ona siyasətçiyə xas olan bütün keyfiyyətlərlə yanaşı, bu üstünlüyü də verib. Hər kəslə öz dilində danışmağı bacaran nadir siyasətçilərdəndir. Uzaqgörəndir, praqmatikdir, qətiyyətlidir. Eyni zamanda səbirlidir... 
"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik" məşhur kəlamı xarakterinə işıq tutmaq üçün kifayət edər.  
İllər öncə Ermənistanın baş naziri Nikol Paşinyan Şuşada sərxoş vəziyyətdə "Qarabağ Ermənistandır, nöqtə"sinə Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də birdəfəlik nida qoydu.  Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlarla ifşa etdi və "Qarabağ Azərbaycandır, nida" dedi. Çox çəkmədi ki, bütün dünya bu tarixi gerçəkliklə razılaşmaq məcburiyyətində qaldı. Dövlətimizin başçısı ermənilərlə onların başa düşdüyü, anladığı dildə danışdı. Dünyanın əksər dövlət başçılarını üstümüzə minnətçi salan Nikol Paşinyan noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla atəşkəsə nail olduqdan sonra yenə erməni xislətini işə salıb məkrli planlar qurmağa başladı. Sülh danışıqları adı altında oyunbazlıq edib vaxt udmağa çalışdı. Ermənistanın qeyri-səmimi olduğunu, vaxt udmağa çalışdığını zatən bilməyən yox idi. Əslinə qalsa, bu oyunun ssenarisini böyük dövlətlər yazır, Nikol Paşinyansa böyük oyunların kiçik fiquru olur. Paşinyanın bacarıqlı, güvənli oyunçu olmadığını onu oynadanlar da yaxşı bildikləri üçün onun "özfəaliyyət" göstərməsinə geniş imkan vermirlər. Misal üçün, Avropa İttifaqının prezidenti Şarl Mişellə görüş zamanı Fransa Prezidenti Emmanuel Makronun üçtərəfli danışıqlar prosesinə özünü pərçim etmək cəhdi Paşinyana sevgidən çox inamsızlıqdan yaranmışdı. 

 

Oyun bitdi

 

Cənubi Qafqazda gedən proseslərə "rəhbər"lik edənlər, ssenarini yazıb tamaşanı səhnələşdirən rejissorlar Ermənistanın 44 günlük müharibədə aldığı zərbədən özləri də şoka düşmüşdülər. Ayılanda artıq hər şey gec idi. Azərbaycan onun torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan ordusuna sarsıdıcı zərbə vurub məhv etdi. Ermənistan ordusunun revanş götürüb yenidən toparlanması üçün vaxt lazım olacağını dərk edən "müəllif"lər Azərbaycana qarşı informasiya cəbhəsi açdılar. Qarabağda "humanitar böhran" şousu yaradıb faktiki olaraq ölkəmizə qarşı informasiya müharibəsinə başladılar. Ermənistana "bacılıq" edənlər də, onu silahlandıranlar da anlayırlar ki, Qarabağda hər hansı "humanitar böhran"dan söhbət gedə bilməz. Onları narahat edən Ermənistana satdıqları, pulsuz-parasız verdikləri silahların Qarabağa çatdırılmasında problemin yaranmasıdır. Ermənilər Qarabağa silahı yalnız Laçın yolu ilə ötürə bilərdilər. Laçında Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsini yaratmaqla silah alverçilərinin, siyasət dəllallarının oyununa son qoyuldu.   
Tədbirlilik, uzaqgörənlilik, müdriklik həmişə öz sözünü deyib. Azərbaycan Prezidenti iyul ayında Aİ-nin prezidenti Şarl Mişellə görüşü zamanı Qarabağa irihəcimli daşımalar üçün Ağdam-Xankəndi yolunu təklif etdi. Bu təklifə BQXK razılığını bildirdi. Bundan dərhal sonra Ermənistan "humanitar yük"lə dolu avtomobil konvoyunu Laçın sərhədinə göndərdi.
Ermənistan rəhbərliyi "humanitar yük" aparan avtomobil konvoyunun Laçın yolu ilə ərazilərimizə buraxılmayacağını əvvəlcədən bilirdi. Amma onlara məsələnin qloballaşması, dünyada "zülmkar", "əzazil", "ermənini məhv edən" azərbaycanlı imici formalaşdırmaq üçün bu oyun lazım idi. Ermənistan bununla çoxbaşlı oyun qurduğunu, bütün bunların ona fayda verə biləcəyini zənn edirdi. 30 il torpaqlarımızı işğalda saxlayıb, bir milyon insanımızı didərgin salan Ermənistan eyni zamanda  Beynəlxalq Ədalət Məhkəməsinə 
600 səhifəlik iddia ərizəsi ilə müraciət edərək Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən  "blokada"ya alındığını, ermənilərə qarşı "soyqırımı siyasəti" aparıldığını iddia edirdi. Görünən budur ki, hayların "tərəfdaş"ları onlara məsələni "şişirtmək"lə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaqlarına söz vermişdilər. BMT-də aparılan müzakirələr həm də onlara Beynəlxalq Ədalət Məhkəməsində quracaqları tamaşa üçün lazım idi.
Ermənistanın və onları himayə edən "böyük güclər"in qeyri-səmimi davranışlarını səbirlə izləyən Azərbaycan tərəfinin cavabı çox  qəti və lakonik oldu. Azərbaycan qarşı tərəfə "Oyun bitdi!" mesajını verdi.
Ermənistan sözsüz ki, BMT-də istədiyinə nail ola bilmədi. Buna görə Ermənistan və Qarabağ separatçıları çaşqınlıq içindədirlər. Ermənistanda Paşinyana qarşı müxalif olan qüvvələrin danışmağa sözü çoxalıb. İndi nəzərlər bir aydan çoxdur Azərbaycan sərhədində dayanan "Spayka"nın avtomobillərinin hansı sifətlə geri dönəcəyinə yönəlib. Eyni zamnda daha Qarabağda yaşayan ermənilər Ermənistandan verilən boş vədlərə inanmırlar. Ermənistanın aciz duruma düşdüyünü, Azərbaycanın qarşısında gücsüz olduğunu anlamayan yoxdur. 
Azərbaycanın qətiyyətli mövqeyi separatçı rejimin rəhbərlərinə də təsirini göstərməkdədir. Separatçılar  arasında konfliktlər, narazılıqlar, bir-biriləri ilə apardıqları mübarizə açıq müstəviyə keçməkdədir. Yerli əhalinin boş vədlərdən, yersiz müharibələrdən bezdiyi özünü aşkar büruzə verməkdədir. Bunu hiss edən separatçıların bəzi liderləri, xüsusilə qondarma rejimin "keçmiş müdafiə naziri" Samvel  Babayan Azərbaycanın reinteqrasiya təklifinə normal münasibət göstərir. Əhali arasında separatçı rejimin rəhbəri Araik Arutyunyanın istefasını tələb edənlərin sayı da günbəgün artmaqdadır. İş o yerə çatıb ki, Qarabağda baş verən siyasi böhran mövzusunda erməni politoloqları mətbuatda açıq-aşkar müzakirələr aparırlar. Politoloq Tiqran Qriqoryan Civil.net üçün yazdığı məqaləsində qeyd edir ki, "Xankəndidə daxili siyasi böhran dərinləşir. Geniş ictimaiyyətə açıqlanmayan zorakı pərdəarxası proseslər son günlər ictimai müstəvidə tirajlanır (söhbət Arayik Arutyunyanın "istefasından", onun Ruben Vardanyanla qarşıdurmasından gedir)". Onun fikrincə, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında  hakimiyyət uğrunda mübarizə aparan üç "qütb" formalaşıb: "Bu, keçmiş separatçı liderlər, qanunsuz birləşmələrin keçmiş komandirləri və Azərbaycanla reinteqrasiya əleyhdarları tərəfindən dəstəklənən qaçaq oliqarx Ruben Vardanyandır. Digər qütb isə separatçıların keçmiş "Təhlükəsizlik Şurasının katibi" Samvel Babayanın komandasıdır.
Samvel Babayan və komandası Azərbaycanla birbaşa dialoqun, bütün yolların açılmasının, ticarət-iqtisadi əlaqələrin qurulmasının tərəfdarıdır. Arayik Arutyunyan və komandası isə Bakı ilə danışıqların Azərbaycan ərazisindən kənarda  aparılmasını dəstəkləyir.
Ancaq nə olursa-olsun, nəticədə Xankəndi Ağdam yolu ilə bağlı Bakının təklifini qəbul edəcək".
Xatırladaq ki, Qarabağda aranı qızışdırmaqla məşğul olan, milyarder Ruben Vardanyan Araik Arutyunyanın yaxın günlərdə istefa verməyəcəyi tədqirdə "onun haqqında özü tədbir görəcəyini" açıqlamışdır. 
Qarabağda gərginliyin artdığı bir zamanda Azərbaycan tərəfi xoşniyyətli işini davam etdirir. Ağdam-Xankəndi yolu irihəcmli yüklərin daşınması üçün tam hazır vəziyyətə gətirilir. Bunu yerində görmək, aparılan işlər ilə tanışlıq üçün ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələrinin regiona səfərləri təşkil edilir.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar missiyası

 

Bu arada Qarabağda "humanitar böhran" şousu yaradanlara, bu oyunu quranlara, "blokada"dan siyasi manipulyasiya edənlərə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin verdiyi bəyanat həm də tutarlı bir cavab oldu. Bəyanatda bildirilir ki,  təşkilat "Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına dəstək verməyə hazırdır". Bəyanatda qeyd olunur ki, "bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin 1997-ci ildə qəbul edilmiş Sevilya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir.
Bu humanitar missiyanın həyata keçirilməsi üçün milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunmuşdur".
İstər Qarabağ separatçılarının, istər Ermənistan dövlətinin, istərsə də bu dövlətdən özlərinin siyasi  məqsədləri üçün Azərbaycana qarşı istifadə edənlərin ölkəmizə təzyiq etmək üçün əllərində bəhanə edəcək bir əsasları qalmayıb. Azərbaycanın apardığı çevik diplomatiya onların əllərini boş qoyub. Fransızların belə bir atalar sözləri var: "Canavar dumanlı havanı sevər". Yəqin Fransa Cənubi Qafqaz uğrunda apardığı mübarizədə aranı qarışdırmaq üçün yeni bir şey düşünməkdədir. Amma çevik siyasət ilə bütün dünyanı təəccübləndirməyi bacaran Azərbaycanın onlara verəcəyi cavabı da hazırdır. 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib  

11:58
17 İyun

İran xam neft ixracına başlayıb

11:49
17 İyun

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

11:43
17 İyun

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb  

11:40
17 İyun

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

10:23
17 İyun

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq  

10:07
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!