19 May 2026 09:31
165
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, sərginin ən böyük milli pavilyonu olan Azərbaycan pavilyonu 1500 kvadratmetr sahəni əhatə edir və ölkənin müasir şəhərsalma, eləcə də dayanıqlı inkişaf yanaşmalarını nümayiş etdirir.

Pavilyon dünyaşöhrətli memar Zaha Hadidin yaratdığı Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyasının elementləri nəzərə alınaraq hazırlanıb.

Azərbaycan pavilyonunun qalereya məkanında ölkənin şəhərsalma layihələri, İçərişəhərin zəngin mədəni irsi, ekoloji təşəbbüslər, turizm potensialı və memarlıq nümunələri nümayiş etdirilir.

Pavilyonda, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi yenidənqurma və müasir şəhərsalma yanaşmaları, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, eləcə də regionun yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər nümayiş etdirilir.

Azərbaycan pavilyonunda rəsmi görüş və fikir mübadiləsini təmin edən şəbəkələşmə zonaları, təqdimat və konfrans məkanları, virtual reallıqəsaslı interaktiv sahələr, kino və turizm guşələri, müxtəlif master-klaslar, eləcə də Azərbaycan mədəniyyəti və milli mətbəxini təqdim edən xüsusi sahələr fəaliyyət göstərir.

WUF13 tədbiri ərzində pavilyonun tədbirlər proqramına “Bakı Baş Planı 2040”, enerji sistemlərinin rəqəmsal transformasiyası, miqrasiya və şəhər idarəçiliyi, eləcə də urbanizasiya və iqlim gündəliyi üzrə müxtəlif sessiyalar və yüksəksəviyyəli dialoqlar daxildir.

Qeyd edək ki, WUF13-ün əsas platformalarından biri olan “Urban Expo” sərgisində müxtəlif ölkələr, şəhərlər, beynəlxalq təşkilatlar və şirkətlər öz qabaqcıl təcrübələrini və şəhərsalma üzrə fərqli inkişaf yanaşmalarını təqdim edirlər.


Azərbaycan pavilyonunda keçirilən tədbirlərlə bağlı məlumatı buradan əldə edə bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınların qərar qəbuletmədə rolu WUF13-də diqqət mərkəzində olub  

09:42
19 May

WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir

09:38
19 May

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub  

09:35
19 May

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

09:31
19 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO  

09:25
19 May

Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

09:12
19 May

Azərbaycan Prezidenti: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır  

09:06
19 May

Prezident İlham Əliyev: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq  

09:01
19 May

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 

08:51
19 May

Yaddaşın və tarixin keşikçisi

08:45
19 May

Enerji, nəqliyyat və innovasiya gündəmi

08:43
19 May

Azərbaycan-Bolqarıstan: "Həmrəylik Halqası" ilə genişlənən tərəfdaşlıq

08:40
19 May

TDT Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib

08:35
19 May

Siyasi həmrəylik, rəqəmsal inkişaf və ortaq sivilizasiya

08:30
19 May

Bakı qlobal dialoqun əsas ünvanlarından biridir

08:25
19 May

WUF13 və gələcəyin düşünən şəhərləri

08:20
19 May

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

08:15
19 May

WUF13-də Şanxay mükafatı təqdim olunacaq

08:10
19 May

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

08:05
19 May

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!