24 Iyul 2024 17:29
84
DÜNYA
A- A+

“WhatsApp”dan növbəti yenilik

 

“iPhone” istifadəçiləri üçün “WhatsApp”ın beta versiyasında yeni funksiya təqdim edilib. Onlar artıq internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşa biləcəklər.

Yeni funksiya hazırda “WhatsApp”ın iOS üçün 24.15.10.70 nömrəli beta versiyasındadır. Sənəd, foto, video və digər faylları digər cihazlara ötürməyə imkan verən oxşar funksiya əvvəllər messencerin Androiddəki sınaq versiyasında görülüb. Android versiyada yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edilirdi. İOS versiyada isə faylları paylaşmaq üçün istifadəçidən QR kodu skanı tələb edilir.

Yeniliyin qeyri-sabit və ya bahalı internet bağlantısı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcəyi, foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcəyi ehtimal edilir.

İnkişaf mərhələsində olan funksiyanın tezliklə hər kəs üçün əlçatan olacağı bildirilir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video