17 May 2024 09:05
3443
Təhsil
A- A+
Vətənpərvərlik tərbiyəsi ailədən başlayıb məktəbdə formalaşır

Vətənpərvərlik tərbiyəsi ailədən başlayıb məktəbdə formalaşır

 

Gənclərin vətənpərvərlik ruhunda böyüməsinin mühüm istiqamətlərindən birini təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün imkanlar olduqca genişdir. 
Təhsil ocaqlarında tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyat, tarix, o cümlədən hərbi hazırlıq fənlərinin tədrisi şagirdləri müvafiq biliklərlə təmin etməklə yanaşı, onların milli mənlik şüurunun formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük təsir göstərir.
Vətən torpağı müqəddəsdir. Çünki o, dəyişmir, satılmır, köhnəlmir, əbədi və əzəlidir. Babalarımızın bizə yadigar qoyduqları Vətənimizin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə ulu babalarımızın əmanətidir. Əmanət olan Vətəni qorumaq isə hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu ürəkdən sevmək lazımdır. Vətənpərvərliyin dərin kökləri var. Vətənpərvərlik insan qəlbində özünə yer etmiş ən müqəddəs və ən ülvi hissdir. Hər bir insanın qiyməti onun vətənə, millətə xidməti ilə, ləyaqəti və vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlir. Vətənpərvərlik tərbiyəsi ailədən başlayıb, bağçada, məktəbdə formalaşır. Bu həm də vətəndaş tərbiyəsinin əsasını təşkil edir.
Ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş, azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət  Heydər Əliyev şərəfli tariximizin ən böyük vətənpərvəridir. Onun Vətənə, yurda olan sevgisi bütün gənc nəsillərə nümunədir. Ulu Öndərin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" kəlamı dillər əzbəridir. Bəli, biz də fəxr edirik ki, azərbaycanlıyıq. Azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı ölkəmizin gələcəyi üçün əlindən gələni etməlidir.
Gənclərin vətənpərvərlik ruhunda böyüməsinə və tərbiyə olunmasına böyük önəm verən Ümummilli Lider Heydər Əliyev demişdir: "Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq -    budur vətənpərvərlik!"
Azərbaycan Prezidenti İlham Əliyev ölkə gənclərinin vətənpərvərlik ruhunda böyümələrinin vacibliyini vurğulayaraq demişdir: "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər". Dövlətimizin başçısının andiçmə mərasimində gənclərə, onların fəaliyyətinə verdiyi önəm biz müəllimlər üçün də çox böyük mənəvi stimul oldu. Prezident İlham Əliyev tərəfindən yürüdülən gənclər siyasəti və bu siyasətin tələb etdiyi mövcud reallıqlar onu deməyə əsas verir ki, dövlətimizin tərbiyə edib böyütdüyü vətənpərvər gənclik sabahkı zəfərlərimizin təminatçısıdır. Biz yaxın gələcəkdə gənclərimizin qazanacağı yeni zəfərlərin şahidi olacağıq.
Sabahın əsgərləri olacaq məktəblilər şəhidlərimiz haqqında məlumatlı olmalı, milli qəhrəmanlarımızı tanımalıdırlar. Buna görə də biz müntəzəm olaraq müharibə veteranları ilə şagirdlərin görüşlərini təşkil edirik. Onları hərbi hissə və birləşmələrə, muzeylərə, Bayraq meydanına aparır, tariximiz haqqında məlumat veririk. Məktəblilərimiz bunları dərindən öyrənməsələr, gələcəkdə tariximizi yaxşı bilməyəcəklər. Onların vətənpərvər ruhda böyümələri üçün savadlı, bilikli olmaları da çox vacibdir. Bu işdə müəllimlərin üzərinə böyük vəzifələr düşür.
Müntəzəm olaraq məktəblilərə ölkəmizin müdafiə qüdrəti, onun qanunları, respublikanın Silahlı Qüvvələri barədə geniş məlumat veririk. Şagirdlərimiz hərbi vətənpərvərlik mövzusunda keçirilən dərslərdə çox fəal iştirak edirlər. Silahları, texnikaları böyük həvəslə öyrənirlər. Onlara vaxtaşırı düşmən işğalından azad olunmuş  torpaqlarımızda aparılan quruculuq işlərindən, şanlı ordumuzun qüdrətindən, qaçqın və məcburi köçkünlərimizin geri dönüşündən ətraflı danışırıq. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edib ölkənin müdafiəsinə hazırlamağı özümüzə ən müqəddəs borc bilirik. 
Sabahımızın əsgərləri olacaq məktəblilər Birinci və İkinci Qarabağ  müharibəsinin, həmçinin Aprel döyüşlərinin qəhrəmanları ilə maraqlanırlar. Onları özlərinə örnək və iftixar mənbəyi bilirlər. Xalqımızın keçdiyi qəhrəmanlıq tarixini öyrənmək üçün daim axtarışlar aparırlar. Bütün bunlar şagirdlərimizin doğma yurdumuza olan məhəbbətini daha da artırır, onları vətənin müdafiəsinə səsləyir. Vətənpərvərlik hissləri güclü olan gənclərimiz elə indidən özlərini vətənin əsgəri hesab edirlər.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun formalaşmasında məktəbin rolu əvəzsizdir. Şagirdlər təhsil ocağında ilk dəfə qələm tutub yazı yazmağa, oxumağa başlayırlar. Yazıb oxuduqları ilk kəlmələr "Ana" və "Vətən" olur. Hər bir cəmiyyətin gələcəyi, sabahı onun böyüməkdə olan gənc nəslindən çox asılıdır. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Gənclərimizin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin rolu böyükdür. Şagird müəllimə inanmalıdır. Müəllim də fərdi davranışı və intellekt səviyyəsi ilə məktəblinin etimadını qazanmalıdır. Müəllim şagirdə vətənpərvərlik sözünün yalnız çiynində silah, əynində hərbi forma cəbhədə vuruşmaq olmadığını dərindən anlatmalıdır. Əgər müəllim tədris etdiyi fənni  şagirdlərə yetərincə aşılayırsa, onun milli ruhunu oyadırsa, vətənpərvərlik hissini coşdurursa, deməli, vəzifəsinin öhdəsindən kifayət qədər gəlmiş olur.
Vətən, torpaq dedikdə ağlımıza ilk olaraq ərazi bütövlüyümüz uğrunda canından keçmiş igid oğullarımız, şəhidlərimiz gəlir. Əbəs yerə deyilməyib ki, "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir". Bu oğulların cəsarəti və hünəri sayəsində uzun illərdir həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Sinəsini düşmən gülləsinə sipər edən neçə-neçə Vətənə sədaqətli, öz peşəsini layiqincə yerinə yetirən qeyrətli Vətən oğulları vətənpərvərliyi, cəsurluğu, mərdliyi, şücaəti ilə gələcək nəsillərə örnək oldular, necə deyərlər, tarix yazdılar. Ulularımızın yadigarı olan Vətən torpaqlarını erməni işğalından azad edərək bizlərə əmanət qoydular. Biz də gərək bu əmanəti göz bəbəyimiz kimi qoruyaq.     
Vətən hər birimiz üçün müqəddəs və əzizdir. Məktəblilər kiçik yaşlarından "Vətən nə deməkdir?", "Vətənimiz haradır?", "Dilimiz, dinimiz nədir?" kimi suallara düzgün cavab axtarmağa çalışırlar. Təbiidir ki, bu suala cavab tapmaqda onlara ən yaxın köməkçi müəllimləri və oxuduqları kitablar olur. Müəllimlər də, kitablar da sabahımızın gənclərinə ilk növbədə Vətənə məhəbbət və sevgi aşılayır, onlara düzgün yol göstərir. Vətən sevgisi gənclərimizi igidliyə, qəhrəmanlığa ruhlandırır. Məktəb sabahımızın qəhrəmanlarını və layiqli vətəndaşlarını hazırlayır.

Qasım QASIMOV,
Milli Qəhrəman Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!