Vətənə və insanlara xidmət məramı
Könüllülük öz iradə və seçimi əsasında heç bir maddi qazanc güdməyən və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Hazırda dünyada insanların həyat şəraitinin yaxşılaşdırılması üçün təmənnasız əmək sərf edən könüllülərin sayı milyonlarladır.
Humanizmə xidmət edən fəaliyyət
Könüllü fəaliyyətin əsasını altruizm fəlsəfəsi təşkil edir. Bu fəlsəfə insanlara təmənnasız xidmət göstərilməsini özündə ehtiva edir. Bu aspektdən yanaşdıqda görürük ki, könüllülük birbaşa humanizmə xidmət edir. Ötən əsrin ortalarından dünyada kütləvi sosial fəaliyyətə çevrilən könüllülük ölkəmizin tarixində və adət-ənənələrində tez-tez rast gəlinən, mərhəməti, humanistliyi və həm də vətənpərvərliyi tənənnüm edən fəaliyyətdir. Könüllü olmaq ümid yeri, savab əmələ sahib olmaq, xalqına, vətəninə sosial xidmət etmək deməkdir.
Könüllülük fəaliyyətinin kökündə cəmiyyət üçün faydalı işlər reallaşdıraraq problemlərin həllində iştirak etmək, həyatında dəyişiklik etmək arzusu, özünü inkişaf etdirərək təcrübə toplamaq, yeni dostlar qazanmaq, səninlə eyni düşüncə və amalı paylaşan insanlarla görüşmək yer alır.
BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi qətnamə ilə hər il dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yüksəliş Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonrakı dövrə təsadüf edir. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman Nazirliyi), BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının bu istiqamətdə birgə layihəsi həyata keçirilib.
Prezident İlham Əliyevin diqqət və qayğısı könüllülüyün günümüzdəki inkişaf səviyyəsinə çatmasını təmin edib. 2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında" qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında mühüm təkanverici rol oynayıb. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoyub. Sözügedən qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir.
Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət"dən başlayıb
Azərbaycanın evsahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışlarının və digər mötəbər beynəlxalq tədbirlərin təşkilində on minlərlə könüllü iştirak edib. Bu tədbirlər nəticəsində ölkəmizin beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik və təcrübəli könüllü bazası formalaşıb.
Azərbaycanda könüllülük hərəkatı isə "ASAN xidmət"dən başlayıb. 2016-cı il dekabrın 28-də 1 saylı Bakı "ASAN Kommunal" mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev demişdir: "ASAN xidmət"i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. "ASAN" yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır".
Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi isə ölkəmizdə bu fəaliyyətə göstərilən böyük diqqətdən xəbər verir. 2020-ci ilin "Könüllülər ili" elan edilməsi könüllülük fəaliyyətinin daha da inkişafında mühüm addım oldu.
Daha böyük uğurlar qazanılacaq
Gənclərimizin potensialını daim diqqətə alan Prezident İlham Əliyev onların iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləməsini, gənclərin dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb və bu iş uğurla davam etdirilir. Bu gün ölkəmizdə "Gənc könüllülər", "ASAN könüllülər", "RİİB könüllüləri", "BİR Tələbə-Könüllülər", "Aqrar İnkişaf könüllüləri", "KOB könüllüləri", "Miqrasiya könüllüləri", "Ədliyyə könüllüləri" və digər qurumlarda müxtəlif könüllülər dəstəsi uğurla fəaliyyət göstərirlər. Bu baxımdan adıçəkilən qrupların timsalında Azərbaycanda könüllülük hərəkatının inkişafını, xüsusən gənclərin fəaliyyətində xüsusi yer tutduğunu görmək mümkündür. Könüllülük fəaliyyəti gənclərin dövlətçilik işində rolunu artırmaqla yanaşı, onların gələcəkdə şəxsi fəaliyyətlərini qura bilmələri üçün də müəyyən imkanlar yaradır, təcrübə əldə etmələrinə və özünə inam qazanmalarına səbəb olur.
Görünən odur ki, könüllülük fəaliyyəti Azərbaycanda geniş yayılaraq cəmiyyətimizin bütün sferalarını əhatə edib. Ölkəmizdə bu fəaliyyətin inkişafına göstərilən yüksək diqqət və qayğı, əldə olunan nailiyyətlər və könüllülərin xidmətləri onu deməyə əsas verir ki, önümüzdəki illərdə Azərbaycanda könüllülər hərəkatı daha da böyük uğurlar qazanacaq.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qızılcaya yoluxma təhlükəli həddə çatır
07 Dekabr
AÇG-nin yeni platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb
07 Dekabr
DİN polis əməkdaşlarına zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verib
07 Dekabr
Zəlzələ ilə bağlı Bakı məktəblərindəki son durum açıqlanıb
07 Dekabr
COP 28 Azərbaycan üçün nə ilə yadda qalacaq
07 Dekabr
ABŞ Cənubi Qafqazda bulandırdığı suları duruldacaqmı?
07 Dekabr
ABŞ-nin ölkəmizə qarşı qərəzli siyasəti nədən yaranıb
07 Dekabr
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətini ifşa edir
07 Dekabr
Dövlət Yol Polisi hərəkət iştirakçılarını yollarda diqqətli və təmkinli olmağa çağırıb ...
07 Dekabr
Zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib
07 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!