Vergiödəyicilərinin sayı 7,5 faiz artıb
Cari ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 537 min 952 vergiödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz (ümumi artımın 86,5 faizi), hüquqi şəxslərin sayı isə 8 faiz (ümumi artımın 13,5 faizi) artıb. Vergiödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 179 min 26 vahid təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.
Bu ilin yanvar-mart aylarında 2825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2544-ü (90,1 faiz) yerli investisiyalı, 281-i (9,9 faiz) xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2198-i (77,8 faizi) elektron qaydada, 627-si (19,3 faizi) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Yanvar-mart ayları ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 86,8 faiz təşkil edib. Kommersiya qurumlarının 2198-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1892-si Asan imza, 306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Aprel ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 min 134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 faiz təşkil edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
01 Sentyabr
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb
31 Avqust
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
31 Avqust
Vuçiç: Serbiya 2030-cu ilədək Aİ-yə üzv ola bilməyəcək
31 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi tə...
31 Avqust
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!