13 Yanvar 2026 09:00
308
İQTİSADİYYAT
A- A+
Venesueladakı hadisələr qlobal neft qiymətlərinə necə təsir edəcək?

Venesueladakı hadisələr qlobal neft qiymətlərinə necə təsir edəcək?


Venesuela dünyada ən böyük təsdiq edilmiş neft ehtiyatlarına malik ölkədir və neft ixracı onun iqtisadiyyatının mərkəzində yer alır. Ona görə bu ölkədə baş verənlər qlobal enerji bazarlarında böyük rezonans doğurub. Yaranmış vəziyyət neft qiymətləri üzərindəki potensial təsirləri baxımından həm qısa, həm də orta müddətli perspektivdə maliyyə və strateji təhlilçilərin diqqət mərkəzindədir.

İqtisadçı-ekspert Eldəniz Əmirov "Azərbaycan" qəzetinə mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, hazırda dünyada baş verən proseslər qlobal iqtisadiyyata daha sürətli təsir göstərməyə başlayıb. Bunun əsas səbəbi isə hadisələrin qlobal iqtisadiyyatın əsas tərəfləri arasında cərəyan etməsidir. Venesuelada baş verən proseslər də dünya iqtisadiyyatı üçün müəyyən suallar doğurur.

Ekspertin fikrincə, hazırkı geosiyasi proseslər sadəcə lokal qarşıdurmalar çərçivəsində qiymətləndirilə bilməz. Söhbət birbaşa qlobal enerji balansına və maliyyə bazarlarının davranış modelinə təsir edə bilən hadisələrdən gedir. Xüsusilə enerji resursları üzərində nəzarətin siyasi alətə çevrildiyi indiki mərhələdə belə hərbi-siyasi addımlar neft qiymətlərinə təsir göstərə bilər. Eldəniz Əmirovun vurğuladığı kimi, Venesuela kimi enerji ixracatçısı olan ölkə ətrafında gərginliyin artması bazarlarda risk gözləntilərini yüksəldir. Bu isə investorların daha ehtiyatlı davranmasına, alternativ enerji marşrutları və tədarük mənbələrinin ön plana çıxmasına səbəb olur. Bu cür proseslər inkişaf etməkdə olan ölkələrin də iqtisadi sabitliyinə dolayı təsir göstərir. Mövcud vəziyyət onu göstərir ki, yaxın dövrdə enerji bazarlarında qiymət artımı ilə yanaşı, geosiyasi risklərin sığortalanması xərcləri də yüksələcək. Ekspertin fikrincə, dünya iqtisadiyyatı artıq sistem xarakterli təhdidlərə reaksiya verir və bu reaksiya əvvəlki dövrlərlə müqayisədə daha sürətli və kəskin olur.

E.Əmirov vurğulayıb ki, Venesuela qlobal neft ehtiyatlarının 17,2 faizinə sahibdir. "303 milyard bareldən artıq olan bu ehtiyatlar gələcəkdə təchizatın daha yüksək səviyyədə təmin olunmasına, bazarda neft təklifinin artmasına imkan yarada bilər. Bu isə perspektivdə neft qiymətləri üçün müəyyən risklər formalaşdırır. Bununla belə, Venesuela hazırda nefti böyük həcmdə hasil etmək üçün lazımi infrastruktura malik deyil. Neft quyularının istismar vəziyyəti qənaətbəxş deyil, ixrac boru kəmərləri yararsız durumdadır, emal müəssisələri isə cəmi 10 faiz güclə fəaliyyət göstərir. Bu səbəbdən 2026-cı ildə Venesuela neftinin qlobal bazarlara böyük həcmdə çıxarılması real görünmür", - deyə ekspert bildirib. 

İqtisadçının qeyd etdiyi rəqəmlər göstərir ki, Venesuela neft üzrə dünyanın ən böyük "yatmış nəhəngidir". Lakin bu nəhəngin oyanması üçün təkcə ehtiyatlar kifayət deyil. İllərdir davam edən investisiya qıtlığı və texniki baxımsızlıq ölkənin neft sənayesini iflic edib. Emal müəssisələrinin zəif güclə işləməsi faktiki olaraq sənayenin sıfıra yaxın səmərəliliklə fəaliyyət göstərməsindən xəbər verir. Ona görə qısa zaman kəsiyində Venesuelanın texniki və siyasi maneələri aşaraq hasilatı kəskin artırması fiziki cəhətdən qeyri-mümkün görünür. Hazırkı vəziyyət göstərir ki, texnoloji gerilik və infrastruktur aşınması resurs zənginliyini üstələyir.

E.Əmirov əlavə edib ki, Venesuela nefti ucuz və ağır neft növünə aiddir. "Tərkibində kükürd və digər ağır maddələrin olması onun emalını çətinləşdirir, ixrac xərclərini artırır və əlavə maliyyə vəsaiti tələb edir. Nəticədə son məhsulun maya dəyəri yüksəlir. Əgər neft birbaşa emal olunarsa, bəzi hallarda 12-15 dollar, hətta 20 dollara qədər daha ucuz qiymətə satılmasına səbəb ola bilər" deyən ekspertin sözlərinə görə, Venesuela neftinin qiymətlərə ciddi fundamental təsir göstərəcəyini gözləmir.

O qeyd edib ki, hazırda qlobal bazarlarda qiymətlər əsasən mövcud vəziyyətə uyğun şəkildə formalaşır. Lakin psixoloji amillər və bazar iştirakçılarının davranışları nəticəsində Venesuela və İran ilə bağlı hadisələr qlobal neft qiymətlərinə müəyyən təsir göstərə bilər. Bu təsir isə fundamental xarakter daşımır. 

E.Əmirovun toxunduğu kükürd və ağır maddə problemi göstərir ki, Venesuela nefti hər zavod üçün arzulanan xammal deyil. Yüksək emal xərcləri və qiymət fərqi bu neftin rəqabət gücünü zəiflədir. Yəni bazara çıxsa belə, onun ucuz və ağır olması gəlirliliyi minimuma endirir. Hazırda bazarda müşahidə olunan dalğalanmalar daha çox "davranış iqtisadiyyatı" ilə bağlıdır. Ekspert haqlı olaraq vurğulayır ki, faktiki hasilat artımı olmadan qiymətlərin kəskin düşəcəyini gözləmək sadəlövhlük olar. İran və Venesuela faktorları hələlik yalnız siyasi gündəmin mövzusudur, iqtisadi reallığın deyil. Venesuelanın nəhəng neft ehtiyatları kağız üzərində cəlbedici görünsə də, ekspertin qeyd etdiyi texnoloji və keyfiyyət çətinlikləri bu resursun qlobal bazara inteqrasiyasını ləngidir. Bazarlardakı mövcud qiymət hərəkətliliyi isə fundamental reallıqlardan çox, psixoloji gözləntilərə söykənir. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

Neft qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

10:52
04 Mart

Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib

10:31
04 Mart

Dünya bazarında qızıl 46 dollardan çox bahalaşıb 

10:26
04 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:21
04 Mart

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

10:13
04 Mart

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar açıq elan olunub

10:07
04 Mart

Macarıstan iqtisadiyyatı enerji şokunun təzyiqi altında  

09:57
04 Mart

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!