04 Mart 2026 11:07
153
İQTİSADİYYAT
A- A+
Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  


Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qurumun yaradılmasının 20 illiyi və 2025-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, iclasdan öncə komitə rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən komitə sədri Anar Quliyev qeyd edib ki, müstəqil Azərbaycanın memarlıq və şəhərsalma siyasəti Ümummilli Lider Heydər Əliyevin güclü siyasi iradəsi və ardıcıl dövlət siyasəti əsasında formalaşıb və bu siyasət bu gün məhz Ulu Öndərin qoyduğu əsaslar üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz yeni nailiyyətlərə çatır, yeni zirvələr fəth edir.

Məhz bu siyasətin nəticəsi kimi 20 il öncə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılıb.

Ötən müddət ərzində komitə tərəfindən ölkə üzrə normativ bazanın və standartların təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, ümumi və baş planların hazırlanmasında yeni yanaşmalar tətbiq edilib, müasir layihələndirmə üsullarının və texnologiyalarının tətbiqinə başlanılıb, şəhərsalma nəzarəti mexanizmi yaradılıb və şəhərlərin tarix-memarlıq mühitinin qorunması istiqamətində bir çox ardıcıl tədbirlər və islahatlar baş tutub.

Qeyd olunub ki, bu günədək ölkə üzrə 79 şəhərdən 67-sinin Baş planı təsdiq olunub və qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir. Ərazi planlaşdırma sənədlərinin hazırlanması zamanı tarixi-mədəni irsin qorunması, müasir memarlıq həlləri ilə uzlaşdırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, ictimai nəqliyyat və piyada mühitinin inkişafı, yaşıl zonaların genişləndirilməsi, sosial infrastrukturun planlı yerləşdirilməsi və “ağıllı şəhər” texnologiyalarının tətbiqi istiqamətində görülən işlərə Anar Quliyev tərəfindən xüsusi diqqət çəkilib.

Həmçinin vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Komitənin əsas icraçı qurumlardan olduğu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində 100-dən çox şəhər və kəndlərin ərazi planlaşdırılması sənədləri təsdiq edilib. Artıq 40 yaşayış məntəqəsinə köç təmin olunub və həmin ərazilərdə 70 minə yaxın insan yaşayır, işləyir və təhsil alır ki, onlardan da 30 min nəfəri məcburi köçkündür.

Bunlarla yanaşı, şəhərsalma fəaliyyətinin rəqəmsallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən elektron müraciət sistemi (e-tikinti) yaradılıb və hazırda tikinti və istismara icazələrin alınması, fərdi yaşayış evləri ilə bağlı prosedurlar tam elektron qaydada aparılır. Eyni zamanda, Tikintilərin Dövlət Reyestri və vahid informasiya təminatı sistemi formalaşdırılıb ki, bütün bu tədbirlər şəhərsalma və tikinti proseslərinin şəffaf, çevik və effektiv idarə olunmasına imkan yaradır.

Anar Quliyev komitənin memarlıq sənətinin inkişafı və yaradıcı mühitin təşviqi istiqamətində fəaliyyətini də qeyd edib, bu məqsədlə təsis edilən “Təməl” mükafatını memarların potensialının üzə çıxarılmasında mühüm təşəbbüs kimi qiymətləndirib.

Beynəlxalq əlaqələr sahəsində əldə edilmiş uğurlara toxunan komitə sədri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) Bakının ev sahibliyi etməsi ölkəmizin şəhərsalma sahəsində beynəlxalq nüfuzunun göstəricisi kimi diqqətə çatdırıb. Bunun digər nümunələri kimi Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçilməsi, habelə “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi qrupuna həmsədrliyi qeyd edilib.

Komitə sədri ölkə Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin bu sahələrə olan diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu qeyd etməklə, qarşıda duran vəzifələr barədə qeydlər edib. Bunlar arasında şəhərsalma sənədlərinin hazırlanmasında keyfiyyət standartlarının yüksəldilməsi, regionların şəhərsalma nöqteyi-nəzərdən balanslı inkişafının təmin edilməsi, memarlıq müsabiqələrinin təşviqi və rəqəmsal alətlərin tətbiqinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

Yekunda komitə sədri Anar Quliyev qarşıya qoyulan vəzifələrin davamlı və sistemli şəkildə icrası üçün tapşırıq və tövsiyələrini verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanın Baş naziri: Azərbaycan ilə Ermənistan arasında sülh regionun inkişafına çox yaxşı əsas yaradır

13:00
04 Mart

BDYPİ-dən vətəndaşlara müraciət: Saxta səhifələrə etibar etməyin

12:59
04 Mart

AHİK 250 tələbəni “Həmkarlar İttifaqı Təqaüdü” ilə mükafatlandırıb

12:58
04 Mart

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

12:56
04 Mart

Türkiyənin 35 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 184 nəfər saxlanılıb

12:55
04 Mart

Bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək

12:40
04 Mart

“Təhsil haqqında” Qanunda idmanla bağlı məsələlərin öz əksini tapması təklif olunub

12:33
04 Mart

Gələcəyin təhlükəsi: 2030-cu ilə qədər dünya əhalisinin 41 faizi artıqçəkili olacaq

12:18
04 Mart

Günün ilk yarısında İrandan 29 nəfər təxliyə edilib

12:13
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşib

12:11
04 Mart

Fevralın 28-dən indiyədək İrandan 1105 nəfər təxliyə olunub YENİLƏNİB  

12:07
04 Mart

MEDİA jurnalistləri və ictimai fəalları yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

12:02
04 Mart

BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

11:57
04 Mart

Xocalı həqiqətləri ABŞ auditoriyasına çatdırılıb

11:48
04 Mart

“Azəralüminium”un ixrac gəlirləri 47 faizdən çox artıb

11:43
04 Mart

Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq

11:39
04 Mart

İrandan təxliyə - Azyaşlı üzvləri olan ailə Azərbaycana gətirilib 

11:34
04 Mart

Cənub Qaz Dəhlizi sabitlik və enerji təhlükəsizliyi platformasıdır  

11:21
04 Mart

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!