02 Oktyabr 2026 10:45
557
DÜNYA
A- A+
Van Qoq, Mone və Sezannın nadir əsərləri Nyu Yorkdakı Sotheby's hərracında satışa çıxarılacaq

Van Qoq, Mone və Sezannın nadir əsərləri Nyu Yorkdakı Sotheby's hərracında satışa çıxarılacaq


Sotheby's hərrac evi argentinalı kolleksiyaçı Nelli Arrieta de Blaquierin şəxsi kolleksiyasından impressionist və modernist rəssamların 12 rəsmini hərraca çıxarıb. Bu barədə "The Guardian" qəzeti məlumat verib.

Uzun illər ictimaiyyət üçün əlçatmaz olan və demək olar ki, mifoloji kimi tanınan kolleksiyaya Vinsent van Qoq, Pol Sezann, Klod Mone, Pol Qogen, Kamil Pissarro, Edqar Deqas, Pyer-Ogüst Renuar, Alfred Sisley, Andre Deren, Anri de Tuluz-Lotrek və Moris de Vlaminkin əsərləri daxildir. Sotheby's əsərlərin ümumi dəyərini 450 milyon dollardan çox qiymətləndirir.

Ən bahalı lotlar arasında Vinsent van Qoqun 180 milyon dollar dəyərində olan "Çiçəklənən şabalıd ağacları" (1890) və Sezannın "Arlekin" (150 milyon dollar) əsərləri var. "Çiçəklənən şabalıd ağacları" əsəri Van Qoqun Sen-Remi klinikasından çıxdıqdan sonra Over-sür-Uazda işlədiyi son dövrlərə gedib çıxır. Əsər əvvəllər rəssamın qardaşı Teoya, daha sonra isə amerikalı prodüser Corc Qard "Baddi" DeSilvaya məxsus idi. Bu, Overdə yaradılan və şəxsi əllərdə qalan səkkiz rəsm əsərindən biridir.

Sotheby's İmpressionist və Müasir İncəsənət Departamentinin keçmiş direktoru Filip Hukun sözlərinə görə, kolleksiyanın bazara açılması tarixi andır: əsərlərin əhəmiyyətli bir hissəsi uzun müddət şəxsi əllərdə olub və sərgilənməyib. Hərrac evinin baş incəsənət məsləhətçisi Saymon Şou kolleksiyanı "qapılarını ilk dəfə ictimaiyyətə açan miniatür Orsey Muzeyi" kimi təsvir edib. 

Rəsm əsərləri iki gün Londonda sərgilənəcək, daha sonra Taybey, Honkonq və Parisə göndəriləcək.  Hərracın noyabrın 18-də Nyu Yorkda keçirilməsi planlaşdırılır.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir  

19:53
08 Oktyabr

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

19:42
08 Oktyabr

Kəskin arıqlamağın və qidadan imtina etməyin təhlükəli fəsadları

19:37
08 Oktyabr

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb  

19:32
08 Oktyabr

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib  

19:23
08 Oktyabr

Çin ABŞ-nin F-35 qırıcı təyyarəsinin məxfi hissələrini ələ keçirib  

19:13
08 Oktyabr

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar  

19:07
08 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub

18:57
08 Oktyabr

Başqalarına kömək etmək beyni cavanlaşdırır   

18:49
08 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb  

18:43
08 Oktyabr

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib  

18:38
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2

18:31
08 Oktyabr

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

18:11
08 Oktyabr

Beyin fəaliyyətini izləyən qulaqlıq  

18:07
08 Oktyabr

Dünyanın ən böyük pinqvin koloniyası yox olmaq üzrədir  

18:03
08 Oktyabr

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır

18:01
08 Oktyabr

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub  

17:57
08 Oktyabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib  

17:46
08 Oktyabr

Dünya səyyahları Xankəndiyə gəliblər 

17:37
08 Oktyabr

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

17:21
08 Oktyabr

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb  

17:08
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!