25 Avqust 2024 02:30
118
DÜNYA
A- A+

ÜST: Meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq mümkündür

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, yeni “mpox” virusunun yayılmasının qarşısını almaq mümkündür.

AZƏRTAC xəbər verir ki, təşkilatın rəhbəri keçirdiyi brifinqdə deyib: “Yeni “mpox” epidemiyası idarə oluna və dayandırıla bilər. Bunun üçün beynəlxalq agentliklər, milli və yerli tərəfdaşlar, vətəndaş cəmiyyəti, tədqiqatçılar və istehsalçılar, habelə üzv dövlətlərimiz arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət tələb olunur”.

2022-ci ildən bəri ÜST-də 100 mindən çox təsdiqlənmiş “mpox” hadisəsinin qeydə alındığını deyən Baş direktor əlavə edib ki, Afrikada virusun misli görünməmiş səviyyədə artımı müşahidə olunur. O vurğulayıb: “2024-cü ildə qeydə alınan yoluxma hallarının 90 faizi Konqo Demokratik Respublikasında baş verib. Təkcə bu il 16 mindən çox insan bu xəstəliyə tutulub, o cümlədən 575 ölüm hadisəsi olub”.

Virusun beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halı elan edilməsinə aydınlıq gətirən Qebreyesus deyib ki, keçən ay virusun “Clade 1b” ştamına yoluxma təkcə Konqo ilə qonşu olan Burundi, Keniya, Ruanda və Uqandada deyil, həm də Tailand və İsveçdə qeydə alınıb.

ÜST və tərəfdaşlarının əlaqələndirilmiş qlobal, regional və milli səylər vasitəsilə epidemiyanın qarşısını almaq üçün qlobal strateji hazırlıq Planı hazırladığını qeyd edən Baş direktor bildirib: “Plan hərtərəfli nəzarət və cavab tədbirləri strategiyasının həyata keçirilməsinə yönəlib, həmçinin elmi tədqiqatın inkişafı və tibbi əks tədbirlərə ədalətli çıxışı, yoluxma səviyyəsinin minimuma endirilməsini və icmaların epidemiyanın qarşısının alınmasında və ona nəzarətdə fəal iştirak etmək səlahiyyətinin artırılmasını ehtiva edir.

ÜST-nin virusa qarşı hazırlığı artırmaq və cavab tədbirlərinin koordinasiyanı gücləndirmək məqsədilə beynəlxalq, regional, milli və yerli tərəfdaşlarla genişspektrli iş apardığını diqqətə çatdıran Qebreyesus qeyd edib ki, təşkilatın Afrika Regional Ofisi (“Africa CDC”) bu prosesə hökumətlərlə birlikdə rəhbərlik edəcək. Afrika bölgəsində “mpox” virusuna cavab səylərinin koordinasiyası Efiopiyada yerləşən “Africa CDC” ilə əməkdaşlıq şəraitində aparılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video