25 Avqust 2024 02:53
111
CƏMİYYƏT
A- A+

Səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib

 

Avqustun 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı altında səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi Elçin Adıgözəlov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və digər məsul şəxslər iştirak ediblər.

Aparılan ətraflı müzakirələrdə səhiyyə profili üzrə iş aparan QHT-lərdən ictimai gözləntilər, Azərbaycan dövlətinin səhiyyə siyasətinin prioritetlərinə uyğun olaraq QHT-lərin ümumi işə, o cümlədən xəstəliklərin müalicəsinə dair tibbi protokolların təkmilləşdirilməsi prosesinə töhfələrinin artırılması imkanları nəzərdən keçirilib.

İctimai birlik təmsilçiləri Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan COP29 QHT Koalisiyasının işində də fəal iştirak etdiklərini bildiriblər.

Qarşıdakı dövrdə səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi, bu sahədə ixtisaslaşmış peşə birliklərinin rolunun artırılmasına dair təkliflər səsləndirilib.

Prezident Administrasiyasının, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in və digər əlaqədar qurumların nümayəndələri müvafiq qeydlər götürüb, təkliflər dinlənilib, suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video