20 May 2025 09:00
836
Mədəniyyət
A- A+
Ürəyini sənətə, övladını Vətənə qurban verib

Ürəyini sənətə, övladını Vətənə qurban verib


Keçən əsrin 50-60-cı illərində kolxoz təsərrüfatı sürətlə inkişaf edirdi. Taxılçılıq, pambıqçılıq, heyvandarlıq və təsərrüfatın digər sahələrində əmək qabaqcılları meydana çıxırdı. Onlardan biri də Salyan rayonunun Sarvan kəndindən olan Qüdrət Səmədov idi. 

O, pambıq yığımında fərqləndiyinə görə ad çıxarmışdı. Səsi-sorağı hər tərəfə yayılmışdı. "Lenin" ordeni ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü. Çox çəkmədi ki, onu kolxoz sədri vəzifəsinə irəli çəkdilər. Daha sonra SSRİ Ali Sovetinin deputatı oldu. Aylar, illər keçdikcə şan-şöhrəti daha da artdı. Onun belə qəhrəmanlığı, ad-san qazanması orta məktəbin 8-ci sinfində oxuyarkən məni də çox təsirləndirmişdi. İlk qələm təcrübələrimdən biri və məktəbin divar qəzetində çıxan ilk şeirim də elə onun haqqında idi: 


Sən Muğanda ağ günlərə ilk yol açdın, Qüdrət əmi! 

Ağ günlərdə günəş kimi şəfəq saçdın, Qüdrət əmi! 

Ağ pambıqdan gör nə qədər sən tayalar ucaltmısan! 

Ağ tayalar ucaldıqca sən özün də ucalmısan. 

Kim bilərdi, Sarvanının keçmişi nə, indisi nə? 

Doğma kəndin əməlinlə bu gün batıb toy-düyünə. 

Şerimin də sətirləri şöhrətindən ilham alır. 

İnsan oğlu bu hünərə, bu qeyrətə heyran qalır. 

Yaratdığın ağ günlərdə ürək coşur, Qüdrət əmi! 

Körpə-körpə nəvələrin pərvazlaşır, Qüdrət əmi. 


Eşitmişəm ki, o zaman Xalq yazıçısı Mirzə İbrahimov bir neçə dəfə Sarvan kəndinə gəlib, Qüdrət Səmədovla görüşüb, onun qonağı olub. Deyirlər, ədibin "Böyük dayaq" romanındakı Rüstəm kişi obrazı da Qüdrət Səmədovun prototipidir. Bir müddət keçəndən sonra "Böyük dayaq" filmi çəkildi. Kinodakı personajlar, baş verən hadisələr, Q. Səmədovun sədr olduğu "Nizami" adına kolxozun həyatını bədii şəkildə əks etdirən bu film tamaşaçılar, o sıradan Sarvan kənd sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Filmdəki Qaraş rolunda Q.Səmədovun doğma bacısı oğlu, sonralar Azərbaycanın Xalq artisti olan istedadlı aktyor Həsən Məmmədov çəkilmişdi. Yəqin hamı bilir ki, Qaraş H.Məmmədovun ilk rolu idi.  

Qaraş adı sarvanlılar üçün daha bir cəhəti ilə doğma və yaxın idi.  Qaraşovlar Sarvan kəndində məşhur bir nəsildir. Nəslin qız övladı Heyvanisə xanım Qüdrət Səmədovun həyat yoldaşı, kənd camaatının sevimlisi idi. Bu nəslin daha bir layiqli nümayəndəsi - Heyvanisə xanımın doğmaca qardaşı Bahadur kişinin oğlu Cahangir Qaraşovdur. O Cahangir Qaraşov ki, hələ orta məktəbdə oxuduğu zaman "Böyük dayaq" filminə təkrar-təkrar baxar, baxmaqdan da doymazdı. Arzu edərdi ki, gələcəkdə qohumu Həsən Məmmədov kimi aktyor olsun. Bu niyyətlə də 7-ci sinfi bitirib Bakıya gedir. Seçdiyi peşə üzrə əvvəl orta ixtisas, sonra da ali təhsil alır. İstedadı ilə ona dərs deyən müəllimlərin diqqətini çəkdiyi üçün təhsil ala-ala Akademik Dram Teatrında işləyir, epizodik rollarda oynayır. Hökumə xanım Qurbanova, Mövsüm Sənani, Ağadadaş Qurbanov, Leyla xanım Bədirbəyli, Lütfi Məmmədbəyov, Əliağa Ağayev kimi müqtədir sənətkarları görüb tanış olur. Dublyor olaraq bir çox tamaşalarda iştirak edir. 

Ata-anasının səhhətini nəzərə alaraq C.Qaraşov 1965-ci ildə Sarvan kəndinə qayıdır. Salyan Rayon Mədəniyyət şöbəsində işə başlayır. Lakin paytaxtla əlaqəsini kəsmir. Rejissor Rauf Kazımovskinin 1966-cı ildə çəkdiyi "Poçt qutusu" filmində epizodik rollardan birində çəkilir. 

1972-ci ildə C.Qaraşov Salyan Rayon Mədəniyyət Evində fəaliyyət göstərən dram dərnəyinin rejissoru təyin edilir. 1973-cü ildə isə onun şəxsi təşəbbüsü ilə rayonlar arasında ilk dəfə olaraq Salyanda kukla dram dərnəyi yaradılır. 1975-ci ildə həmin dərnək Dövlət Kukla Teatrına çevrilir. 

Cahangir Qaraşov təkcə teatrda deyil, rayon mədəniyyət şöbəsinin əhatə etdiyi bütün tədbirlərdə yaxından iştirak etmiş, bilik və bacarığını əsirgəməmişdir. 1980-ci ildə Salyan Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Cəngi" kollektivinin tərkibində Özbəkistanda, 1981-ci ildə dünya folklor qruplarının baxış müsabiqəsində İspaniyada, həmin il keçirilən uşaq kukla teatrlarının festivalında Çexoslovakiyada münsiflər heyətində yer alaraq Azərbaycanı təmsil etmişdir. 

Onun rollar qalereyası da zəngin olmuşdur. "Bəxtsiz cavan"da Fərhad, "O olmasın, bu olsun"da Məşədi İbad, "13 nömrəli aptek"də həkim və oynadığı digər rollar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. 

Çəkdiyi zəhmət hədər getməmişdir. C.Qaraşov 1986-cı ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Respublikamız müstəqillik əldə etdikdən sonra isə "Fəxri mədəniyyət işçisi", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüşdür. 

Cahangir Qaraşov nümunəvi ailə başçısıdır. Övladlarını vətənə, xalqa layiq böyüdən sənət adamının oğlu Nail Qaraşov Birinci Qarabağ savaşında şəhid olmuşdur. Sarvan əhalisi igid balasını böyük hörmət və ehtiramla doğulub boya-başa çatdığı yurdunda - Sarvan kənd qəbiristanlığında torpağa tapşırmışdır. Kənd camaatı, məktəb şagirdləri igid əsgərin məzarını həmişə ziyarət edir, onun məzarı üstünə tər çiçək dəstələri düzürlər. Kəndin Naildən başqa da neçə-neçə şəhid övladı var. Mən şeirlərimdən birində bu oğullar haqqında yazmışam: 


Siz yazdınız millətin tarixini qan ilə. 

Sinənizdə yurd saldı yurda atılan güllə.

Məzarınız tutulub min çələngə, min gülə. 

Tərsiniz çiçək kimi, həmişə baharsınız! 

Azərbaycan köksündə həmişə yaşarsınız! 


Ürəyini sənətə, övladını Vətənə qurban verən Cahangir kişi elin ağsaqqalı kimi böyük hörmət sahibidir. Bu yaxınlarda Salyan ictimaiyyəti, Sarvan kənd camaatı Cahangir Qaraşovun doğum gününü təntənə ilə qeyd etdi. 80 illik ömrünü sənətə, ürək parası oğlunu Vətənə qurban verən Cahangir kişi bu təntənəyə, bu diqqətə layiqdir. 


Seyran CAVADOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Solo gənclik” layihəsi çərçivəsində gənc vokal ifaçısı Altun Süleymanov konsert proqramı ilə çıxış edib

11:17
08 Dekabr

Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb  

11:02
08 Dekabr

Azərbaycan Prezidentinin köməkçisi: Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir  

11:01
08 Dekabr

DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib  

11:00
08 Dekabr

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər  

10:59
08 Dekabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:58
08 Dekabr

Tailand Kamboca ilə qarşıdurmaya döyüş təyyarələri cəlb edib  

10:57
08 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:56
08 Dekabr

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  

10:51
08 Dekabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbir keçirilib  

10:37
08 Dekabr

Maqnit qasırğası gözlənilir

10:15
08 Dekabr

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!