15 May 2024 20:39
292
CƏMİYYƏT
A- A+

UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) arasında uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Əməkdaşlığın davam etdirilməsi və genişlənməsi məqsədilə iki illik dövr üzrə görüləcək birgə işləri müəyyənləşdirən yeni Fəaliyyət Planının layihəsi hazırlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Saca Faruq Abdullah ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial sahədə, habelə uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində son illər aparılan islahatlar barədə məlumat verib. “Himayədar ailə” qayğı modelinin tətbiqi işləri, reinteqrasiya tədbirləri, uşaqlara yönələn reabilitasiyayönümlü sosial xidmətlərin keyfiyyətinin və həcminin artırılması üçün atılan addımlar qeyd edilib.

Həmin sahələrdə, habelə sosial işçilərin bacarıqlarının artırılması üçün aparılan işlərdə, bunun üçün müvafiq təlimlərin, təcrübə səfərlərinin təşkilində, habelə əlilliyi olan gənclərin məşğulluq imkanları və bacarıqlarının artırılmasının dəstəklənməsində UNICEF-lə əməkdaşlığın, birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Hazırlanmış yeni Fəaliyyət Planı layihəsində dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə reinteqrasiyası, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması və sair üzrə əməkdaşlıq istiqamətlərinin əsas yer tutduğu qeyd edilib.

S.F.Abdullah ölkəmizdə sosial sahədə həyata keçirilən islahatları, uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində görülən işləri maraqla izlədiklərini və müsbət dəyərləndirdiklərini, nazirliklə əməkdaşlığın daim genişlənməsinə önəm verdiklərini, bunun üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə birgə fəaliyyət istiqamətlərində görülən işlər və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video