24 Dekabr 2024 11:38
175
CƏMİYYƏT
A- A+
Ulu Öndərin portreti Vyetnam Dostluq Assosiasiyalar İttifaqının binasında daim nümayiş olunacaq  

Ulu Öndərin portreti Vyetnam Dostluq Assosiasiyalar İttifaqının binasında daim nümayiş olunacaq  


Vyetnam Dostluq Assosiasiyalar İttifaqında Azərbaycanın Hanoydakı səfirliyinin təşəbbüsü ilə vyetnamlı rəssamın çəkdiyi Ulu Öndər Heydər Əliyevin bədii portretinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ittifaqın rəhbərliyi, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, fəxri sədri və üzvləri, dövlət qurumlarının nümayəndələri, Azərbaycanda təhsil almış vyetnamlılar, Vyetnamda səfərdə olan ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti və jurnalistlər iştirak ediblər.

Səfir Şövqi Mehdizadə Azərbaycan və Vyetnam xalqlarının xoşbəxt xalqlar olduğunu, 20-ci əsrdə xalqlarımızın Heydər Əliyev və Ho Şi Min kimi liderlərinin olmasının bizim ölkələr və xalqlarla yanaşı, yerləşdiyimiz bölgələrin digər xalqları üçün də tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

Diplomat Azərbaycan dövlətinin başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması və Ulu Öndərin Vyetnama Sovet İttifaqı dövründə yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri qismində rəsmi səfərinin 40 illiyi ilə əlaqədar səfirliyin keçirdiyi tədbirlər və layihələr haqda məlumat verib, Heydər Əliyevin Vyetnama xüsusi diqqətini qeyd edib.

Bildirilib ki, səfirliyin təşəbbüsü ilə İctimai TV Heydər Əliyevin Vyetnama və Ho Şi Minin Bakıya səfərinə dair arxiv materialları əsasında “Vyetnam səfəri” sənədli filmini hazırlayıb, habelə elmi məqalələr və digər layihələr üzrə işlərə başlanılıb.

Bu il Prezident Ho Şi Minin Azərbaycana səfərinin 65 illik yubileyinin tamam olduğunu vurğulayan səfir, liderlərimiz tərəfindən əsası qoyulan bu dostluğun hazırda uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Te Vin görkəmli dövlət xadimi Heydər Əliyev və onun Azərbaycan-Vyetnam münasibətlərinə verdiyi töhfələr, iki ölkə arasında tarixi əlaqələr barədə danışıb. O, Azərbaycanla Vyetnam arasında dostluq əlaqələrinin yaranmasında hər iki ölkənin liderlərinin rolu haqqında məlumat verərək, Ulu Öndərin Vyetnam xalqının yaxın dostu olduğunu və Vyetnamla əlaqələrə hər zaman böyük önəm verdiyini qeyd edib. Assosiasiya sərdi Heydər Əliyevin 1983-cü ildə Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri kimi Vyetnama rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını, eləcə də minlərlə vyetnamlı tələbənin dövlət xətti ilə Azərbaycanda təhsil almasında və Vyetnamda neft sənayesinin qurulmasında Ulu Öndərin müstəsna rolunun olduğunu vurğulayıb.

Ümummilli Liderin fəaliyyətinin Vyetnamla bağlı dövrünə həsr olunmuş “Vyetnam səfəri” sənədli filmi yerli dildə nümayiş olunub. Bundan başqa, Prezident Ho Şi Minin Azərbaycana səfərinə dair arxiv sənədlərindən ibarət təqdimat iştirakçıların diqqətinə çatdırılıb.

Sonra Ulu Öndər Heydər Əliyevin bədii portretinin təqdimatı keçirilib. Vyetnam Dostluq Assosiasiyalar İttifaqının konfrans zalında digər ölkələrin görkəmli şəxslərinin bədii portretləri ilə yanaşı, Heydər Əliyevin portreti daim nümayiş etdiriləcək.

Tədbir iştirakçıları Ulu Öndərin Vyetnama tarixi səfərini əks etdirən fotosərgi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin göyərtəsində 67 nəfər olub

11:51
25 Dekabr

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdindən

11:42
25 Dekabr

Prokurorluq əməkdaşlarının mükafatlandırılma mərasimi keçirilib

11:40
25 Dekabr

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 83,3 faiz olub

11:39
25 Dekabr

Vladiqafqazda ticarət mərkəzində partlayış olub: ölən və yaralananlar var

11:38
25 Dekabr

Türkiyənin Daxili İşlər Nazirliyi: Üç həftə ərzində İŞİD terrorçuları ilə əlaqədə olmaqda şübhəli bilinən 182 nəfər saxlanılıb  

11:18
25 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarə qəza enişi edib

11:15
25 Dekabr

Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyevdən

11:08
25 Dekabr

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenovdan  

11:07
25 Dekabr

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan  

11:01
25 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

10:32
25 Dekabr

Azərbaycan üzgüçüləri beynəlxalq yarışda 22 medal qazanıblar

10:27
25 Dekabr

Azərbaycan neftinin qiyməti yenidən 75 dolları ötüb

10:24
25 Dekabr

Ötən gün 26 cinayətin üstünün açılması təmin olunub

09:51
25 Dekabr

Keçmiş məcburi köçkün: Doğma yurddan aralı qalmaq çox çətindir

09:30
25 Dekabr

Cəbrayıla geri qayıdan sakin: Sevincimizin həddi-hüdudu yoxdur

09:29
25 Dekabr

Keçmiş məcburi köçkün: Cəbrayıla çox sevincli və qürurlu şəkildə qayıdırıq

09:19
25 Dekabr

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

09:18
25 Dekabr

Prezident İlham Əliyevin siyasəti Azərbaycanı qalib ölkə etdi

09:15
25 Dekabr

"Tullantıları tinglərə dəyiş" aksiyası keçirilib 

09:10
25 Dekabr

Azərbaycan mədəniyyətlər, dinlər və xalqlar arasında harmoniya yaratmış ölkədir

09:05
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!