15 Oktyabr 2026 13:11
213
SİYASƏT
A- A+
Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar  

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn ukraynalı uşaq və gənclərdən ibarət növbəti qrup Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqları Qəbələ Arxeoloji Mərkəzinin qarşısında Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov və kollektiv üzvləri qarşılayıblar.

Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarına baxış keçirən qonaqlara qoruğun ekskursiyaçıları tərəfindən ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan tarixi və maddi-mədəniyyət nümunələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində dövri olaraq aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzin laboratoriyasında müvafiq tədqiq olunduqdan sonra sərgi salonunda nümayiş etdirilir.

Daha sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzinin akt zalına dəvət olunublar və onlara mərkəz haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qəbələ Arxeoloji Mərkəzi SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə yaradılıb.

Tədbir çərçivəsində qonaqlara “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmi nümayiş olunub. Ukraynalı uşaqlar tərəfindən Ukraynanın Dövlət Himni səsləndirilib, qrupun nümayəndələrinə və azyaşlılara xatirə hədiyyələri təqdim edilib.

Məktəblilər qoruğun “Səlbir” və “Qala” adlanan arxeoloji əraziləri ilə də yaxından tanış olublar. Burada yerli və xarici arxeoloqlar tərəfindən aşkar edilmiş ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, su xətləri və tarixi tapıntılar haqqında məlumat verilib, qədim qala divarlarına baxış keçirilib.

Sonda qonaqlar üçün çay süfrəsi təşkil olunub, xatirə şəkilləri çəkilib.

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan zəngin təəssüratlarla ayrılıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

13:14
15 Oktyabr

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar  

13:11
15 Oktyabr

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

13:10
15 Oktyabr

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq  

13:08
15 Oktyabr

Etimaddan əməkdaşlığa: Bakı Asiya dialoqunun mühüm mərkəzinə çevrilir  

13:07
15 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır  

12:52
15 Oktyabr

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb  

12:22
15 Oktyabr

“Qarabağ Hakatonu 2026” keçirilir

12:17
15 Oktyabr

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

11:56
15 Oktyabr

Azərbaycan və Laos münasibətlərində yeni mərhələ: praktiki əməkdaşlığa doğru  

11:55
15 Oktyabr

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

11:26
15 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır 

11:24
15 Oktyabr

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər  

11:19
15 Oktyabr

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf 

11:09
15 Oktyabr

Məktəbli geyimi məsələsi: dünyəvi təhsil, milli dəyərlər və dövlətçilik məsuliyyəti  

10:35
15 Oktyabr

Kamboca ilə münasibətlər Azərbaycanın diplomatik təmas dairəsini genişləndirmək üçün əlavə imkanlar yaradır  

10:27
15 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:23
15 Oktyabr

Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

09:30
15 Oktyabr

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

09:21
15 Oktyabr

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

09:21
15 Oktyabr

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində növbəti ictimai maarifləndirici tədbir keçirilib

09:20
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!