15 Oktyabr 2026 09:21
429
SİYASƏT
A- A+
Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub


Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana işgüzar səfəri çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlər yüksəksəviyyəli dialoqun, qarşılıqlı etimadın və xalqlarımız arasındakı dostluğun münasibətlərimizin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar.

Tərəflər 2025-ci ildə qurulmuş Hərtərəfli Strateji Tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə edilmiş mühüm razılaşmaların, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 2027-ci ildə qeyd olunacaq 35-ci ildönümü ərəfəsində əlaqələrin genişləndirilməsi üçün möhkəm təməl yaratdığı vurğulanıb.

Nazirlər ticarət və iqtisadi əlaqələr, investisiyalar, enerji, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Bu çərçivədə Azərbaycanın Asiya ilə Avropa arasında əsas bağlantı rolunu oynadığı və regionlararası əlaqələrin gücləndirilməsində Orta Dəhlizin artan əhəmiyyəti qeyd olunub.

Tərəflər BMT, AQEM və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək öhdəliklərini bir daha təsdiqləyiblər.

Nazirlər, həmçinin daha geniş regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında fikir mübadiləsi apararaq, mövcud çağırışların həllində davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov həmkarını Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın münaqişədənsonrakı dövrdə azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

15:19
12 Noyabr

Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək

15:19
12 Noyabr

Antalyada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib

15:17
12 Noyabr

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib  

15:16
12 Noyabr

Gəncədə şəhid Rəşad Ələkbərovun xatirəsi anılıb  

15:14
12 Noyabr

Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

15:12
12 Noyabr

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb  

15:10
12 Noyabr

BMT-nin Baş katibi COP31 tribunasından nəzarətsiz metan çirklənməsindən imtina etməyə çağırıb  

14:50
12 Noyabr

Maya Sandu: Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır 

14:48
12 Noyabr

Konstitusiyamız müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlidir  

14:11
12 Noyabr

Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb

14:02
12 Noyabr

Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir  

13:59
12 Noyabr

Konstitusiyamız hüquqi dövlətçiliyimizin əsasını təşkil edir  

13:54
12 Noyabr

Azərbaycan 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

13:41
12 Noyabr

Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb

13:38
12 Noyabr

COP31-də müzakirələr davam edir

13:37
12 Noyabr

Xərçəng erkən dövrdə aşkarlana bilər

13:22
12 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

12:41
12 Noyabr

ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb

12:40
12 Noyabr

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

12:39
12 Noyabr

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb  

12:37
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!