15 Oktyabr 2026 13:08
181
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq  

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq  

“Bu gün Prezident İlham Əliyevin Azərbaycanda dövlət başçısı seçilməsinin 23 ili tamam olur.  2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev siyasətinin davamına - cənab İlham Əliyevə səs verdi. Həmin il oktyabrın 1-də xalqımıza müraciət edən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işləri İlham Əliyevin başa çatdıracağına inandığını, vətəndaşları seçkilərdə onu dəstəkləməyə çağırmışdı. Ulu Öndərimizin çağırışına səs verən verən xalqımız həmin seçkilərdə cənab İlham Əliyevə böyük etimad göstərdi. Seçkilərdə cənab İlham Əliyevə səs verməklə xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, ötən 23 il ərzində Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib, bütün sahələr üzrə dinamik inkişafı qeydə alınıb. Eləcə də,  insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Cənab İlham Əliyev məhz belə liderdir. Bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb. Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda işlək və təhdidlərə qarşı immuniteti olan siyasi sistem bərqərar olunub. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb. 

“Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 il müddətində pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı”, -deyən millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. 2023-cü il 19-20 sentyabr tarixlərində isə ordumuz tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ərazi qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Şanlı Zəfər müstəqillik tariximizin ən parlaq səhifəsidir. Bu zəfərin sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, onların qısası alındı.  Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Samir Vəliyev deyib ki, 15 oktyabr Azərbaycan xalqı üçün müqəddəs tarixlərdən biridir: “Çünki bu tarixdə - 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində Azərbaycanın üçrəngli bayrağını da ucaltdı. Bu hadisə cənab İlham Əliyevin Prezident seçilməyinin 20 illiyinə təsadüf etdi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa Prezident İlham Əliyevin fəaliyyətinin zirvəsini təşkil edir”.  

“Əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, uğurlara imza atacaq”,-deyə deputat vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

13:14
15 Oktyabr

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar  

13:11
15 Oktyabr

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

13:10
15 Oktyabr

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq  

13:08
15 Oktyabr

Etimaddan əməkdaşlığa: Bakı Asiya dialoqunun mühüm mərkəzinə çevrilir  

13:07
15 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır  

12:52
15 Oktyabr

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb  

12:22
15 Oktyabr

“Qarabağ Hakatonu 2026” keçirilir

12:17
15 Oktyabr

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

11:56
15 Oktyabr

Azərbaycan və Laos münasibətlərində yeni mərhələ: praktiki əməkdaşlığa doğru  

11:55
15 Oktyabr

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

11:26
15 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır 

11:24
15 Oktyabr

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər  

11:19
15 Oktyabr

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf 

11:09
15 Oktyabr

Məktəbli geyimi məsələsi: dünyəvi təhsil, milli dəyərlər və dövlətçilik məsuliyyəti  

10:35
15 Oktyabr

Kamboca ilə münasibətlər Azərbaycanın diplomatik təmas dairəsini genişləndirmək üçün əlavə imkanlar yaradır  

10:27
15 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:23
15 Oktyabr

Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

09:30
15 Oktyabr

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

09:21
15 Oktyabr

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

09:21
15 Oktyabr

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində növbəti ictimai maarifləndirici tədbir keçirilib

09:20
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!