27 Iyul 2024 09:02
147
CƏMİYYƏT
A- A+

Ukraynalı səyyah: "Çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur"

 

"Azərbaycanda bir neçə dəfə olmuşam, amma Qarabağa getməyi çox arzulamışam".

Bu barədə AZƏRTAC-a dünya miqyaslı "Most Traveled People" (MTP) səyahət klubunun nümayəndə heyətinin tərkibində ölkəmizə səyahət edən ukraynalı səyyah Vladislav Kibol bildirib.

Onun sözlərinə görə, çoxdandır ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər etmək istəyib, lakin mina təhlükəsi səbəbindən Şuşa və Xankəndini görmək cəhdləri bir neçə dəfə uğursuz olub.

"Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı işlər bizi heyran etdi. Füzuli şəhərindəki müasir hava limanı, gözəl yollar, bərpa edilmiş qəsəbələr və sairə bizdə Azərbaycanın uğurlarına sevinc hissi doğurdu", - deyə ukraynalı səyyah bildirib.

Vladislav Kibol əlavə edib: "Azərbaycan yaralarını sağaldır, torpaqlarını bərpa edir. Ümid edirik ki, tezliklə təkcə yerli turistlər deyil, xaricdən də qonaqlar bu yerlərin gözəlliyini görmək, məscid və kilsələrin əsrarəngiz memarlığına heyran olmaq üçün buraya gələcəklər".

Qonaq yekunda deyib: "Mən çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video