22 Iyul 2024 19:11
102
SİYASƏT
A- A+

Ukrayna mediası Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışını işıqlandırmaqda davam edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına ətraflı cavabları Ukrayna mediasında işıqlandırılmaqdadır.

AZƏRTAC xəbər verir ki, “Ukrinform” dövlət informasiya agentliyi, “Yevropeyskaya Pravda”, “Korrespondent.net”, “Fakti” və digər xəbər portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Ermənistanla münasibətlər, Azərbaycanın Avropanın enerji təchizatında rolu, qaz ixracının artırılması ilə bağlı fikirlərinə geniş yer verilib.

“Ukrinform” AZƏRTAC-ın xəbərlərinə istinadla yazır ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında hazırda üzərində iş aparılan sülh sazişinin mətninin 80-90 faiz razılaşdırıldığını qeyd edib. Ermənistan qeyd-şərtlərini və qondarma “Dağlıq Qarabağ”la bağlı bütün terminologiyanı geri götürmək məcburiyyətində qaldı ki, bu da normallaşmaya yol açıb.

“Yevropeyskaya Pravda” nəşri də AZƏRTAC-a istinadla bildirir ki, Azərbaycan Prezidenti sülh prosesinin uğurla nəticələnməsi üçün Ermənistanın iki şərti - Minsk qrupunun ləğvi üçün Azərbaycanla birlikdə ATƏT-ə birgə müraciət etməsinin və Ermənistan konstitusiyasında dəyişiklik olunmasının vacibliyini diqqətə çatdırdığı vurğulanıb.

“Korrespondent.net”, “Fakti” xəbər portallarında isə Azərbaycan qazının Avropaya nəqlinə dair danışıqların aparılması barədə dövlətimizin başçısının fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video