22 Iyul 2024 19:50
122
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ərəbdilli mətbuatın da diqqət mərkəzində olub

 

Ərəb ölkələrinin aparıcı media orqanları Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirlərə geniş yer verib, eləcə də forumda müzakirə edilən mövzulara toxunublar.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin WAM, Misirin MENA, Sudanın SUNA rəsmi xəbər agentlikləri, eləcə də digər informasiya portalları yaydıqları informasiyalarda Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda tarixi transformasiyanın, tarixi-geosiyasi dəyişikliklərin baş verdiyini bildirdiyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin müasir tariximizdə mühüm hadisə adlandırıb.

Dövlətimizin başçısının ölkəmizin beynəlxalq əlaqələri, noyabrda Bakıda keçiriləcək COP29, Azərbaycanın iqlim dəyişmələri və yaşıl enerjiyə keçidlə bağlı məsələlərdə fəaliyyəti, eləcə də Ermənistanla normallaşma prosesi barədə fikirləri materialların ana xəttini təşkil edib.

Mavritaniya Xəbər Agentliyi, Misirin “Əxbar əl-yaum”, “əl-Əhram”, “əl-Yaum əs-sabi”, Mərakeşin “Parlament”, “Hurra press” saytları da Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışından sitatlar gətirib, eyni zamanda, oxucularını Qlobal Şuşa Media Forumunda müzakirə edilən məsələlərlə tanış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video