Aİ Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib
Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yayıb.
O, qəbul edilmiş “tarixi qərarlara” görə Avropa İttifaqına təşəkkür edib.
Mirzoyan Aİ-nin xarici işlər nazirləri səviyyəsində Ermənistana Avropa Fondu çərçivəsində dəstək vermək və viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq üçün qəbul etdiyi tarixi qərarları alqışladıqlarını bildirib.
Bundan əvvəl məlum olub ki, Aİ Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardımı təsdiqləyib.
Ararat Mirzoyan bu qərarı “Ermənistan və Aİ arasında tərəfdaşlığın dərinləşməsi yolunda mühüm addım adlandırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qər...
23 Iyul
F.K.Zakirova "Xalq artisti" fəxri adının verilməsi haqqında
23 Iyul
"Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əmək...
23 Iyul
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq ...
23 Iyul
Qanunvericiliyin tətbiqinə dair təklifləri toplamaq üçün onlayn platforma yaradılıb
23 Iyul
Metyu Miller: Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə dav...
22 Iyul
Bakıda Misirin milli bayramı qeyd olunub
22 Iyul
Aİ Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə qəra...
22 Iyul
Rəşad Nəbiyev: Son iki il ərzində Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə artıb...
22 Iyul
İstilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib...
22 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
Uğurlu yolun yeni mərhələsi16 Iyul 2024
HEYDƏR ƏLİYEV MİSSİYASI14 Iyul 2024
Heydər Əliyevin enerji siyasətinin şah əsəri13 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!