23 Iyul 2024 00:58
88
CƏMİYYƏT
A- A+

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş "Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat"da dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

Qərar № Q/13

 

"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 164s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasının təmin edilməsi, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş "Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat"ın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında əsasnamə"nin 5.7.5-ci yarımbəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş "Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat"ın 1.2.5-ci yarımbəndində birinci halda "məişət tullantılarında" sözləri "məişət məmulatlarında" sözləri ilə, "istehsal və məişət tullantılarında" sözləri "tullantılarda" sözü ilə əvəz edilsin.

2. Hüquqi təminat idarəsi: bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.

Əli Nağıyev,

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,

general-polkovnik

Bakı şəhəri "10" iyul 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video