23 Iyul 2024 02:10
108
DÜNYA
A- A+

“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib

 

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatının baş katibi Kayrat Sarıbay Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində iştirak edib.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Kayrat Sarıbay BMT rəsmiləri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirib. Onun BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə yüksək səviyyəli nümayəndəsi Migel Moratinos ilə görüşündə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində AQEM Gənclər Şurası ilə Qazaxıstan və Azərbaycanın təşəbbüsləri, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir Sarıbay, həmçinin BMT Baş katibinin müavini Li Junhuanı ilə görüş əsnasında Bakıda keçiriləcək COP29 iqlim konfransının əhəmiyyətini qeyd edib və AQEM Nazirlər Şurasının iclasına hazırlıqla bağlı məsələlər haqqında məlumat verib. O vurğulayıb ki, Bakı BMT-nin bu mötəbər tədbiri ilə bağlı mühüm təşəbbüslərlə çıxış edir. Görüşdə beynəlxalq inkişaf məsələləri, o cümlədən gənclərin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər də səsləndirilib.

Asiyada çoxtərəfliliyin gücləndirilməsi BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Xalid Xiari ilə görüşün əsas müzakirə mövzusu olub. Danışıqlarda cari regional və qlobal çağırışlar, inkişaf layihələri və AQEM-in etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi üçün yollar araşdırılıb.

AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.

Azərbaycan AQEM-in çağırılması ilə bağlı təşəbbüsü dəstəkləyən ilk dövlətlərdən biri olub. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. Bu xüsusda, Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tarixlərində Bakıda etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi edib, 2021-ci ilin sentyabrında isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşünü virtual formatda təşkil edib. 2018-ci il aprelin 13-14-də Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video