23 Iyul 2024 02:04
102
MSK
A- A+

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 iyul 2024-cü il tarixli 01 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

QƏRAR № 22/105

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fərziyev Güləli Şahüseyn oğlu 20 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıralaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
2024-ci il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə G.Ş.Fərziyevin namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və dairə seçki komissiyasının 08 iyul 2024-cü il tarixli 7/21 saylı Qərarı ilə təsdiq edilmişdir.
Namizəd G.Ş.Fərziyev tərəfindən namizədliyin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 13 iyul 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.
Dairə seçki komissiyasının üzvləri tərəfindən 15 iyul 2024-cü il tarixdə tərtib olunmuş aktdan müəyyən edilir ki, namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədlərində və imza vərəqələrində düzəldilməsi mümkün olan səhvlər və pozuntular aşkarlanmış və onların aradan qaldırılması üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə namizəd G.Ş.Fərziyev məlumatlandırmış, buraxılmış səhvlərin düzəldilməsi ona təklif edilmiş, namizəd isə həmin düzəlişləri etməkdən imtina etmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş G.Ş.Fərziyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi imza vərəqələrində olan 499 seçici imzasından 371 imza dislokasiyadan kənar toplanmışdır. Bundan əlavə, çoxlu sayda digər xarakterli pozuntulara da yol verilmişdir.
İmzaların seçki dairəsinin ərazisindən kənarda toplanması səbəbindən G.Ş.Fərziyevin namizədliyinin qeydə alınması mümkün olmamışdır.
Araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək imza vərəqələrində olan məlumatlar təkrar araşdırılmışdır. Namizədin qeydə alınması üçün G.Ş.Fərziyev tərəfindən dairə seçki komissiyasına təqdim edilmiş 499 seçicinin məlumatının olduğu 10 ədəd imza vərəqindən 5-də (səhifə 1-10) olan 249 seçicinin məlumatının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, onlardan 177 seçici imzası seçki dairəsi ərazisindən kənarda toplanmışdır. Yerdə qalan seçici imzaları Seçki Məcəlləsinin 147.1-ci maddəsinin tələbinə əsasən namizədin qeydə alınması üçün kifayət etmədiyindən məlumatların yoxlanılması dayandırılmışdır.
Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Qeyd olunanlara əsasən müəyyən edilir ki, seçki dairəsi ərazisindən toplanmış seçici imzalarının sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən G.Ş.Fərziyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının qərarı əsaslı olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, G.Ş.Fərziyevin namizəd kimi qeydə alınmasından imtinaya dair 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fərziyev Güləli Şahüseyn oğlunun 20 iyul 2024-cü il tarixli 01 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

22.07.2024
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video