22 Iyul 2024 19:04
133
SİYASƏT
A- A+

İkinci Şuşa Qlobal Media Forumu işini başa çatdırıb YENİLƏNİB

 

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu iyulun 22-də işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, Forumun sonuncu sessiyası “İqlim hərəkatı və media” mövzusuna həsr olunub.

“Riqa TV24” və “Radio Latvia”nın aparıcısı Ansis Bogustovsun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən COP29-un BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP-un özlüyündə təkcə hökumətlərarası danışığı deyil, bütün cəmiyyəti əhatə etdiyi bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyir.

COP-un böyük proses olduğunu vurğulayan Nigar Arpadarai əlavə edib: “Biz hamını Bakıya dəvət edirik. Çünki hər bir insan iqlim dəyişikliyi ilə mübarizədə töhfə verə bilər. Bakı bu baxımdan uyğun müstəvidir”.

N.Arpadarai Azərbaycanın bərpaolunan enerjiyə çox böyük üstünlük verdiyini də vurğulayıb.

Böyük Britaniyanın “Methinks” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts Azərbaycanın neft-qaz istehsalçısı kimi bir çox xarici media tərəfindən qınaq obyektinə çevrildiyini deyib. “Sanki Azərbaycan ekologiyaya zərər verir. Lakin bir çox ölkələr, ən əsası da ekoloji problemlərdən danışan ölkələr təbiətə zərər verənlərdən biridirlər.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın öz qazını Avropaya çatdırmaq üçün gücü var. Lakin kabelləşmə, qazın daşınması xərcləri kimi çətinliklərlə üzləşir”, - deyə o bildirib.

“Berliner Zeitung” qəzetinin icraçı direktoru Holger Fridrix, “Arabian Gulf Business Insight” xəbər portalının baş redaktoru Fransis Martin Kane payızda keçiriləcək COP29 çərçivəsində müzakirələrdə ziddiyyətli mövqelər, maraqlar arasında balansın yaradılmasının vacibliyini qeyd ediblər.

Jurnalistlərin ekoloji problemlərlə bağlı mesajlarını çatdırmaları üçün bacarıqlı olmalı olduqlarını diqqətə çatdıran qonaqlar sensasiya, reklam xatirinə xəbər paylaşmağı düzgün hesab etmədiklərini vurğulayıblar. Natiqlər iqlim dəyişikliyinin çox ciddi və məsuliyyətli mövzu olduğunu, jurnalistlərin bu məsələdə daha çox məlumatlı olmalarının vacibliyini söyləyiblər.

Bildirilib ki, dünyada iqlim dəyişmələrinin qarşısının alınması, ekoloji sabitliyin və tarazlığın yaradılması, dayanıqlı inkişafın təşviq edilməsi və bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunmasında media xüsusi rol oynayır. Bu səbəbdən media və kommunikasiya vasitələrinin mövcud proseslərdə düzgün istifadə edilməsi, hədəf auditoriyaya hesablanan təsirli mesajları ötürməsi, kütləvi fərqindəlik və məsuliyyət hisslərini formalaşdırması iqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi və ya belə tədbirlərin effektivliyinin artırılmasında zəruridir.

Panel sessiyada, həmçinin iqlim hərəkatında medianın rolu, yaşıl dünya naminə səmərəli məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzularda müzakirələr aparılıb.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldıqları Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video