10 May 2025 19:27
549
CƏMİYYƏT
A- A+
Türkmənistanda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş enerji konfransı təşkil edilib

Türkmənistanda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş enerji konfransı təşkil edilib


Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Aşqabad şəhərində “Heydər Əliyev-enerji diplomatiyası: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Konfransda çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, ölkəmizin rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə dövlətimizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında məlumat verib. Q.Gözəlov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu olaraq, ölkənin enerji siyasətinin formalaşdırılmasında əvəzsiz rol oynayıb. Azərbaycanın dünya enerji bazarında mühüm oyunçuya çevrilməsinə zəmin yaradıb. Səfir Ulu Öndər Heydər Əliyevin enerji sahəsindəki strateji baxışını və bu sahədə atdığı əsaslı addımları xatırladaraq, onun müstəqillik dövründə reallaşdırdığı “Əsrin Müqaviləsi”nin Azərbaycanın iqtisadi və siyasi gücünə böyük töhfə verdiyini vurğulayıb. Q.Gözəlov qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa kimi enerji layihələri Azərbaycanı qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirib.

Alternativ enerji sahəsinə də toxunan səfir bildirib ki, Ulu Öndər Heydər Əliyevin ekoloji təhlükəsizliyə və enerji diversifikasiyasına verdiyi önəm bu gün Azərbaycanın yaşıl enerji istiqamətində atdığı addımlara güclü əsas yaradıb. Ümummilli Liderin müəyyən etdiyi enerji siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O, həmçinin COP29-da əldə edilən mühüm nəticələr haqqında məlumat verərək, Azərbaycanın beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərindəki fəaliyyətlərini vurğulayıb. Eləcə də Q.Gözəlov Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal və regional əməkdaşlıqdakı roluna toxunub, COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri və Türk Dövlətləri Təşkilatı ilə aparılan əməkdaşlığa diqqət çəkib. Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində strateji tərəfdaşlıq razılaşmasının imzalandığını, Xəzər dənizi vasitəsilə Avropaya təmiz enerji ötürəcək kabel layihəsinin həyata keçiriləcəyini vurğulayıb. Bununla yanaşı, SPECA və CAREC proqramları çərçivəsində iqlim və innovasiya sahəsində yeni əməkdaşlıq təşəbbüslərinin irəli sürüldüyünü, habelə Xəzər dənizinin ekoloji və nəqliyyat məsələlərinə toxunulduğunu qeyd edib. Səfir COP29-da əldə olunan nailiyyətlərə və statistik məlumatlara diqqət çəkərək, eyni zamanda, Azərbaycanın yaşıl enerji gündəliyi, ölkəmizin alternativ enerji sahəsindəki nailiyyətləri, perspektivlər barədə iştirakçılara ətraflı məlumat verib, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə və qlobal ekoloji sabitliyin təmin edilməsində oynadığı rolu bir daha vurğulayıb.

Konfransda Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi ilə Azərbaycanın müasir enerji strategiyasının banisi kimi tanınır. Onun əsasını qoyduğu bu siyasət təkcə ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə deyil, eyni zamanda, enerji sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verib.

Konfransda, həmçinin Türkiyə səfiri Ahmet Demirok, Böyük Britaniya səfiri Setefen Konlon və Qazaxıstanın səfiri Nurlan Noqayev, eyni zamanda, BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko, BMT Baş katibinin xüsusi nümayəndəsi - BMT-nin Mərkəzi Asiyada Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze, habelə “Çalık Enerji” şirkətinin nümayəndəsi Ahmet Anıl Alişbah, “ENI” şirkətinin Türkmənistandakı təmsilçisi Corcio Kastriota Skanderbeq çıxış ediblər.

Konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin videoçıxışı da təqdim olunub, F.İsmayılzadə Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin müasir dövrdə strateji əhəmiyyət daşıdığını və xüsusilə müasir enerji diplomatiyasında bu irsin davam etdirilməsinin önəmli olduğunu qeyd edib.

Çıxışçılar Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, enerji sahəsindəki strateji təşəbbüslərə, ekoloji təhlükəsizlik və yaşıl iqtisadiyyat prinsiplərinə toxunub, regionda və qlobal səviyyədə enerji əməkdaşlığının vacibliyini və bu sahədəki gələcək inkişaf perspektivlərini qeyd ediblər.

BMT Baş katibinin xüsusi nümayəndəsi K.İmnadze çıxışında Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin önəmini vurğulayıb, eləcə də Gürcüstan Prezidenti Eduard Şevardnadzenin köməkçisi işlədiyi dövrdə Ulu Öndər Heydər Əliyevlə bağlı yaşadığı xoş xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.

Konfransda sinevizyon vasitəsilə Heydər Əliyevlə bağlı kadrlar yayımlanıb, eləcə də Azərbaycanın alternativ enerji sahəsində həyata keçirdiyi layihələr, həmçinin COP29-da əldə olunmuş nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbirdə Azərbaycan və dünya bəstəkarlarının klassik musiqiləri ifa olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!